Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-319/2024 15.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 29 iyun 2012-ci il tarixdə Cavabdeh (bundan sonra cavabdeh) ilə rəsmi nigaha daxil olmuşdur. Birgə nikah dövründə Azərbaycan Respubliksı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən 09 oktyabr 2014-cü il tarixdə ünvan 2 ünvanında ümumi sahəsi 41 m, yaşayış sahəsi 28.6 m və yardımçı sahəsi 12.4 m olan 2 (iki) otaqlı mənzil almışlar. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(105)-2574/2021 nömrəli 05 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən ünvan 3 ünvanında yerləşən mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payları müəyyən edilmişdir (buna dair icra vərəqəsi və mənzildən çıxarış iddia ərizəsinə əlavə edilir). Lakin, qeyd edilən mənzil payına dair icra vərəqəsi və mənzil payına dair çıxarışın olmasına baxmayaraq, mənzildən istifadə edə bilmir. Belə ki, Cavabdeh mənzilin açarlarını ona verməkdən imtina edir və mənzili kirayə verməklə, ona düşən paydan mənfəət əldə edir. Dəfələrlə mənzilə yaxınlaşaraq, mənzildən istifadə etməyə çalışsa da, buna nail ola biməmişdir. Cavabdeh, qardaşları Nicat və Emin Kazımovlar və anaları Həbibə Kazımova onu (o cümlədən yaxınlarını) müxtəlif vaxtlarda nalaiq ifadələrlə təhqir etmiş və mənzildən istifadə etməyə cəhd etdyim təqdirdə onu öldürəcəkləri ilə hədələmişdilər. Bu fakt, Quba Rayon Polis Şöbəsinin 11 mart 2023 tarixli HK-1\485 nömrəli materialında öz əksini tapıb və iddia ərizəsinə sübut qismində əlavə edilir. Həmçinin hal-hazırda da, cavabdeh anası ilə birgə, onu qeyd edilən mənzildən pul tələbinə dair Quba Rayon Məhkəməsində iddia ərizəmə baxış zamanı, təhqir etmiş və hədələmişdilər. Hal-hazırda iş Quba RPŞ-də araşdırılır və buna dair məhkəməyə etdiyi etiraz və qərar işə əlavə ediləcəkdir. Göründüyü kimi, cavabdeh qanunla qüvvəyə minmiş mənzil payından istifadəyə qanunsuz yollarla müdaxilə edir. Onu mənzilində təhqir edərək qovur, ölümlə hədələyir və mənzilindən qeyriqanuni yolla istifadə edərək, mənzili kirayə verməklə, qazanc əldə edir. Mənzil payından istifadəyə dair tərəfindən edilən cəhdlər nəticəsiz qalıb. Quba Rayon Polis Şöbəsinin 11 mart 2023 tarixli HK-1\485 nömrəli qərarında isə, qeyd edilir ki, pozulmuş mülkiyyət hüququnun bərpasına dair məhkəməyə müraciət etməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ½ hissəsinə olan mənzil payından istifadə üçün maneənin aradan qaldırılması tələbi ilə əvəz edilərək, müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və bildirmişdir ki, cavabdehlə birgə nikah dövründə əldə edilmiş mənzilin ½ hissəsinə pay hüququna malikdir. Payından istifadə edə bilmir. Qarşı tərəf mənzili kirayə verməklə gəlir əldə edir, ona öz payından istifadə etməyə maneçilik törədir, cavabdeh və qardaşları onu ölümlə hədələyirlər. İddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, göstərmişdir ki, hazırda o iki uşağı ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildə yaşayır. Cavabdehin həmin mənzildən istifadə etməsinə heç bir maneə yoxdur. Cavabdehin həmin mənzilin özünə aid hissəsini kirayəyə verib qazanc əldə etmək istəyir ki, buda mümkün olan deyildir. Ona görə ki, mənzil iki otaqdan ibarətdir və özünün və uşaqların başqa şəxs (lər) ilə bir mənzildə yaşamağı ağılabatan deyildir. Cavabdeh israrla həmin mənzildən istifadə etmək istəyirsə həmin mənzil satışa çıxarılsın, iddiaçı öz payını götürsün. İddiaçının həmin evə gəlməsini istəmir. Hesab edir ki, iddia əsassızdır və ona görə də təmin olunmamalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2574/2021 saylı icra vərəqəsindən görünür ki, Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(027)-316/2021 saylı qətnaməsi ləğv ediliş, iş üzrə yeni qətrnamə qəbul edilmişdir. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş mənzilə payların müəyyən edilməsi” barədə iddia tələbi təmin edilmiş, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payları müəyyən edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin **********08-05101-093005 reyestr nömrəli ********** nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışından görünür ki, Quba şəhəri, Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanında yerləşən 41 kv.m mənzilin ½ hissəsinə İddiaçı və ½ hisssəsinə Cavabdeh payı müəyyən edilmişdir. İş matreriallarında olan 11 mart 2023-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Quba RPŞ-nə, AR DİN-in 102 xidmətinə, e-poçt ilə DİN-nə və digər hüquqi və səlahiyyətli qurumlara etdiyi şikayət ərizələri ilə müraciət edərək keçmiş həyat yoldaşı Cavabdeh və keçmiş qaynı X2 tərəfindən təhqir olunması, üzərinə soyuq silahla hücum etməsi və ölümlə hədələnməsi mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, onlar İddiaçı təhqir edib olümlə hədələmiş olsalar belə, real olaraq ona qarşı heç bir zorakı hərəkətə yol verməmişlər. Odur ki, İddiaçı göstərdikləri xüsusatlar xüsusi ittiham xaraterli olduğundan, HK-1\485 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmiş ona xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Beləliklə tərəflərin izahatları, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin, işdə olan sübutların tədqiqi və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin **********08-05101-093005 reyestr nömrəli ********** nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba şəhəri, Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanında yerləşən 41 kv.m mənzilin ½ hissəsi İddiaçı məxsusdur. Cavabdeh tərəfindən iddiaçının iradəsinin ziddinə həmin mənzildən istifadə etməsinə maneələrin yaradılması və bununla da iddiaçının mənzilinə mülkiyyət, sahiblik və istifadə hüquqlarının pozulması sübuta yetirilir. Ona görə də İddiaçı göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olması təsdiq olunur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə hazırkı mübahisənin hüquqi tənzimlənməsi ilə bağlı aşağıdakı maddi hüquq normalarına istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X1 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 iyun 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları Məcəllənin 14.2-ci maddəsində sadalanmışdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur. Mülki Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə iddia tələbinin təmin edilməməsinə dair cavabdehin göstərdiyi dəlillərini formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin mövqeyi qanuni və əsaslı olmaqla, işin faktiki hallarına da tam uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən ½ hissəsinə olan mənzil payından istifadə üçün Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən ½ hissəsinə olan mənzil payından istifadə üçün Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-319/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-319/2024
15.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver