Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-559/2023 10.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, 30 000 (otuz min) manat əsas borc, 2500 (iki min beş yüz) manat gecikmə faizi, 500,0 (beş yüz) manat hüquqi xidmət xərci, 189 manat dövlət rüsumu, cəmi 33189 (otuz üç min bir yüz səksən doqquz) manat pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, İddiaçının 33189 manat məbləğindəki həmin tələbi Cavabdeh2 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş Quba rayonu Qəçrəş kəndində yerləşən 0,17 ha torpaq sahəsinə (sənədi: AR ƏMDK yanında DƏMDRX Əİ tərəfindən xx.xx.2016 tarixdə Cavabdeh2 adına verilmiş **********62 reyestr, ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış) yönəldilsin, həmin torpaq sahəsi hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına İddiaçı olan 33189 manat borc pul ödənilsin, həmin əmlakın satışından əldə olunmuş vəsait 33189 manat borc pulun ödənilməsinə kifayət etmədikdə qalıq borcla bağlı icra hərəkətləri davam etdirilməsi, torpaq sahəsi satıldıqdan sonra boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, 30 000 (otuz min) manat əsas borc, 2500 (iki min beş yüz) manat gecikmə faizi, 500,0 (beş yüz) manat hüquqi xidmət xərci, 185 manat dövlət rüsumu, cəmi 33185 (otuz üç min bir yüz səksən beş) manat pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında xx.xx.2021-ci il tarixində Bakı şəhəri 52 saylı notariat ofisində 3M-94 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında İddiaçı, Cavabdeh1 30000 (otuz min) manat borc pul vermişdir. Müqaviləyə əsasən bu borc pul hissə-hissə olmaqla xx.xx.2021-ci il tarixinədək geri qaytarılmalı idi. Dəfələrlə həmin pul geriyə tələb olunsa da bu günə qədər hələ də pul geri qaytarılmayıb. Bundan başqa xx.xx.2021-ci il tarixində Bakı şəhəri 52 saylı notariat ofisində İddiaçı (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyan) və Cavabdeh1 (borc alan) arasında xx.xx.2021-ci il tarixində yuxarıda qeyd edilən Kredit Müqaviləsi üzrə borc alan şəxsin 30000 manatlıq öhdəliyinin icrasını təmin etmək məqsədi ilə 3M-94 saylı İpoteka Müqaviləsi bağlanmışdır. Həmin Müqavilə əsasında Cavabdeh2 (ipoteka qoyan) özünə məxsus olan Quba rayonu Qəçrəş kəndində yerləşən 0,17 ha torpaq sahəsini (sənədi: AR ƏMDK yanında DƏMDRX Əİ tərəfindən xx.xx.2016 tarixdə Cavabdeh2 adına verilmiş **********62 reyestr, ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış) İddiaçı (ipoteka saxlayanın) xeyrinə ipoteka qoymuşdur. İddia tələbi həmin 30000,00 (otuz min) manat əsas borcun, bu əsas borcun 1 il 8 ay gecikdirilməsi səbəbi ilə üzərinə illik 5 % ilə işləyən 2.500 (iki min beş yüz) manat gecikmə faizinin, 500,0 (beş yüz) manat hüquqi xidmət xərcinin, 180 (bir yüz səksən) manat dövlət rüsumunun, cəmi 33180 (otuz üç min yüz səksən) manat pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, həmin tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlıdır. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək, üzürlü səbəbdən məhkəmə iclasına iştirak edə bilməyəcəklərini, məhkəmə icalsının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki mülki işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, X2 ilə Cavabdeh1 arasında 30000 (otuz min) manat məbləğində pulun kredit verilməsi barədə müqavilə bağlanmış və Bakı şəhər 52 saylı notariat ofisində təsdiq edilmişdir. Həmin müqavilə əsasında İddiaçı oğlu Cavabdeh1 xx.xx.2021-ci il tarixinədək hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində borc pul vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 180 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nın 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nın 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, yuxarda göstərilən qanun normalarının tələbinə əsasən notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə sənədin düzlüyü və tamlığı prezumpsiyası nöqteyi-nəzərindən hüquqi qiymət verərək, hesab edir ki, həmin müqavilənin düzlüyü və tamlığı heç bir şübhə doğurmadığı üçün tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi mötəbər sübut kimi qəbul edilməlildir. Məhkəmə araşdırması zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 arasında notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh1 xx.xx.2021-ci il tarixinədək hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində borc pul vermiş, X1 İddiaçı 30000 (otuz min) manat məbləğində borc və 2500 (iki min beş yüz) manat məbləğində faiz olmaqla, cəmi 32500 (otuz iki min beş yüz) manat məbləğində borcu qalmış, İddiaçı tərəfindən borcun qaytarılmasının dəfələrlə tələb edilməsinə baxmayaraq, cavabdeh X3 həmin 30000 (otuz min) manat məbləğində borc və 2500 (iki min beş yüz) manat məbləğində faizi olmaqla, cəmi 32500 (otuz iki min beş yüz) manat məbləğində borcunu qaytarmamış, qanuni əsas və müqavilə əsası olmadan İddiaçı hesabına əsassız varlanmaqla, İddiaçı cəmi 32500 (otuz iki min beş yüz) manat məbləğində məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüqüq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbyacan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqqı qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəziniin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının 30000 (otuz min) manat əsas borc və 2500 (iki min beş yüz) manat gecikmə faizi məbləğində iddia tələbi əsaslıdır və ona görə də təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi yardıma görə 500 manat tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı hüquqi yardıma görə 500 manat pulun ödənilməsini göstərsə də, bu 500 manatın hüquqi yardım kimi kiməsə (vəkilə və ya nümayəndəyə) ödənilməsini və cavabdeh tərəfdən ona həmin məbləğdə zərər vurulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbini əsaslandırdığı həmin halı sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbini əsaslandırdığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Göstərilənlər 500 manat məbləğində tələbin rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 180 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ona görə də 185 manat dövlət rüsumunun alınması tələbi əsassızdır, cavabdehdən 180 manat dövlət rüsumu alınıb, iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq ediməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 30000 (otuz min) manat məbləğində əsas borc və 2500 (iki min beş yüz) manat məbləğində gecimə faizi olmaqla, cəmi 32500 (otuz iki min beş yüz) manat pul və 180 (bir yüz səksən) manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 30000 (otuz min) manat məbləğində əsas borc və 2500 (iki min beş yüz) manat məbləğində gecimə faizi olmaqla, cəmi 32500 (otuz iki min beş yüz) manat pul və 180 (bir yüz səksən) manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-559/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-559/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver