Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-637/2021 25.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, “X1 Azərbaycan “QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə mülki işin materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: “X1 Azərbaycan “QSC məhkəməyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə ərizə ilə müraciət edərək, (Orucova) Cavabdeh 177,35 AZN əsas məbləğ üzrə borc, 22,81 AZN hesablanmış və ödənilməmiş faiz borcu, 22,90 AZN cərimə borcu, 2 AZN müqavilədə nəzərdə tutulan xərclər və komissiyalar üzrə borc, 4,80 AZN bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, cəmi 229,86 AZN kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumunun “X1 Azərbaycan “QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. İddiaçı “X1 Azərbaycan “QSC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddia ərizəsində qeyd edilən borc məbləğinin tam ödənildiyini, bu səbəbdən də həmin iş üzrə iddia tələbindən imtina etdiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, qanuna zidd olmadığına, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə, iddiaçı “X1 Azərbaycan “QSC-nin iddiadan imtina etməsi qəbul edilməli və həmin əsasla hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda tərəflərə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 262.4, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “X1 Azərbaycan “QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiadan imtinası qəbul edilsin və həmin iddia üzrə 2(027)-637/2021 saylı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunsun. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-637/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-637/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver