Məhkəmə qərarları › İş №e-2(027)-273/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-273/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-273/2024 09.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi, Həsənov Rahim Təşəkkül oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Fikrət qızıdan xx.xx.2021-ci il tarixli QBLMB-05850 saylıkredit müqaviləsi üzrə əsas borcuna görə 698,7 manat, faiz borcuna görə 3,41 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 702,11 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun birgə borclu kimi Cavabdeh tutulması boyunbağı ədəd, çəkisi-14,2 qr, əyarı-750. Cəmi –14,2 qr, Bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh İsmayılova Günel Fikrət qızının qanun üzrə birinci dərəcəli vərəsəsi - Cavabdeh xx.xx.2021-ci il tarixli QBLMB-05850 kredit müqaviləsi üzrə cəmi 702,11 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli QBLMB-05850saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı – İddiaçı ASC-nin “Quba” filialı ilə borclu İsmayılova Günel Fikrət qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli QBLMB- 05850 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 29 % olmaqla, 12 ay müddətinə 900 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə və onlara əlavə olan ödəniş cədvəlinə əsasən borclu həmin məbləği və ona hesablanmış faizi hər ayin 25-dən gec olmamaq şərtilə ödəməli idi. Lakin, borclu İsmayılova Günel Fikrət qızı kredit ödənişlərini vaxtlı vaxtında edə bilməmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, borclu İsmayılova Günel Fikrət qızı vəfat etmişdir. Ölüm haqqında şəhadətnaməsinə əsasən, İsmayılova Günel Fikrət qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda Bank Azərbaycan Respublikası MM-nin 1306.1. madddəsinə (vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) əsaslanaraq, borclu İsmayılova Günel Fikrət qızı xx.xx.2021-ci il tarixdə öldüyünü nəzərə alararaq, onun yuxarıda adı çəkilən xx.xx.2021-ci il tarixli QBLMB-05850 saylı kredit müqaviləsinə görə borcu onun qanun üzrə 1-ci dərəcəli vərəsəsindən tələb edir. Bu borclunun vərəsəsiCavabdehdır. Həmçinin əlavə olaraq qeyd etmək istərdik ki, xx.xx.2021-ci il tarixli QBLMB-05850 saylıkredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh İsmayılova Günel Fikrət qızına məxsus olan qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli QBLMB-05850 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Quba” filialına saxlanca verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə olan borcu 698,7 manat, faiz borcuna görə 3,41 manat, cərimə borcuna görə 0 (sıfır) manat, cəmi 702,11 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, kredit verilərkən 2 ədəd boyunbağı 750 əyar, çəkisi 14,2, dəyəri 1001,1 manat, bazar dəyəri 1483,33 manat olan qızıl-zinət əşyaları kassaya təhvil verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılova Günel Fikrət qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, , Cavabdeh Fikrət qızı xx.xx.2021-ci il tarixdə vəfat etmiş İsmayılova Günel Fikrət qızının vərəsəsidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-743.3-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297-ci maddəsinə əsasən irov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.1-ci maddəsinə əsasən Girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. Həm Məcəllənin 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun bank qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, xx.xx.2021-ci il tarixli QBLMB-05850 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 698,7 manat, faiz borcuna görə 3,41 manat borc olmaqla ümumilikdə 702,11 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul İsmayılova Günel Fikrət qızının vərəsəsi Cavabdeh alınaraq “Rabitəbank ASC-nin xeyrinə ödənilməli, borc ödənilmədikdə tələb İddiaçı ASC qarşısında girov qoyulmuş, İsmayılova Günel Fikrət qızına məxsus, saxlanca qəbul edilmə akta əsasən Bankın pul anbarına saxlanca qəbul edilmiş 2 ədəd boyunbağı (çəkisi-14,2 qr, əyarı-750, cəmi –14,2 qr) ilkin satış qiyməti 1483,33 manat müəyyən edilməli, qızıl-zinət əşyaları hərracda satılmalı və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdim: Kiçik iddiaya dair ərizə qismən təmin olunsun. xx.xx.2021-ci il tarixli QBLMB-05850 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 698,7 manat, faiz borcuna görə 3,41 manat borc olmaqla ümumilikdə 702,11 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul İsmayılova Günel Fikrət qızının vərəsəsi Cavabdeh alınaraq “Rabitəbank ASC-nin xeyrinə ödənilsin. Borc ödənilmədikdə tələb İddiaçı ASC qarşısında girov qoyulmuş, İsmayılova Günel Fikrət qızına məxsus, saxlanca qəbul edilmə akta əsasən Bankın pul anbarına saxlanca qəbul edilmiş 2 ədəd boyunbağı (çəkisi-14,2 qr, əyarı-750, cəmi –14,2 qr) ilkin satış qiyməti 1483,33 manat müəyyən edilsin, qızıl-zinət əşyaları hərracda satılsın və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar