Məhkəmə qərarları › İş №e-2(027)-595/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-595/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-595/2022 02.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 01.09.2020-ci il tarixli GTKR2532626A209 saylı kredit müqaviləsinə əsasən 1267,35 (bir min iki yüz altmış yeddi manat otuz beş) manat məbləğində əsas, 312,33 (üç üç on iki manat otuz üç qəpik) manat məbləğində faiz olmaqla, cəmi 1579,68 (bir min beş yüz yetmiş doqquz manat altmış səkkiz qəpik)məbləğində borc, 06.03.2019-cu il tarixli **********01944165 saylı kredit xətti müqaviləsi üzrə hesablanmış 105,02 (bir yüz beş manat iki qəpik) manat məbləğində əsas, 4,11 (dörd manat on bir qəpik) manat məbləğində faiz olmaqla, cəmi 109,13 (bir yüz doqquz manat on üç qəpik) manat məbləğində borcun və ödənilmiş 36,88 (otuz altı manat seksən səkkiz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarasınız. çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01.09.2020-ci il tarixli GTKR2532626A209 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 48 ay müddətinə, illik 24,71 faiz dərəcəsi ilə 1400 (bir min dörd yüz) manat məbləğində, 06.03.2019-cu il tarixli **********01944165 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 300 (üç yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 11.01.2022-ci il tarixə İddiaçı ASC-yə 01.09.2020-ci il tarixli GTKR2532626A209 saylı kredit müqaviləsinə əsasən 1267,35 (bir min iki yüz altmış yeddi manat otuz beş) manat məbləğində əsas, 312,33 (üç üç on iki manat otuz üç qəpik) manat məbləğində faiz olmaqla, cəmi 1579,68 (bir min beş yüz yetmiş doqquz manat altmış səkkiz qəpik) manat məbləğində borcu, 09.03.2018-ci il tarixli **********01944148 savlı kredit xətti müqaviləsi üzrə 105,02 (bir yüz beş manat iki qəpik) manat məbləğində əsas, 4,11 (dörd manat on bir qəpik) manat məbləğində faiz olmaqla, cəmi 109,13 (bir yüz doqquz manat on üç qəpik) manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC məhkəməyə göndərdiyi ərizəsində mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 01.09.2020-ci il tarixli GTKR2532626A209 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh məqsədli istifadə, qaytarmaq, faizlər ödəmək şərtilə 48 ay müddətinə, illik 24,71 faiz dərəcəsi ilə 1400 (bir min dörd yüz) manat məbləğində kredit verilmişdir; 06.03.2019-cu il tarixli **********01944165 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 300 (üç yüz) manat məbləğində kredit kartı “Birkart” verilmişdir; 17.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11.01.2022-ci il tarixə 01.09.2020-ci il tarixli GTKR2532626A209 saylı kredit müqaviləsinə əsasən 1267,35 (bir min iki yüz altmış yeddi manat otuz beş) manat məbləğində əsas, 312,33 (üç üç on iki manat otuz üç qəpik) manat məbləğində faiz olmaqla, cəmi 1579,68 (bir min beş yüz yetmiş doqquz manat altmış səkkiz qəpik) manat məbləğində borcu, 06.03.2019-cu il tarixli **********01944165 saylı kredit xətti müqaviləsi üzrə 105,02 (bir yüz beş manat iki qəpik) manat məbləğində əsas, 4,11 (dörd manat on bir qəpik) manat məbləğində faiz olmaqla, cəmi 109,13 (bir yüz doqquz manat on üç qəpik) manat məbləğində qalıq borcu vardır; 02.07.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; ərizədən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 36,88 (otuz altı manat seksən səkkiz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilərək, Cavabdeh 01.09.2020-ci il tarixli GTKR2532626A209 saylı kredit müqaviləsi üzrə hesablanmış 1267,35 (bir min iki yüz altmış yeddi manat otuz beş) manat məbləğində əsas, 312,33 (üç üç on iki manat otuz üç qəpik) manat məbləğində faiz olmaqla, cəmi 1579,68 (bir min beş yüz yetmiş doqquz manat altmış səkkiz qəpik) manat məbləğində borc, 06.03.2019-cu il tarixli **********01944165 saylı kredit xətti müqaviləsi üzrə hesablanmış 105,02 (bir yüz beş manat iki qəpik) manat məbləğində əsas, 4,11 (dörd manat on bir qəpik) manat məbləğində faiz olmaqla, cəmi 109,13 (bir yüz doqquz manat on üç qəpik) manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 36,88 (otuz altı manat seksən səkkiz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 01.09.2020-ci il tarixli GTKR2532626A209 saylı kredit müqaviləsi üzrə hesablanmış 1267,35 (bir min iki yüz altmış yeddi manat otuz beş) manat məbləğində əsas, 312,33 (üç üç on iki manat otuz üç qəpik) manat məbləğində faiz olmaqla, cəmi 1579,68 (bir min beş yüz yetmiş doqquz manat altmış səkkiz qəpik) məbləğində borc, 06.03.2019-cu il tarixli **********01944165 saylı kredit xətti müqaviləsi üzrə hesablanmış 105,02 (bir yüz beş manat iki qəpik) manat məbləğində əsas, 4,11 (dörd manat on bir qəpik) manat məbləğində faiz olmaqla, cəmi 109,13 (bir yüz doqquz manat on üç qəpik) manat məbləğində borc və Dövlət rüsumunun əvəzi olan 36,88 (otuz altı manat seksən səkkiz) manat pul vəsaiti pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar