Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-488/2023 13.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 000 (otuz min) manat əsas borc, 2500 (iki min beş yüz) manat gecikmə faizi, 500,0 (beş yüz) manat hüquqi xidmət xərci, 180 manat dövlət rüsumu, cəmi 33 180 (otuz üç min bir yüzsəksən) manat pulCavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddiaçının 33 180,00 (otuz üç min yüz səksən) manat məbləğindəki həmin tələbin Cavabdeh2 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş Quba rayonu Qəçrəş kəndində yerləşən 0,17 ha torpaq sahəsinə (sənədi: AR ƏMDK yanında DƏMDRX Əİ tərəfindən xx.xx.2016 tarixdə Cavabdeh2 adına verilmiş **********62 reyestr, ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış) yönəldilməsi, həmin torpaq sahəsinin hərracda satılmas, satışdan əldə olunmuş vəsait hesabına İddiaçı olan 33 180 manat borc pulun ödənilməsi, həmin əmlakın satışından əldə olunmuş vəsait 33 180 manat borc pulun ödənilməsinə kifayət etmədikdə qalıq borcla bağlı icra hərəkətlərinin davam etdirilməsi, torpaq sahəsinin satıldıqdan sonra boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi tərtib edilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi (bundan sonra Azərbaycan Respublikası MPM) ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinin tələbinə əsasən dövlət rüsumunun ödənilməsi barədə sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən isə görünür ki, iddiaçı cəmi 180 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbacan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 152, 263- 264 və 266-268-cı maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizənin qaytarlıması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-488/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-488/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver