Məhkəmə qərarları › İş №e-2(027)-2613/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2613/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2613/2022 29.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC kiçik iddalara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış borcu 39.5 manat əsas, 5.9 manat cərimə, cəmi 45.4 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 138.4 manat əsas, 20.7 manat cərimə, cəmi 159.1 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 193.5 manat əsas, 29.3 manat cərimə, cəmi 224.8 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 44.9 manat əsas, 6.7 manat cərimə, cəmi 51.6 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 209.6 manat əsas, 31.4 manat cərimə, cəmi 241 manat, beş müqavilə üzrə 627.9 manat əsas, 94 manat cərimə, ümumilikdə 721.9 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh Arzuman oğlundan tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, İRŞAD-ELECTRONİCS» MMC ilə Cavabdeh Arzuman oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “SAMSUNG " markalı mobil telefona və “XİAOMP' markalı elektron qol saatına görə 12 ay ödəniş cədvəl üzrə hər ay 47 manat olmaqla cəmi 557.5 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “SAMSUNG" markalı mobil telefona və 2 (iki) ədəd telefon üçün aksesuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 37 manat olmaqla cəmi 656.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “SAMSUNG " markalı mobil telefona və 2 (iki) ədəd telefon üçün aksesuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 51 manat olmaqla cəmi 604 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “HONOR ” markalı qulaqcığa, “MJ" markalı kamera batareyasına və “SAN DİSK’ markalı yaddaş kartına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 25 manat olmaqla cəmi 294.9 manat, xx.xx.2021 -ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “XLAOMP' markalı mobil telefona və 2(iki) ədəd telefon üçün aksesuara görə 18 ay ödəniş cədvəl üzrə hər ay 15 manat olmaqla cəmi 270.1 manat, ümumilikdə beş müqavilə üzrə 2383.4 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli ********* sayh müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 48 manat, xx.xx.2020-ci il tarixli ********* sayh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 37 manat, xx.xx.2021-ci il tarixli ********* sayh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 51.5 manat, xx.xx.2021-ci il tarixli ********* sayh müddətE (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 25 manat və xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə isə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 15.5 manat ödəniş etmiş və beş müqavilə üzrə cəmi qahq qalmış 627.9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 1 №li əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildiririr ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu hər beş müqavilə üzrə 940 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər beş müqavilə üzrə 940 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 94 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək "xxxx" MMCnə olan borZü03.2021-ci il tarixli ********* sayh müddətli (nisyə) alqı-satqı müqaviləsilə əsasən, 39.5 manat əsas, 5.9 manat cərimə, cəmi 45.4 manat, xx.xx.2020-ci il tarixh ********* sayh müddətE (nisyə) alqı- satqı müqaviləsinə əsasən, 138.4 manat əsas, 20.7 manat cərimə, cəmi 159.1 manat, xx.xx.2021-ci il tarixE ********* sayh müddətE (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 193.5 manat əsas, 29.3 manat cərimə, cəmi 224.8 manat, xx.xx.2021-ci il tarixli ********* sayE müddətE (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 44.9 manat əsas, 6.7 manat cərimə, cəmi 51.6 manat, xx.xx.2021-ci il tarixE ********* saylı müddətE (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 209.6 manat əsas, 31.4 manat cərimə, cəmi 241 manat, beş müqavilə üzrə 627.9 manat əsas, 94 manat cərimə, ümumilikdə 721.9 manat təşkil etmişdir. Ona görə də, hər beş müqavilə üzrə 721.9 manat məbləğində borc Cavabdeh Arzuman oğlundan tutularaq "xxxx" MMC nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “SAMSUNG" markalı mobil telefona və 2(iki) ədəd telefon üçün aksesuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 37 manat olmaqla, cəmi 656.9 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “SAMSUNG " markalı mobil telefona və “XİAOMP' markalı elektron qol saatına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 47 manat olmaqla, cəmi 557,5 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “HONOR” markalı qulaqcığa, “MJ" markalı kamera batareyasına və “SAN DİSK’ markalı yaddaş kartına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 25 manat olmaqla, cəmi 294,9 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “SAMSUNG " markalı mobil telefona və 2 (iki) ədəd telefon üçün aksesuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 51 manat olmaqla, cəmi 604 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “XLAOMP' markalı mobil telefona və 2(iki) ədəd telefon üçün aksesuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 15 manat olmaqla, cəmi 270,2 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 138.4 manat əsas, 20.7 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 39.5 manat əsas, 5.9 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 44.9 manat əsas, 6.7 manat cərimə, xx.xx.2022-ci il tarixli Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 193.5 manat əsas, 29.3 manat cərimə borcu yaranmışdır. İşdə olan xəbərdarlığdan görünür ki, Cavabdeh tərəfindən banka olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyaların dəyərindən qalan məbləği hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Kiçik iddiaya dair ərizə təmin olunsun. Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış borcu 39.5 manat əsas, 5.9 manat cərimə, cəmi 45.4 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 138.4 manat əsas, 20.7 manat cərimə, cəmi 159.1 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 193.5 manat əsas, 29.3 manat cərimə, cəmi 224.8 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 44.9 manat əsas, 6.7 manat cərimə, cəmi 51.6 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 209.6 manat əsas, 31.4 manat cərimə, cəmi 241 manat, beş müqavilə üzrə 627.9 manat əsas, 94 manat cərimə, ümumilikdə 721.9 manat borc və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğdə pul vəsaiti tutulub, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə (elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar