Məhkəmə qərarları › İş №e-2(027)-41/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-41/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-41/2025 08.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X12, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 Vidad oğluna və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsilə məhkəməyə müraciət edərək, 21.436,23 (iyirmi bir min dörd yüz otuz altı manat, 23 qəpik) manat məbləğində dəymiş maddi ziyanın və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 155 (bir yüz əlli beş) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba rayon prokurorluğunun 09 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarı ilə müəyyən edilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olmuş LPO İddiaçı ASC-nin cavabdeh X6 qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair e-2-2(119)-131/2022 saylı kommersiya işi üzrə imzaların saxtalaşdırılması xüsusatı ilə əlaqədar Sumqayıt Kommersiya Məhkəməsi 26 may 2022-ci il tarixli, e-2-2(119)-131/2022 saylı xüsusi qərardad qəbul edərək araşdırılması üçün Quba rayon prokurorluğuna göndərmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı ASC-nin “Quba” filialının vəzifəli şəxslərinin, yəni Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 əməlləri nəticəsində İddiaçı ASC-nin “Quba” filialına əmlak ziyanı vurulması ilə yanaşı, filialın ümümi xəzinəsində çatışmazlığın yaranmasına gətirib çıxartmışdır ki, bununla da filialın iş fəaliyyəti pozulmuş və nəticədə bankın qanuni qorunan mənafelərinə mühüm zərər vurulmuşdur. Araşdırma materiallarından göründüyü kimi, İddiaçı ASC-nin “Quba” filialının vəzifəli şəxsləri tərəfindən, İddiaçı ASC-nin “Quba” filialı ilə borc alan X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit və ipoteka müqavilələri, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə (ödəniş cədvəli) X4 adından imzalar edilməklə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməsi yolu ilə vəzifə saxtakarlığı törədilmişdir. Yuxarıda qeyd olunanlar Quba rayon prokurorluğunun böyük müstəntiqi, İİ-ci dərəcəli hüquqşünası X13 icraatında olan 149c-22 nömrəli materialı araşdırması nəticəsində qərara aldığı xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında öz əksini tapmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2-2(119)-131/2022 saylı xüsusi qərardadı üzrə aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı nəticəsində LPO İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 21.188,23 (iyirmi bir min bir yüz səksən səkkiz manat, 23 qəpik) manat məbləğində borc, LPO İddiaçı ASC tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 208 (iki yüz səkkiz) manat məbləğində xərcin və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat, cəmi 21.436,23 (iyirmi bir min dörd yüz otuz altı manat, 23 qəpik) manat məbləğində ziyan dəymişdir. Bu günə qədər 21.436,23 (iyirmi bir min dörd yüz otuz altı manat, 23 qəpik) manat məbləğində dəymiş ziyan LPO İddiaçı ASCyə ödənilməmiş qalmaqdadır. Həmin tarixdən bu günə qədər cavabdehlər tərəfindən banka heç bir vəsait qaytarılmamışdır. Bank tərəfindən yazılı xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, Sumqayıt Kommersiya Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2-2(119)-131/2022 saylı xüsusi qərardadına əsasən, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 21.188,23 (iyirmi bir min bir yüz səksən səkkiz manat, 23 qəpik) manat məbləğində borc, LPO İddiaçı ASC tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 208 (iki yüz səkkiz) manat məbləğində xərcin və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat, cəmi 21.436,23 (iyirmi bir min dörd yüz otuz altı manat, 23 qəpik) manat məbləğində ödənilməmiş hissəsi cavabdehlərdən müştərək qaydada zərərçəkmiş LPO İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Bildiyiniz kimi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı ASCnin bank lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 22 iyul 2016-cı il tarixli Qərarına əsasən məcburi ləğv prosesinə başlanmış və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən İddiaçı ASC-nin Ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı inzibati- İqtisadi məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli Qərarına əsasən İddiaçı ASC-nin iflas proseduruna başlanmışdır. Sonradan İddiaçı iddianın dəqiləşdirilməsi barədə ərizə təqdim edərək, 21.436,23 (iyirmi bir min dörd yüz otuz altı manat, 23 qəpik) manat məbləğində dəymiş maddi ziyanın və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 155 (bir yüz əlli beş) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X8 və X5 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Dəqiqləşmə onunla əsaslandırılmışdır ki, həmin mülki iş üzrə 21.436,23 (iyirmi bir min dörd yüz otuz altı manat, 23 qəpik) manat məbləğində dəymiş maddi ziyanın və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 155 (bir yüz əlli beş) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qeyd etmək istəyirik ki, Quba rayon prokurorluğunun 09 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarı ilə müəyyən edilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olmuş LPO İddiaçı ASC-nin cavabdeh X6 qarşı “borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair e-2-2(119)-131/2022 saylı kommersiya işi üzrə imzaların saxtalaşdırılması xüsusatı ilə əlaqədar Sumqayıt Kommersiya Məhkəməsi 26 may 2022-ci il tarixli, e-2-2(119)-131/2022 saylı xüsusi qərardad qəbul edərək araşdırılması üçün Quba rayon prokurorluğuna göndərmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı ASC-nin “Quba” filialının vəzifəli şəxslərinin, yəni Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 əməlləri nəticəsində İddiaçı ASC-nin “Quba” filialına əmlak ziyanı vurulması ilə yanaşı, filialın ümümi xəzinəsində çatışmazlığın yaranmasına gətirib çıxartmışdır ki, bununla da filialın iş fəaliyyəti pozulmuş və nəticədə bankın qanuni qorunan mənafelərinə mühüm zərər vurulmuşdur. Araşdırma materiallarından göründüyü kimi, İddiaçı ASC-nin “Quba” filialının vəzifəli şəxsləri tərəfindən, İddiaçı ASC-nin “Quba” filialı ilə borc alan X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit və ipoteka müqavilələri, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə (ödəniş cədvəli) X4 adından imzalar edilməklə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməsi yolu ilə vəzifə saxtakarlığı törədilmişdir. Yuxarıda qeyd olunanlar Quba rayon prokurorluğunun böyük müstəntiqi, İİ-ci dərəcəli hüquqşünası X13 icraatında olan 149c-22 nömrəli materialı araşdırması nəticəsində qərara aldığı xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında öz əksini tapmışdır. Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilən e2- 2(119)-131/2022 saylı xüsusi qərardadı üzrə Quba rayon prokurorluğunda 149c-22 №-li material üzrə aparılmış araşdırmanın nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi qərarından tərəfimizdən verilmiş ərizə Quba Rayon Məhkəməsi tərəfindən təmin edilmişdir. Bu səbəbdən yeni araşdırmanın nəticəsi məlum olana qədər e2(027)- 182/2024 saylı iş üzrə icraat dayandırılmışdı. Hazırda Quba Rayon Prokurorluğunun xx.xx.2024-cü il cinayət işinin başlanmasının rədd edilməsi qərarı qəbul edilmişdir. Qərara əsasən araşdırma zamanı X11 və X4 imza və xətt nümunələri götürülmüş, izahatlar alınmış və məhkəm-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/933 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2015-ci il tarixli 05 nömrəli, xx.xx.2015-ci il tarixli 03 nömrəli, xx.xx.2016-cı il tarixli 04 nömrəli, xx.xx.2016-cı il tarixli 02 nömrəli, xx.xx.2016-cı il tarixli 07 nömrəli, xx.xx.2016-cı il tarixli 07 nömrəli, xx.xx.2016-cı il tarixli 02 nömrəli ödəniş qəbzlərində “ödəyənin imzası” qrafalarındakı imzalar X8 tərəfindən, xx.xx.2015-ci il tarixli 12 nömrəli, xx.xx.2015-ci il tarixli 18 nömrəli ödəniş qəbzlərində “ödəyənin imzası” qrafalarındakı imzalar X11 tərəfindən icra olunmuşdur. Beləliklə prokurorluq tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin “Quba” filialının vəzifəli şəxsləri tərəfindən, İddiaçı ASC-nin “Quba” filialı ilə borc alan X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit və ipoteka müqavilələrinə əsasən X6 15000 manat məbləğində kredit verilmiş və həmin kredit məbləği X8 tərəfindən əldə edilmişdir. X11 və X4 cavabdeh kimi iddia ərizəsinə əlavə edilməsini məqsədəuyğun hesab edirlər. Bu səbəbdən aşağıda qeyd olunan borc məbləğinin tərəflərdən müştərək qaydada tutulmasını məqsədəuyğun hesab edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında məhkəmə iddianın dəqiləşdirilməsi barədə ərizəyə münasibət bildirərək, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşığından X7 və X4 cavabdeh kimi cəlb olunmasından imtina olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizəyə uyğun izahat verərək, bildirmişdir ki, cavabdeh şəxslər İddiaçı ASC-nin “Quba” filialının vəzifəli şəxsləri kimi fəaliyyət göstəriblər, onların əməlləri nəticəsində banka əmlak ziyanı vurulması ilə yanaşı, İddiaçı ASC-nin “Quba” filialının xəzinəsində çatışmazlığın yaranmasına səbəb olmuşdur ki, bununla da İddiaçı ASC-nin ‘Quba” filialının iş fəaliyyəti də pozulmuş və nəticədə bankın qanuni qorunan mənafelərinə mühüm zərər dəymişdir. İddiaçı ASC-nin “Quba” filialı ilə borc alan X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit və ipoteka müqavilələri X4 adından imzalar edilməklə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməsi yolu ilə vəzifə saxtakarlığı törədilmişdir. Bir sözlə 21.436,23 (iyirmi bir min dörd yüz otuz altı manat, 23 qəpik) manat məbləğində ziyan cavabdehlərin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri və vəzifə saxtakarlığı nəticəsində yaranmışdır. Odur ki, iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh3 Vidad oğluna və Cavabdeh2 iddianı qəbul etməyərək, rədd edilməsini xahiş etmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-131/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X6 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri aşkar olunduğundan, həmin xüsusat üzrə cinayət işinin başlanması məsələsinin müzakirə edilməsi üçün Xüsusi Qərardad çıxarılaraq, müvafiq araşdırma aparılmasından ötrü ərazi aidiyyəti üzrə Quba rayon Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 09 avqust 2023-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə İddiaçı ASC-nin Quba filialının vəzifəli şəxs(lər)i tərəfindən İddiaçı ASC-nin Quba filialı ilə “borc alan” və “ipoteka qoyan” X8 arasında bağlanmış 29 iyun 2015-ci il tarixli 2661 №-li kredit müqaviləsində, 29 iyun 2015-ci il tarixli 2661 №-li kredit müqaviləsinə əlavədə (ödəniş cədvəlində) və 29 iyun 2015-ci il tarixli Y09/2661 nömrəli ipoteka müqaviləsində X4 adından imzalar edilməklə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməsi yolu ilə vəzifə saxtakarlığı törədilmişdir. Toplanmış materialda Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, 308.1, 313-cü maddələrinin tərkib əlamətləri vardır. Azərbaycan Respublikası CPMnin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CM-nin 179.2.3, 179.2.4, 308.1, 313cü maddəsində nəzərdə tutulmuş əməllər cinayətlərin az ağır və böyük ictimai təhlükə törətməyən kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Toplanmış materialdan görünür ki, əməl 29 iyun 2015-ci ildə törədilməklə hazırda cinayətin üzərindən yeddi ildən artıq vaxt keçmişdir. Odur ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən material üzrə cinayət işinin başlanması rədd edilməsi və araşdırma üzrə artıq əhəmiyyət kəsb etmədiyindən Sumqayıt Kommersiya Məhkəməsindən götürülmüş İddiaçı ASC-nin Quba filialı ilə “borc alan” və “ipoteka qoyan” X8 arasında bağlanmış 29 iyun 2015-ci il tarixli 2661 №-li kredit müqaviləsinin, 29 iyun 2015-ci il tarixli 2661 №-li kredit müqaviləsinə əlavənin (ödəniş cədvəli) və 29 iyun 2015-ci il tarixli Y09/2661 nömrəli ipoteka müqaviləsinin əsli, kommersiya işi üzrə X3 tədqiqat üçün götürülmüş nümunələrim Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 14 dekabr 2023-cü il tarixli qərardan göründüyü kimi, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olmuş iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdeh X6 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)- 131/2022 №-li kommersiya işi üzrə imzaların saxtalaşdırılması xüsusatı ilə əlaqədar Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 26 may 2022-ci il tarixli e-2-2(119)- 131/2022 №-li xüsusi qərardadla bağlı, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, 308.1, 313cü maddələrinin tərkib əlamətləri olsa da, göstərilənlərə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X14, X16, X9 əməllərində cinayət tərkibi olmadığından onlara münasibətdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Toplanmış materialda Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, 308.1, 313-cü maddələrinin tərkib əlamətləri olsa da, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş, Sumqayıt Kommersiya Məhkəməsindən götürülmüş İddiaçı ASC-nin Quba filialı ilə “borc alan” və “ipoteka qoyan” X8 arasında bağlanmış 29 iyun 2015-ci il tarixli 2661 №-li kredit müqaviləsinin, 29 iyun 2015-ci il tarixli 2661 №-li kredit müqaviləsinə əlavənin (ödəniş cədvəli) və 29 iyun 2015-ci il tarixli Y09/2661 nömrəli ipoteka müqaviləsinin əsli, kommersiya işi üzrə X3 tədqiqat üçün götürülmüş nümunələr Sumqayıt Kommersiya Məhkəməsinə geri qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 09 sentyabr 2024cü il tarixli qərardan göründüyü kimi, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olmuş iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdeh X6 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(l 19)-131/2022 №-li kommersiya işi üzrə imzaların saxtalaşdırılması xüsusatı ilə əlaqədar Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 26 may 2022-ci il tarixli e-2-2(119)- 131/2022 №-li xüsusi qərardadla bağlı, rayon prokurorluğuna aparılmış araşdırmanın nəticəsində 149c-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Quba rayon prokuroruna, Qərarın surəti X2 göndərilməklə, onlara qərardan narazı olduğu halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Quba rayon prokuroruna, yuxarı prokurora və ya Quba rayon məhkəməsinə şikayət etmək hüquqlarının olması izah edilmiş və material saxlanılması üçün Quba rayon prokurorluğunun dəftərxanasına təhvil verilmişdir. Qərardan göründüyü kimi, X5 imza və xətt nümunələri götürülmüş və təkrar məhkəməxətşünaslıq ekspertizasının təyin olunaraq rəy alınmışdır. Məhkəmə-xətşünaslıq ekspertizasının 23 avqust 2024-cü il tarixli 3-16-16/2-4/933 nömrəli rəyindən görnür ki, ekspertizaya təqdim edilmiş, 11 sentyabr 2015-ci il tarixli 05 nömrəli, 30 oktyabr 2015-ci il tarixli 03 nömrəli, 19 fevral 2016-cı il tarixli 04 nömrəli, 07 aprel 2016-cı il tarixli 02 nömrəli, 05 may 2016-cı il tarixli 07 nömrəli, 06 iyun 2016-cı il tarixli 07 nömrəli, 11 iyul 2016-cı il tarixli 02 nömrəli ödəniş qəbzlərində “Ödəyənin imzası” qrafalarındakı imzalar - X8 tərəfindən icra olunmuşdur. Ekspertizya təqdim edilmiş, 08 oktyabr 2015-ci il tarixli 12 nömrəli, 13 oktyabr 2015-ci il tarixli 18 nömrəli ödəniş qəbzlərində “Ödəyənin imzası” qrafalarmdakı imzalar - X11 tərəfindən icra olunmuşdur. Beləliklə də araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC-nin Quba filialı ilə “borc alan” və “ipoteka qoyan” X8 arasında bağlanmış 29 iyun 2015-ci il tarixli 2661 №-li kredit müqaviləsi və 29 iyun 2015-ci il tarixli Y09/2661 nömrəli ipoteka müqaviləsinə əsasən X6 15.000 manat məbləğində kredit verilmiş və həmin kredit məbləği X8 tərəfindən əldə edilmişdir. Belə ki, materiala əlavə edilmiş 13 oktyabr 2015-ci il tarixli 18 nömrəli, 08 oktyabr 2015-ci il tarixli 12 nömrəli, 02 iyul 2015-ci il tarixli 21 nömrəli, 19 fevral 2016-cı il tarixli 04 nömrəli, 04 mart 2016-cı il tarixli 06 nömrəli, 06 iyun 2016-cı il tarixli 07 nömrəli, 05 may 2016-cı il tarixli 07 nömrəli, 11 iyul 2016-ci il tarixli 02 nömrəli, 07 aprel 2016-cı il tarixli 02 nömrəli, 11 sentyabr 2015-ci il tarixli 05 nömrəli, 30 oktyabr 2015-ci il tarixli 03 nömrəli ödəniş qəbzlərindən görünür ki, borc alan X8 ilə bağlanmış kredit müqaviləsi üzrə 1135 manat məbləğində ödəniş olunmuş, həmin ödənişlərdən 675 manat vəsait X8, 185 manat vəsait isə X10 Ağabalayeva tərəfindən edilmişdir. Bu isə bir daha 29 iyun 2015-ci il tarixli 2661 №-li kredit müqaviləsi və 29 iyun 2015-ci il tarixli Y09/2661 nömrəli ipoteka müqavilələri əsasında X4 özünün İddiaçı ASC-nin Quba filialından 15.000 manat məbləğində kredit götürməsini sübut edir. Azərbaycan Respublikası CM-nin 195.1-ci maddəsinə əsasən təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 190-cı maddəsinin Qeyd hissəsinə əsasən CM-nin 195.1-ci maddəsində xeyli miqdar dedikdən əlli min manatdan yuxarı, iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Araşdırma materiallarında sözügedən məbləğ 15000 manat olmaqla, 50000 manatdan aşağı olduğundan CM-nin 195-ci maddəsi ilə tərkib yaranması mümkün deyildir. Belə olan halda toplanmış materialda CM-nin 195-ci maddəsinin tərkib əlamətləri olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-131/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdeh X6 qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə ilk öncə onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Başqa sözlə, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları sübut etmək öhdəliyi daşıyır. Məhkəmə araşdırması zamanı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Vidad oğluna və Cavabdeh2 iddiaçıya zərər vurması sübut olunmur. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə” 09 sentyabr 2024-cü il tarixli qərardan göründüyü kimi, 15.000 manat məbləğində vəsaitlə əsassız varlanan şəxs məhz X8 olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. X4 həmin vəsaiti əldə etməsi halında cavabdehlər Cavabdeh1, Cavabdeh3 Vidad oğluna və Cavabdeh2 həmin məbləğdə zərər vurması istisna olunur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 Vidad oğluna və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 Vidad oğluna və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 155 ( yüz əlli beş) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar