Məhkəmə qərarları › İş №e-2(027)-3147/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-3147/2025

26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-3147/2025 26.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, müəyyənetdi: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ondan alınmış 2200 (iki min iki yüz) manatın geri qaytarılmasına qərar verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin dekabr ayında tanışı Cavabdeh reklam işləri ilə məşğul olduğundan ona qohumu Vəsilə Mahmudovanın icarədə olduğu Aptek üçün eni reklam, baner və işıq işlərinin aparılmasına bacaran biri lazımdır. Gülyar bildirdi ki, qeyd edilən işləri bacarır və 2000 (iki min) manata bu işləri yerinə yetirə bilər. Razılaşdıqdan sonra Gülyarın kartına vəsaiti köçürdü. 2025-ci ilin yanvar ayında pul az olduğunu bildirərək əlavə 200 manatda istədi və 22 yanvar tarixdə Gülyann kartına deyilən vəsaiti köçürdü. Razılaşmaya əsasən bu işlər fevral ayın sonuna bitməli idi, lakin Gülyar bir iş görmədi. Pulun qaytarılmasını dəfələrlə desə də müxtəlif bəhanələrlə 9 aydır yayınır. Bu məsələ ilə əlaqədar xx.xx.2025-ci ildə Daxili işlər Nazirliyinə electron müraciət etdi və işin araşdırılması Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, Polis leytenntı Cavad Əliyevə tapşırıldı və araşdırmanın Qərarı məhkəməyə mraciət etmək üçün ona təqdim edildi. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, Cavabdeh ona 2200 manat pul qaytarmalıdır. Polis Şöbəsində həmin borcu hissə-hissə qaytaracağına söz versədə bu günədək qaytarmamışdır. Ona görə də 2200 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını və iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, həqiqətən də İddiaçı 2200 manat pulu müvafiq işlərin görülməsi məqsədilə aldığını, lakin pulu qaytara bilmədiyini və 2200 manat tələblə bağlı iddianın təmin olunmasına etirazının olmadığını bildirmişdir. İİİ. İşin faktiki halları: İş materiallarında olan: - Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Cavad Əliyevin xx.xx.2025-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında Binəqədi RPİ-nin 5-ci PB-də araşdırma aparılmış və xx.xx.2025-ci il tarixdə toplanmış material Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı polis mayoru Asif Qarayev tərəfindən Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş, araşdırma zamanı tərəflər arasında olan mübahisə mülki xarakteri olduğundan, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı pulunun qaytarılması ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -Məhkəmənin sorğusu əsasında Bakı şəhər Binəqədi Rayon Polis İdarəsindən alınmış materialda olan Cavabdeh izahatından görünr ki, 06 dekabr 2024-cü il tarixdə Azər özünə məxsus pul kartından onun pul kartına 2000 manat və 22 yanvar 2025-ci il tarixdə 200 manat pul köçürmüşdür. O, 2200 (iki min iki yüz) manat pulu 06 oktyabr 2025-ci il tarixdə tam şəkildə İddiaçı qaytaracağına söz vermişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı Cavabdeh İddiaçı məxsus 2200 manat məbləğində pulu əldə etməklə, qaytarmaması və qaytarmaqdan imtna etməsi, iddiaçının hesabına həmin məbləğdə əsassız varlanaraq, İddiaçı 2200 manat məbləğində maddi zərər vurması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -759.2-ci maddəsinə əsasən Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin: -191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. -220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. - 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2200 (iki min iki yüz) manat məbləğində pul alınaraq, iddaçı İddiaçı verilməlidir. Belə ki, MPM-in 52.2-ci və 106.3-cü maddələrinə əsasən Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20. maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobil AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad edilirlər. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2200 (iki min iki yüz) manat məbləğində pul alınaraq, iddaçı İddiaçı verilsin. 42 (qırx iki) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar