Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-633/2025 12.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı QSC "xxxx" KB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcu tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC "xxxx" KB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı QSC "xxxx" KB məhkəməyə ərizə göndərərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcu tələbinə dair iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti üzrə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla geri qaytarılarsa, qaytarılır. Məhkəmə, iddiaçının vəsatətini və iş materiallarını araşdırıb, hesab edir ki, iddiaçının vəsatətinə əsasən hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlər QSC "xxxx" KB-na qaytarılmalıdır. Həmçinin, İddiaçı QSC "xxxx" KB tərəfindən xx.xx.2024-cü il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 30 manat dövlət rüsumu mülki iş üzrə ərizə geri qaytarıldığından dövlət büdcəsindən İddiaçı QSC "xxxx" KB-na qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 35, 149.2.2, 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı QSC "xxxx" KB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçı X1 vəsatətinə əsasən geri qaytarılsın. İddiaçı QSC "xxxx" KB tərəfindən xx.xx.2024-cü il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 30 manat dövlət rüsumu mülki iş üzrə ərizə geri qaytarıldığından dövlət büdcəsindən İddiaçı QSC "xxxx" KB-na qaytarılsın. Qərardaddan 10 gün ərzində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-633/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-633/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver