Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-2744/2025 08.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh1, Cavabdeh2, X1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin Cavabdeh1, Cavabdeh2, X1 qarşı kredit borcun ödənilməsinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6042,18 manat əsas borc, 2744,19 manat faiz borcu olmaqla, cəmi 8786,37 (səkkiz min yeddi yüz səksən altı manat, 37 qəpik) manat borcun və ödənilmiş 107,87 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata Cavabdeh3 münasibətdə xitam verilməlidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan göründüyü kimi, Cavabdeh3 xx.xx.2020 -ci ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC-nin Cavabdeh1, Cavabdeh2, X1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi iddia ərizəsi üzrə mülki işin icraatına Cavabdeh3 münasibətdə xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Kamilli
Məhkəmə qərarları › İş №e-2(027)-2744/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-2744/2025
08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver