Məhkəmə qərarları › İş №e-2(027)-502/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-502/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-502/2024 28.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X18 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh7, Cavabdeh3, X7, X8, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüquqlarının itirməklə onların həmin torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh7, Cavabdeh3, X4, X5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və və Cavabdeh6 Quba rayonu, Aşağı- Atuc kəndində iddiaçının xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 83.6 kv.m yaşayış sahəsi 46.2 kv.m yardımçı sahəsi 37.4 kv.m olan fərdi yaşayış evinə istifadə hüquqlarının itirməklə onların həmin torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi və tərəfimizdən ödənilmiş100 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(027)-4300/2016 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh7 və X19 cəmi 3786.22 manat məbləğində pul və 26 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı QSCnin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh7 məxsus olan Quba rayonu, Aşağı-Atuc kəndində xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 83.6 kv.m yaşayış sahəsi 46.2 kv.m yardımçı sahəsi 37.4 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsaitin Cavabdeh7 və X20 İddiaçı QSC-yə olan borcunun hesabına ödənilməsi, ödənişlər aparıldıqdan sonra artıq qalan məbləğin borclu Cavabdeh7 verilməsi, hərraca çıxarılarkən ipoteka predmeti olan Cavabdeh7 məxsus olan Quba rayonu, Aşağı-Atuc kəndində xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 83.6 kv.m yaşayış sahəsi 46.2 kv.m yardımçı sahəsi 37.4 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 9000 (doqquz min) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində müəyyən edilməsi qət edilmişdir. Hazırda Quba rayonu, Aşağı-Atuc kəndində xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 83.6 kv.m yaşayış sahəsi 46.2 kv.m yardımçı sahəsi 37.4 kv.m olan fərdi yaşayış evi İddiaçı QSC-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş, xx.xx.2022-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın **********00-10301 reyestr nömrəli çıxarış alınmışdır. Quba Rayonu İcra Hakimiyyəti Başçısının Aşağı-Atuc İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Quba rayonu, Aşağı-Atuc kəndində xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 83.6 kv.m yaşayış sahəsi 46.2 kv.m yardımçı sahəsi 37.4 kv.m olan fərdi yaşayış evində Cavabdeh7, Cavabdeh3, X9, X10, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X14, X28, X21, X29 qeydiyyatdadırlar. Bundan sonra, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Quba rayonu, Aşağı-Atuc kəndində xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumisahəsi 83.6 kv.m yaşayış sahəsi 46.2 kv.m yardımçısahəsi 37.4 kv.m olan fərdi yaşayış evinin 10 (on) gün ərzində könüllü olaraq boşaltması və Banka təhvil verilməsi barədə cavabdehlər X6, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və X8 xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehlərə verilmiş müddətin başa çatmasına baxmayaraq mənzili könüllü olaraq boşaldıb Banka Təhvil verməmişlər. Cavabdeh7, Cavabdeh3, X9, X10, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X14, X28, X21, X29 qeyd olunan əmlakda yaşadığından,İddiaçı QSC-nin mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mane olur. X14, X28, X21. X29 on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanlar olduğundan onlar da valideynləri ilə birlikdə Quba rayonu, Aşağı-Atuc kəndində xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 83.6 kv.m yaşayış sahəsi 46.2 kv.m yardımçı sahəsi 37.4 kv.m olan fərdi yaşayış evində qeydiyyatdadırlar. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X30 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ipoteka müqaviləsi 2015-ci ildə bağlanmış və həmin ildə Cavabdeh6 orada qeydiyyatda olmamışdır. Sonradan ev ipoteka ilə yüklülüyü olduğu təqdirdə həmin evə qeydiyyata düşmüş və bu barədə məlumatsız olmuşdur. İpoteka müqaviləsinin bağlandığı ildə həmin evə pasport qeydiyyatında olan şəxslər barəndə arayışı məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Cavabdeh6 izahatında bildirmişdir ki, o əvvəlcədən Sumqayıt şəhərində qeydiyyatda olmuş, sonradan daxili qoşunların hərbi hissəsində xidmət etdiyi üçün o Aşağı-Atuc kəndində qaynatasına məsxsus evə qeydiyyata düşmüşdür. Lakin kreditin və ipoteka müqaviləsinin mövcudluğundan xəbəri olmamışdır, bu barədə ona məlumat verilməmişdir. O təxminən pandemiyadan 2-3 il əvvəl ora qeydiyyata düşdüyünü və dəqiq ilini xatırlamadığını bildirmişdir. Uşaqlar azyaşı olduğları üçün onlarda həmin evdə qeydiyyatdadırlar. İş üzrə digər cavabdehlər məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatına dinləyib, cavabdehin verdiyi izahatını nəzərə alaraq, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli, 2(027)- 4300/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı QSC-nin cavabdehlər X3, X32. X11, X15, X16 və X12 qarşı kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər X3 və X19 müştərək qaydada 3059,85 manat kredit borcu, 676,37 manat faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 3786,22 (üç min yeddi yüz səksən altı manat iyirmi iki qəpik) manat məbləğində pul və 26 (iyirmi altı) manat dövlət rüsumu alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməsi; Tələb ipoteka predmeti olan, X3 ilə İddiaçı QSC arasında bağlanmış 09 aprel 2015-ci il tarixli 032M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyulan X2 məxsus olan Quba rayonu, Aşağı- Atuc kəndində xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 83,6 kv.m, yaşayış sahəsi 46.2 kv.ın. yardımçı sahəsi 37,4 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi; Həmin əmlaklar hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsait X3 və X20 İddiaçı QSC-yə olan borcunun hesabına ödənilsin. Ödənişlər aparıldıqdan sonra artıq qalan məbləğ cavabdeh X2 verilməsi; Hərraca çıxarılarkən ipoteka predmeti olan X2 məxsus olan Quba rayonu, Aşağı-Atuc kəndində xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 83,6 kv.m, yaşayış sahəsi 46,2 kv.m, yardımçı sahəsi 37,4 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 9000 (doqquz min) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, , Aşağı-Atuc kəndində yerləşən olan 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 83,6 kv.m, yaşayış sahəsi 46,2 kv.m, yardımçı sahəsi 37,4 kv.m olan fərdi yaşayış evi tam pay hüququ ilə “AccessBank QSC”-nin mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Quba rayonu Aşağı Atuc kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 83,6 kv. m. yaşayış sahəsi 46,2 kv. m. Yardımçı sahəsi 37,4 kv. m. olan fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olduğunu, cavabdehlərdən 10 (on) gün ərzində həmin torpaq sahəsini və fərdi yaşayış evini könüllü olaraq boşaltmağı və Banka təhvil verilməsini, əks təqdirdə həmin əmlakın qanunsuz sahibliyinizdən tələb edilməsi və fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmağları üçün məhkəməyə müraciət ediləcəyi və bu halda çəkilmiş zəruri icra xərclərin cavabdehlərdən tələb olunacağı bildirilmişdir. İddia ərizəsindən görünür ki, “AsanPay” vasitəsilə, ********** nömrəli mədaxil qəbzilə, iddiaçı tərəfindən iddia qaldırılması üçün 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Quba RİHB-nın Aşağı Atuc İƏD üzrə nümayəndəliyi tərəfindən 2015-ci ildə verilmiş arayışdan görünür ki, Quba rayonu Aşağı Atuc kəndində X2 məxsus olan yaşayış evinə Cavabdeh3, Abdurrəhmanova (Şabanova) Pöhrə Elxan qızı, Cavabdeh4, X9, X10, Cavabdeh1 pasport qeydiyyatındadırlar. İş materiallarında olan Quba RİHB-nın Aşağı Atuc İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 448 nömrəli arayışdan görünür ki, X2 məxsus 03 saylı təsərrüfatbaşına kitabda 213 saylı şəxsi hesab nömrəsində qeyd olunmuş reyestr nömrəsi **********00-10301 olan fərdi yaşayış evində aşağıdkı ailə üzvləri-Cavabdeh7, Cavabdeh3, X9, X10, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, X14, Cavabdeh6, X28, X21 və X29 qeydiyyatdadırlar, lakin hal-hazırda Quba rayonu Aşağı Atuc kəndində yaşamırlar. İş materiallarında olan Quba RİHB-nın Aşağı Atuc İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 102 nömrəli arayışdan görünür ki, Cavabdeh6 Quba RİHB-nın Aşağı Atuc İƏD üzrə nümayəndəliyinin 2016-2020-ci illər üzrə 03 saylı təsərrüfatbaşına kitabının 40-cı səifəsində 208 saylı şəxsi hesab nömrəsində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 ərizələrindən göründyü kimi, ipoteka predmetinə tutma yönəldikdə, qeyd-şərtsiz evi tərk etməyi öhdələrinə götürmüşlər. Beləliklə, məhkəmədə müəyyən olundu ki, kredit borcunun təminatı kimi ipoteka qoyulmuş Quba rayonu Aşağı Atuc kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 83,6 kv. m. yaşayış sahəsi 46,2 kv. m. Yardımçı sahəsi 37,4 kv. m. olan fərdi yaşayış evi məhkəmə qətnaməsinin icrası nəticəsində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçmiş və müvafiq çıxarış alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli qərardadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh7, Cavabdeh3, X4, X5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 istifadə hüquqları itirilməklə, yəni mahiyyət etibarilə xitam verilməklə torpaq sahəsindən və evdən çıxarılmaları, qeyd edilən əmlakların boşaldılması və təhvil verilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Habelə, qeyd edilən əmlaklar iddiaçının mülkiyyətində olmaqla cavabdehlərin hazırda həmin torpaq sahəsi və yaşayış evinə istifadə ilə bağlı müqavilə əsası və ya hər hansı digər əsas müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia Cavabdeh6 torpaq sahəsindən və evdən çıxarılmaları, qeyd edilən əmlakların boşaldılması və təhvil verilməsi hissəsində əsaslıdır. Belə ki, ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə qeydiyyata alınmış olsa belə, qanunvericiliyin tələbinə əsasən ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: Həmin Qanunun 59.3.1-ci və 59.3.2-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsaəsn bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə hesab edir ki, Cavabdeh6, qeyd edilən Məcəllənin 30.1-ci maddəsinin və ailə qanunvericiliyinin tələbi baxımından mülkiyətçinin ailə üzvü olmadığından, mənzil qanunvericiliyin qeyd olunan normalarına əsasən cavabdehlərin mübahisə predmeti olan evə dair istifadə hüququ yaranmamışdır. Beləliklə də, iddia Cavabdeh6 istifadə hüququnun itirilməsi hissəsində təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC-nin mülkiyyətində olan Quba rayonu Aşağı Atuc kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 83,6 kv/m. yaşayış sahəsi 46,2 kv/m yardımçı sahəsi 37,4 kv/m olan fərdi yaşayış evinə X1, Cavabdeh3, Abdurrəhmanova (Şabanova) Pöhrə Elxan qızının, Cavabdeh4, X4, X5, Cavabdeh1 istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər X1, Cavabdeh3, Abdurrəhmanova (Şabanova) Pöhrə Elxan qızının, Cavabdeh4, X4, X5, Cavabdeh1 və Cavabdeh6 Quba rayonu Aşağı Atuc kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 83,6 kv/m. yaşayış sahəsi 46,2 kv/m. yardımçı sahəsi 37,4 kv/m. olan fərdi yaşayış evindən çıxarılsınlar, qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evi boşaldılaraq İddiaçı QSC-nə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar