Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-263/2023 10.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdim: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, XC0004823 saylı kredit müqaviləsinə əsasən, 87,6 manat əsas, 2,8 manat faiz və 0 (sıfır) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli XC0005236-2022 saylı kredit müqaviləsinə əsasən, 54,32 manat əsas, 1,68 manat faiz və 0 (sıfır) manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə, 176,4 (bir yüz yetmiş altı manat, qırx qəpik) manat borcun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, XC0004823-2022 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak təyinatlı məhsul və xidmətlərin alışı üçün 6 ay müddətinə, illik 48 % ödəmək şərti ilə 532 (beş yüz otuz iki) manat məbləğində, xx.xx.2022-ci il tarixli, XC0005236-2022 saylı kredit müqaviləsinə əsasən isə istehlak təyinatlı məhsul və xidmətlərin alışı üçün 12 ay müddətinə, illik 44 % ödəmək şərti ilə 581 (beş yüz səksən bir) manat məbləğində kredit verilmişdir. İddiaçı hər iki müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş olsa da, Cavabdeh isə hər iki müqavilə üzrə razılaşdırılmış müqavilə şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməmişdir. Hazırda xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçınə xx.xx.2022-ci il tarixli, XC0004823 saylı kredit müqaviləsi üzrə 87,6 manat əsas, 2,8 manat faiz və 0 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli XC0005236-2022 saylı kredit müqaviləsinə əsasən, 54,32 manat əsas, 1,68 manat faiz və 0 (sıfır) manat cərimə borcu olmaqla, ümumilikdə iki kredit üzrə cəmi 176,4 manat kredit borcu qalmaqdadır. Dəfələrlə cavabdehə iddiaçıya olan qalıq borcunu bağlaması barədə xəbərdarlıq olunmasına baxmayaraq, bunun bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş sənədlərini hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin sənədlərində olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, XC0004823 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh istehlak təyinatlı məhsul və xidmətlərin alışı üçün 6 ay müddətinə, illik 48 % ödəmək şərti ilə 532 (beş yüz otuz iki) manat məbləğində kredit verilmişdir. Mülki işin sənədlərində olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış digər xx.xx.2022-ci il tarixli, XC0005236-2022 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh istehlak təyinatlı məhsul və xidmətlərin alışı üçün 12 ay müddətinə, illik 44 % ödəmək şərti ilə 581 (beş yüz səksən bir) manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə- xx.xx.2022-ci il müqaviləsinə əsasən 87,6 manat əsas, 2,8 manat faiz və 0 (sıfır) manat cərimə borcu olmaqla, cəmi 90,4 manat borcu və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 54,32 manat əsas, 1,68 manat faiz və 0 (sıfır) manat cərimə borcu olmaqla, cəmi 56 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 90,4 manat əsas borc, 56 manat cərimə borcu, ümumilikdə 176,4 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə tələb əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, XC0004823 saylı kredit müqaviləsinə əsasən, 87,6 manat əsas və 2,8 manat faiz borcu, xx.xx.2022-ci il tarixli XC0005236-2022 saylı kredit müqaviləsinə əsasən, 54,32 manat əsas və 1,68 manat faiz olmaqla, ümumilikdə 146,4 (bir yüz qırx altı manat, qırx qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-263/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-263/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver