Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-3160/2025 24.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Xəlilova Nigar Nemət qızı, İddiaçı "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər X2, Cavabdeh4, Cavabdeh3 Təvəkkul qızına, Cavabdeh2 Təvəkkul qızına və Cavabdeh1 qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi və pul tələbi barədə iddia ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: İddiaçı "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 noyabr 2023-cü il tarixli 3657/4 nömrəli kredit müqaviləsi üzrə kredit borcu cəmi 15409.69 AZN (on beş min dörd yüz doqquz manat altmış doqquz qəpik) AZN və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 136,23 (bir yüz otuz altı manat iyirmi üç qəpik) AZN məbləğdə dövlət rüsumunun, həmçinin ipotekaya tutma bildirişinin qeydiyyata alınması üçün çəkilən xərcin (51 AZN) cavabdeh – X1 (hüquqi varisi) tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi; iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********70-10301, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınan, paylı mülkiyyət hüququ ilə cavabdehlər – X3, Cavabdeh4, Cavabdeh3 Təvəkkul qızı, Cavabdeh2 Təvəkkul qızı, Cavabdeh1 məxsus olan ünvan 1i ünvanında 0.08 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 74.2 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi; İpoteka predmeti olan həmin mənzilin 30.000 (otuz min) AZN qiymətləndirilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçı "MONETRİ” BOKT MMC-yə ödənilməsi; İpoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdeh – X1 tutularaq iddiaçı "MONETRİ” BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, ərizəyə məhkəmə aidiyyatı üzrə Quba Rayon Məhkəməsində baxılmalı olmadığından, geri qaytarılmalıdır.. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İş materiallarından görünür ki, İddiaçı "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC tutmanın ipoteka predmetinə yönəldilməsi və pul tələbi barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Elektron məhkəmə informasiya sistemi”ndən görünür ki, iş üzrə iddiaçı iş üzrə "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC hüquqi şəxs, cavabdehlər isə vergi ödəyicisi olan fiziki şəxslərdir. Ərizənin məzmunundan həmçinin görünür ki, tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyəti barədədir. MPM-in 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.” Həmçinin tərəflər arasındakı mübahisənin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir və tərəflərin VOEN-ləri vardır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər X2, Cavabdeh4, Cavabdeh3 Təvəkkul qızına, Cavabdeh2 Təvəkkul qızına və Cavabdeh1 qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi və pul tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC-yə qaytarılsın. "MONETRİ” Bank Olmayan Kredit Təşkilatı MMC-yə aidiyyatı üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad iş üzrə ödənilmiş 136.23 manat məbləğində dövlət rüsumunun (qəbz: **********, xx.xx.2025-ci il tarixli ödənişin təyinatı: Quba Rayon Məhkəməsi) geri qaytarılması üçün əsasdır Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №e-2(027)-3160/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-3160/2025
24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver