Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-27/2022 21.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MuğanBank” ASC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 10.09.2015-ci il tarixli, 16-15-11-039243 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 1207,59 (bir min yüz yeddi dollar əlli doqquz sent) ABŞ dolları əsas, 179,21 (bir yüz yetmiş doqquz dollar iyirmi bir sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 1386,80 (bir min üç yüz səksən altı dollar səksən sent) ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslanıdırılmışdır ki, İddiaçı ASC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 10.09.2015-ci il tarixli, 16-15-11-039243 saylı kredit müqaviləsi üzrə ona illik 27% olmaqla 1700 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh tərəfindən 10.09.2015-ci il tarixli, 16-15-11-039243 saylı kredit müqaviləsinin müddəaları pozularaq müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Ona görə də cavabdehin İddiaçı ASC-nə 10.09.2015-ci il tarixli, 16-15-11-039243 saylı kredit müqaviləsi üzrə Banka olan borcu 1207,59 (bir min yüz yeddi dollar əlli doqquz sent) ABŞ dolları əsas, 179,21 (bir yüz yetmiş doqquz dollar iyirmi bir sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 1386,80 (bir min üç yüz səksən altı dollar səksən sent) ABŞ dolları məbləğində borcu təşkil edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, ekspert rəyində göstərilən borc məbləği ilə razı olmadığını bildirərək, iddianın qismən təmin edilməsini xahiş etdi. İddiaçı ASC-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 10.09.2015-ci il tarixli, 16-15-11-039243 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 27% olmaqla 1700 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından olan iddiaçı tərəfin təqdim etdiyi 14.01.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-nə 559,68 ABŞ dolları qalıq borcu vardır. İş materiallarında olan 02 dekabr 2021-ci il tarixli, 9/7401 saylı ekspert rəyinə əsasən, Cavabdeh 10.09.2018-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-nə olan borcu 1,303,41 ABŞ dolları əsas borc, 2,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1,306,34 ABŞ dolları məbləğində müəyyən edilir. Həmçinin ödəniş qəbzləri və hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 08.10.2018-ci il tarixdən 12.02.2019-cu il tarixədək ümumilikdə 100,00 ABŞ dolları məbləğində ödəniş edilmişdir. 100,00 ABŞ dolları məbləğində ödəniş nəzərə alındığı təqdirdə 1,206,34 ABŞ dolları əsas borc, 0,00 ABŞ dolları faiz borcu olmaqla (1.306,34 - 100,00) məbləğində borcu qalacaqdır. Beləliklə, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 sentyabr 2015-ci il tarixli, 16-15-11- 039243 saylı kredit müqaviləsinə görə müqavilənin bitdiyi tarixdən sonra 180,46 ABŞ dolları məbləğdə faiz hesablanmışdır. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun bank qarşısında borcu yaranmışdır. Lakin, 02 dekabr 2021-ci il tarixli, 9/7401 saylı ekspert rəyində cavabdehin 1206,34 ABŞ dolları borcu olması qeyd edilsə də, iddiaçının təqdim etdiyi arayışdan göründüyü kimi onun banka 559,68 ABŞ dolları borcu vardır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh 10.09.2015-ci il tarixli, 16-15-11-039243 saylı tarixli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən iddia tələbi qismən təmin edilməli, ondan 559,68 ABŞ dolları borcunun iddiaçının xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 8.1.2 maddələrinə əsasən cavabdehdən 10 manat məbləğində pul alınaraq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 559,68 (beş yüz əlli doqquz dollar altmış səkkiz sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyəb edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pul, habelə ödənilmiş 20 manat dövlət rüsumu tutulsun. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 8.1.2 maddələrinə əsasən Cavabdeh 10 manat məbləğində pul alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-27/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-27/2022
21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver