Məhkəmə qərarları › İş №e-2(027)-404/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-404/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-404/2022 07.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 2284 manat qalıq borc və 789,05 manat cərimə borcu olmaqla, cəmi 3073,05 manat borcun və 50,73 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 24.04.2018-ci il tarixli, SVTK00274 saylı “nisyə alqı-satqı müqaviləsi”nə (“müqavilə”) əsasən, cavabdehə 1019 manat məbləğində məhsul 12 ay müddətinə; 11.05.2018-ci il tarixli SVTK00297 saylı “nisyə alqı-satqı müqaviləsi”nə (“müqavilə”) əsasən, 502.88 manat məbləğində məhsul 12 ay müddətinə; 11.05.2018-ci il tarixli SVTK00298 saylı “nisyə alqı-satqı müqaviləsi”nə (“müqavilə”) əsasən, 109 manat məbləğində məhsul 06 ay müddətinə; 24.01.2018-ci il tarixli SVTK00159 saylı “nisyə alqı-satqı müqaviləsi”nə (“müqavilə”) əsasən, 1025.20 manat məbləğində məhsul 12 ay müddətinə; 12.12.2017-ci il tarixli SVTK00108 saylı “nisyə alqı-satqı müqaviləsi”nə (“müqavilə”) əsasən, 657.16 manat dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul borcluya təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəflərindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yertirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 2284 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 7890 manat təşkil edir. Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edirlər. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-i 789,05 manat təşkil edir. Azərbaycan Respubikası Mülki-Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır; 11.05.2018-ci il tarixli, SVTK00297 saylı nisyə alqı-satqı müqaviləsindən və müqaviləyə əlavələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumi qiyməti 502,88 manat dəyərində avadanlıq satılmışdır. Cavabdeh həmin məbləği 12 ay müddətinə hər ayın 11-dən gec olmamaqla hər ay 42 manat ödəməyi öhdəsinə götürmüşdür; 21.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11.05.2018-cu il tarixli, SVTK00297 saylı nisyə satış müqaviləsi üzrə 460,88 manat məbləğində qalıq borc və 157,21 manat cərimə borcu qalmışdır; 24.04.2018-ci il tarixli, SVTK00274 saylı nisyə alqı-satqı müqaviləsindən və müqaviləyə əlavələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumi qiyməti 1019 manat dəyərində avadanlıq satılmışdır. Cavabdeh həmin məbləği 12 ay müddətinə hər ayın 24-dən gec olmamaqla hər ay 85 manat ödəməyi öhdəsinə götürmüşdür; 21.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24.04.2018-cu il tarixli, SVTK00274 saylı nisyə satış müqaviləsi üzrə 848,76 manat məbləğində qalıq borc və 284,67 manat cərimə borcu qalmışdır; 11.05.2018-ci il tarixli, SVTK00298 saylı nisyə alqı-satqı müqaviləsindən və müqaviləyə əlavələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumi qiyməti 109 manat dəyərində avadanlıq satılmışdır. Cavabdeh həmin məbləği 6 ay müddətinə hər ayın 11-dən gec olmamaqla hər ay 18 manat ödəməyi öhdəsinə götürmüşdür; 21.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11.05.2018-cu il tarixli, SVTK00298 saylı nisyə satış müqaviləsi üzrə 91 manat məbləğində qalıq borc və 31,04 manat cərimə borcu qalmışdır; 24.01.2018-ci il tarixli, SVTK00159 saylı nisyə alqı-satqı müqaviləsindən və müqaviləyə əlavələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumi qiyməti 1025,20 manat dəyərində avadanlıq satılmışdır. Cavabdeh həmin məbləği 12 ay müddətinə hər ayın 24-dən gec olmamaqla hər ay 81 manat ödəməyi öhdəsinə götürmüşdür; 21.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24.01.2018-cu il tarixli, SVTK00159 saylı nisyə satış müqaviləsi üzrə 570,20 manat məbləğində qalıq borc və 192,27 manat cərimə borcu qalmışdır; 12.12.2017-ci il tarixli, SVTK00108 saylı nisyə alqı-satqı müqaviləsindən və müqaviləyə əlavələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumi qiyməti 657,16 manat dəyərində avadanlıq satılmışdır. Cavabdeh həmin məbləği 12 ay müddətinə hər ayın 12-dən gec olmamaqla hər ay 53 manat ödəməyi öhdəsinə götürmüşdür; İş materiallarında olan bildirişlərdən görünür ki, Cavabdeh müqavilə üzrə borclu olduğu məbləği ödəməyəcəyi təqdirdə barəsində məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdar edilmişdir; **********72 saylı ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 50,73 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyaların dəyərindən qalan məbləği hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilələrin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan maliyyə arayışları ilə cavabdehin iddiaçıya cəmi 1970,84 manat (570,20+91+460,88+848,76=1970,84) qalıq borcu və 665,19 manat (192,27+31,04+157,21+284,67=665,19) cərimə borcunun olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən 12.12.2017-ci il tarixli, SVTK00108 saylı nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya borcunun olması barədə hər hansı sübut iş materiallarına əlavə olunmamışdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 50,73 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. 24.01.2018-ci il tarixli, SVTK00159 saylı, 11.05.2018-ci il tarixli, SVTK00298 saylı, 11.05.2018-ci il tarixli, SVTK00297 saylı və 24.04.2018-ci il tarixli, SVTK00274 saylı nisyə satış müqavilələri üzrə yaranmış 1970,84 manat məbləğində qalıq borc və 665,19 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2636,03 manat məbləğində borc Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulsun. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 50,73 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar