Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-584/2024 11.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin (bundan sonra BOKT MMC) nümayəndəsi X2, Cavabdeh səlahiyyətli nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit üzrə gecikdirilmiş əsas borcun məbləği 11.281,31 (on bir min iki yüz səksən bir dollar otuz bir sent) USD, kredit üzrə gecikdirilmiş faiz borcunun məbləği 2,233.53 (iki min iki yüz otuz üç dollar əlli üç sent) USD olmaqla, cəmi 13.514,84 (on üç min beş yüz on dörd dollar səksən dörd sent) USD məbləğdə kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 160 (yüz altmış) AZN məbləğdə dövlət rüsumunun cavabdeh–Cavabdeh tutularaq birdəfəlik şəkildə iddiaçı - İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməsi; iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyü Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********18-10301, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə cavabdeh – Cavabdeh məxsus olan Quba rayonu, 1- Nügədi kəndində yerləşən ümumi sahəsi – 0.20 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 256 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi; İpoteka predmeti olan həmin mənzilin ilkin satış qiyməti 94.000 (doxsan dörd min) AZN (xx.xx.2017-ci il tarixinə X7 məzənnəsi 1 dollar-1.7000 manat, 55.294,12 ABŞ dolları) məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçı - "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi; İpoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdeh – Cavabdeh tutularaq iddiaçı -"xxxx" BankOlmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi; iddia tələbi üzrə tutma Quba rayonu, 1-Nügədi kəndində yerləşən ümumi sahəsi – 0.20 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 256 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldildikdə və o satıldıqda, orada yaşayan və qeydiyyatda olan şəxslərin həmin yaşayış sahəsindən məcburi qaydada çıxarılması və ipoteka predmeti olan həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı - "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti (bundan sonra mətndə İddiaçı BOKT MMC adlandırılacaq)ilə cavabdeh - Cavabdeh arasında 08 dekabr 2017-ci il tarixli, 513 nömrəli Kredit Müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, Cavabdeh 36 (otuz altı) ay müddətinə, illik 18 (on səkkiz) % olmaqla, 17.000 (on yeddi min) USD məbləğdə kredit verilib. 08 dekabr 2017-ci il tarixli, 513 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi ipoteka saxlayan - İddiaçı BOKT MMC ilə ipoteka qoyan – Cavabdeh arasında 08 dekabr 2017-ci il tarixli, 513 nömrəli ipoteka müqaviləsi bağlanıb. Həmin Müqaviləyə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Quba rayonu, 1-Nügədi kəndində yerləşən ümumi sahəsi – 0.20 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 256 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilib. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********18-10301, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınıb. 08 dekabr 2017-ci il tarixli, 513 nömrəli kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə №1) uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 (bir) % dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 36 (otuz altı) % olmaqla faiz hesablana bilər. Həmin kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən, bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka predmetlərinə və ya Borcalanın digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. Bildirmək istəyirik ki, cavabdeh - Cavabdeh uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini gecikdirib. İddiaçı - İddiaçı BOKT MMC tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilməyib. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh – Cavabdeh08 dekabr 2017-ci il tarixli, 513 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə gecikdirilmiş əsas borcun məbləği 11.281,31 (on bir min iki yüz səksən bir dollar otuz bir sent) USD,kredit üzrə gecikdirilmiş faiz borcunun məbləği 2,233.53 (iki min iki yüz otuz üç dollar əlli üç sent) USD olmaqla,cəmi 13.514,84 (on üç min beş yüz on dörd dollar səksən dörd sent) USD təşkil edir. İddiaçı tərəfindən cavabdehə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubu ünvanlanıb (bildiriş məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz iddia ərizəsinə əlavə edilir). Buna baxmayaraq cavabdeh hələ də öz öhdəliklərini icra etməyib. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. Təkrarən qeyd edir ki, iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh – Cavabdeh 08 dekabr 2017-ci il tarixli, 513 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə gecikdirilmiş əsas borcun məbləği 11.281,31 (on bir min iki yüz səksən bir dollar otuz bir sent) USD,kredit üzrə gecikdirilmiş faiz borcunun məbləği 2,233.53 (iki min iki yüz otuz üç dollar əlli üç sent) USD olmaqla,cəmi 13.514,84 (on üç min beş yüz on dörd dollar səksən dörd sent) USD təşkil edir. Nəticə etibarilə, ümumilikdə 13.514,84 (on üç min beş yüz on dörd dollar səksən dörd sent) USD məbləğdə kredit borcu cavabdeh – Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. 08 dekabr 2017-ci il tarixli, 513 nömrəli ipoteka müqaviləsinin 2.3cü maddəsinə əsasən, ipoteka predmeti olan Quba rayonu, 1-Nügədi kəndində yerləşən ümumi sahəsi –0.20 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 256 kv.metr ümumi sahədən ibarət mənzilin dəyəri 94.000 (doxsan dörd min) AZN (xx.xx.2017-ci il tarixinə X7 məzənnəsi 1 dollar-1.7000 manat, 55.294,12 ABŞ dolları) məbləğdə müəyyən edilib. Beləliklə, ipoteka predmeti olan Quba rayonu, 1-Nügədi kəndində yerləşən ümumi sahəsi – 0.20 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 256 kv.metr ümumi sahədən ibarət mənzilə tutma yönəldilməli, həmin mənzilin ilkin satış qiyməti 94.000 (doxsan dörd min) AZN məbləğdə müəyyən edilməklə o, açıq hərracda satılması və iddia tələbi üzrə borc satışdan əldə edilən pul vəsaiti hesabına ödənilməlidir. Məhkəmə iclasında İddiaçı BOKT MMC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək, tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddianı qismən qəbul edərək, borcun ödənilməsinə və qiymətləndirmə rəyi ilə razı olduğunu bildirərək, iddianın ev satıldıqda, orada yaşayan və qeydiyyatda olan şəxslərin həmin yaşayış sahəsindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması hissəsində rədd olunmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izhatalarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 513 saylı kredit müqaviləsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh İddiaçı BOKT MMC-nin Quba filialından istehlak məqsədilə illik 18% faiz olmaqla 36 ay müddətinə 17000 (on yeddi min) ABŞ dolları məbləğində kredit almışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh məxsus Quba rayonu, 1-Nügədi kəndində yerləşən ümumi sahəsi –0.20 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 256 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 29 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı BOKT MMC-nin Quba filialına 11,281,31 (on bir min iki yüz səksən bir dollar otuz bir sent) ABŞ dolları əsas, 2,233.53 (iki min iki yüz otuz üç dollar əlli üç sent) ABŞ dolları faiz olmaqla, cəmi 13.514,84 (on üç min beş yüz on dörd dollar səksən dörd sent) ABŞ dolları məbləğdə borcu qalmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********18-10301 olan, xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh məxsus Quba rayon Birinci Nügədi kəndində 0,20 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 21 dekabr 2023-cü il tarixli bildirişin surətlərindən görünür ki, Cavabdeh kredit təşkilatına olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 160 (bir yüz altmış) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli LP-089/2024 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus 0,20 ha torpaq sahəsinin və fərdi yaşayış evinin hazırkı bazar qiyməti 120.000 (bir yüz iyirmi min) manat; likvid qiyməti 112.000 (bir yüz on iki min) manat təşkil edir; Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı BOKT MMC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı BOKT MMC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsininin tələbinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürürborc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlərborc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadından görünür ki, borc üzrə tutmanın yönəldilməsi zamanı ipoteka predmeti olan torpaq sahələrinin ilkin satış qiyməti də likvid qiymətlə müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 76.1-ci mddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci mddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, iddiaçının cavabdehə qarşı 11.281,31 ABŞ dolları əsas borc və 2,233.53 ABŞ dolları fazi borcu tələbi hissəsndə qəbul edir. Məhkəmə həmçinin hesab edir ki, ipotekaya qoyulmuş ünvan 1ində yerləşən ümumi sahəsi 0,20 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 256 kv.m olan fərdi yaşayış evinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəsis rəyi nəzərə alınaraq bazar dəyəri 120.000 manat; likvid dəyəri 112.000 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbi üzrə tutma Quba rayonu, 1-Nügədi kəndində yerləşən ümumi sahəsi – 0.20 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 256 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldildikdə və o satıldıqda, orada yaşayan və qeydiyyatda olan şəxslərin həmin yaşayış sahəsindən məcburi qaydada çıxarılması və ipoteka predmeti olan həmin fərdi yaşayış evinin boşaldılması tələbinə qiymət verərək hesab edir ki, həmin tələbin heç bir hüquqi əsası olmadığından, yəni tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə və ipoteka münasibətlərini tənzimləyən qanunvericilik normalarına zidd olduğuna görə rədd olunmalıdır. Belə ki, “İpoteka haqında” Azərbaycan Respublikasının Qanununun 46.1-ci maddəsinə əsasən İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Hal-hazırda ipoteka predmeti olan mənzilin boşaldılması ipoteka qoyanın və borcalanın “İpoteka haqında” Azərbaycan Respublikasının Qanununun 46.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının, yəni ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına qədər əsas öhdəlik üzrə borcu ödəyərək ipoteka predmetinə tutmanın yönəldilməsi və onun satışına xitam verilməsinə dair hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmiş olardı. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.5–ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 312.4-cü maddəsinə əsasən, ipoteka verənin ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyini götürməsini nəzərdə tutan razılaşma etibarsızdır. Bu cür əqdlərin üçüncü şəxslər üçün etibarlığı ipoteka saxlayanların razılığından asılı ola bilməz. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; 36.3-ci maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır; 47.2-ci maddəsinə əsasən, poteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. 47.3-ci maddəsinə əsasən, birgə ipoteka saxlayanların tələbi ipoteka müqaviləsində müəyyən edilmiş qaydada, müəyyən olunmadıqda isə onların tələblərinə mütənasib olaraq bölüşdürülür; 47.4-ci maddəsinə əsasən, bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 49.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ipoteka qoyula bilər; 59.3-ci maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar; 59.4-ci maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipoteka qoyanın torpaq sahəsindən məcburi qaydada çıxarılmaları, əmlakın boşaldılması üçün bir sıra əsaslar olmalıdır, yəni torpaq sahəsinə tutma yönəldilməli və o satılmalı, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi daxil olmalıdır. Hazırki mübahisə üzrə qeyd edilən hallar müəyyən edilmədiyindən, yəni ipoteka predmeti olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi satılmadığından, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 13 iyun 2024-cü il tarixli, LP-089/2024 saylı məktubundan görünür ki, ekspertiza tədiqaqıtının dəyəri 300 (üç yüz) manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə məbləğ onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə məhkəmə xərcini təşkil edən 300 manat Cavabdeh tutularaq, "xxxx" MMC-nin VÖEN:**********, Bank: "xxxx" ASC Yasamal filialı, KOD:512565, VÖEN: 990000 6111 (bankın VÖENİ) H/h:AZ30AZRT********************, M/h:AZ02NABZ********************, SWİFT: AZRT AZ 22 saylı hesabına ödənilməlidir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, 08 dekabr 2017-ci il tarixli kredit müqavilə üzrə 11281,31 ABŞ dolları əsas, 2233,53 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 13.514,84 (on üç min beş yüz on dörd dollar səksən dörd sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pul və 160 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməli, tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən, reyestr nömrəsi **********18- 10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci tarixli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1ində yerləşən 0.20 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 256 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmeti olan 0,20 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiyməti 120000 manat məbləğində müəyyən edilməli; həmin 0,20 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi açıq hərraca çıxarılaraq satılmalı, satışdan əldə ediləcək vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait ipoteka qoyana verilməli, ipoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdeh – Cavabdeh tutularaq iddiaçı -"xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. 08 dekabr 2017-ci il tarixli kredit müqavilə üzrə 11281,31 ABŞ dolları əsas, 2233,53 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 13.514,84 (on üç min beş yüz on dörd dollar səksən dörd sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pul və 160 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. Tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən, reyestr nömrəsi **********18-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci tarixli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1ində yerləşən 0.20 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 256 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan 0,20 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiyməti 120000 (bir yüz iyirmi min) manat məbləğində müəyyən edilsin. Həmin 0,20 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi açıq hərraca çıxarılaraq satılsın; satışdan əldə ediləcək vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait ipoteka qoyana verilsin; ipoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdeh – Cavabdeh tutularaq iddiaçı -"xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərcini təşkil edən 300 manat Cavabdeh tutularaq, "xxxx" MMC-nin VÖEN:**********, Bank: "xxxx" ASC Yasamal filialı, KOD:512565, VÖEN: 990000 6111 (bankın VÖENİ) H/h:AZ30AZRT********************, M/h:AZ02NABZ********************, SWİFT: AZRT AZ 22 saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-584/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-584/2024
11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver