Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2610/2022 29.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC kiçik iddalara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 493,4 manat əsas, 74 manat cərimə, cəmi 567,4 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 217,9 manat əsas, 32,6 manat cərimə, cəmi 250,5 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 240,3 manat əsas, 36 manat cərimə, cəmi 276,3 manat, üç müqavilə üzrə 951,6 manat əsas, 142,6 manat cərimə, cəmi 1094,2 manat borcun və 30.94 manat ödənilmiş dövlət rüsumunun cavabdeh ƏEquliyev Məmmədrza Əhsən oğlundan tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh Əhsəoğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, aldığı “ CANON PİXMA ftıarkalı printerə görə 15 ay ödəniş cədvəli üzrə hər ay 36 manat olmaqla cəmi 529,4 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “XİAOMİ REDMİmarkah mobil telefona, “AİWA” markalı qulaqcığa və l(bir) ədəd telefon üçün aksesuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 25 manat olmaqla cəmi 292,9 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "SAMSUNG A032markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 14 manat olmaqla cəmi 254,3 manat, ümumilikdə üç müqavilə üzrə 1076,6 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 36 manat və xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 25 manat ödeniş etmiş və xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 14 manat ödəniş etmiş və üç müqavilə üzrə cəmi qalıq qalmış 951,6 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin JY° 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin l(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildiririk ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1426 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı üç müqavilə üzrə 1426 manat təşkil ediyi halda,humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 142,6 manat «İRŞAD-ELECTRO.’\İCS» MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borcu xx.xx.2022-ci il tarixli ********* saylı müddət (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 493,4 manat əsas, 74 manat cərimə, cəmi 567,4 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı- satqı müqaviləsinə əsasən, 217,9 manat əsas, 32,6 manat cərimə, cəmi 250,5 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 240,3 manat əsas, 36 manat cərimə, cəmi 276,3 manat, üç müqavilə üzrə 951,6 manat əsas, 142,6 manat cərimə, cəmi 1094,2 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “XİAOMİ REDMİ 9A markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 25 manat olmaqla, cəmi 292,97 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Canon Pixma” markalı printerə görə 15 ay ödəniş cədvəli üzrə hər ay 36 manat olmaqla, cəmi 529,49 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “SAMSUNG A032” markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 14 manat olmaqla, cəmi 254,39 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 217,9 manat əsas, 32,6 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 493,4 manat əsas, 74 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 240,3 manat əsas, 36 manat cərimə borcu yaranmışdır. İşdə olan xəbərdarlığdan görünür ki, Cavabdeh tərəfindən banka olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30,94 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyaların dəyərindən qalan məbləği hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hesab edirəm ki, xx.xx.2022-ci il tarixli, müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə əsas borc 493,4 manat təşkil etdiyi halda, 74 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 49 manata qədər, xx.xx.2021-ci il tarixli, Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə üzrə əsas borc 217,9 manat təşkil etdiyi halda, 32,6 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 21 manata qədər və xx.xx.2022-ci il tarixli, Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə üzrə əsas borc 240,3 manat təşkil etdiyi halda, 36 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 24 manata qədər azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Kiçik iddiaya dair ərizə qismən təmin olunsun. Cavabdeh xx.xx.2022-ci il tarixli, müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 493,4 manat əsas və 49 manat cərimə borcu olamaqla cəmi 542,4 manat; xx.xx.2021-ci il tarixli, Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə üzrə 217,9 manat əsas və 21 manat cərimə borcu olmaqla cəmi 238,9 manat ; xx.xx.2022-ci il tarixli, Müddətli (Nisyə) alqısatqı müqaviləsinə üzrə 240,3 manat əsas və 24 cərimə borcu olmaqla cəmi 264,30 manat, ümumilikdə 1045,6 manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 30,94 manat məbləğdə pul vəsaiti tutulub, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə (elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-2610/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2610/2022
29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver