Məhkəmə qərarları › İş №e-2(027)-649/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-649/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-649/2025 10.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1 ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" BOKT ASC-nin iddia ərizəsilə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə 5677,68 manat əsas, 863,12 manat faiz, 144,49 manat məbləğində cərimə olmaqla, cəmi 6685 (altı min altı yüz səksən beş) manat 29 (iyirmi doqquz) qəpik məbləğində borcun və 86 (səksən altı) manat 85 (səksən beş) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutulması;i, tutmanın girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi və girov predmetinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi; Satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh tutularaq iddiaçı "xxxx" BOKT ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 17 aprel 2024-cü il tarixli, QB0019013-2024 saylı çərçivə kredit və girov müqaviləsinə əsasən borcverən (iddiaçı) borcalana (cavabdehə) 60 ay müddətinə, illik 48 faiz ödəmək şərtilə 5877 manat kredit vermişdir. Bu müqaviləyə əsasən borcalan (cavabdeh) aldığı krediti müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı, eləcə də kreditə hesablanmış faizləri, xidmət haqlarını borcverənə ödəməyi öhdəsinə götürmüş, həmçinin borcverən qarşısında götürdüyü öhdəliklərinin təminatı qismində saxlanc girovun qiymətləndirilməsinə dair 2 saylı əlavədə göstərilən qızıl-zinət əşyalarını iddiaçıya girov qoymuşdur. Lakin, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq ödəməli olduğu borcunun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh götürülən bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Belə ki, cavabdeh tərəfin iddiaçı "xxxx" BOKT ASC-yə ödənilməmiş 5677,68 manat əsas, 863,12 manat faiz və 144,49 manat məbləğində cərimə borcu mövcuddur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə girov predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. İddiaçı "xxxx" BOKT ASC-nin nümayəndəsi elektron ərizə ilə məhkəməyə müraciət edərək, iş çoxluğu səbəbindən iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh Ələm oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materialını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olmaqla təmin olunmalıdır. İş materiallarında olan 17 aprel 2024-cü il tarixli, QB0019013-2024 saylı çərçivə kredit və girov müqaviləsinə əsasən borcverən (iddiaçı) borcalana (cavabdehə) 60 ay müddətinə, illik 48 faiz ödəmək şərtilə 5877 manat kredit vermişdir. Həmin müqaviləyə əsasən, borcverən qarşısında götürdüyü öhdəliklərinin təminatı qismində saxlanc girovun qiymətləndirilməsinə dair 2 saylı əlavədə göstərilən cavabdehə məxsus ümumi çəkisi 14.9 qram olan, 583 əyarlı 1 ədəd boyunbağı, ümumi çəkisi 15.18 qram olan 585A əyarlı 1 dəst qarnitur, ümumi çəkisi 2.54 qram olan, 585 əyarlı 1 ədəd üzük, ümumi çəkisi 3.12 qram olan, 583 əyarlı 1 ədəd üzük, ümumi çəkisi 5.02 qram olan, 583 əyarlı 1 ədəd üzük, ümumi çəkisi 4.63 qram olan, 583 əyarlı 1 ədəd sırğa və ümumi çəkisi 37.54 qram olan, 500 əyarlı 1 dəst qarnitur banka girov qoyulmuşdur. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, iddiaçı "xxxx" BOKT ASC cavabdehə plastik kart və ona məxsus ŞEN kodu təhvil vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin "xxxx" BOKT ASC-nə xx.xx.2024-cü il tarixinə 5677,68 manat əsas, 863,12 manat faiz, 144,49 manat məbləğində cərimə olmaqla, cəmi 6685 (altı min altı yüz səksən beş) manat 29 (iyirmi doqquz) qəpik məbləğində borcu vardır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddia ərizəsilə bağlı 86 (səksən altı) manat 85 (səksən beş) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Ələm oğlu banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 17 aprel 2024-cü il tarixli müqavilə əssında Cavabdeh Ələm oğluna iddiaçı tərəfindən borc verilmiş və müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə qızıl əşyaları girov qoyulmuşdur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh kredit müqaviləsi üzə müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun maliyyə arayışına əsasən, cəmi 6685 (altı min altı yüz səksən beş) manat 29 (iyirmi doqquz) qəpik borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Real bazar qiymətləndirilməsi Aktına əsasən, girov qoyan Cavabdeh Ələm oğlu tərəfindən kreditin təminatı məqsədilə qirov kimi təklif edilmiş, ümumi çəkisi 14.9 qram olan, 583 əyarlı 1 ədəd boyunbağı, ümumi çəkisi 15.18 qram olan 585A əyarlı 1 dəst qarnitur, ümumi çəkisi 2.54 qram olan, 585 əyarlı 1 ədəd üzük, ümumi çəkisi 3.12 qram olan, 583 əyarlı 1 ədəd üzük, ümumi çəkisi 5.02 qram olan, 583 əyarlı 1 ədəd üzük, ümumi çəkisi 4.63 qram olan, 583 əyarlı 1 ədəd sırğa və ümumi çəkisi 37.54 qram olan, 500 əyarlı 1 dəst qarniturdan ibarət qızıl-zinət əşyalarının girovsaxlayanın iştirakı ilə qəbul edilmiş və 6458.91 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, müvafiq kredit müqavilələri üzrə iddiaçı tərəfindən öz öhdəliyini icra etdiyi halda, cavabdeh tərəfindən öz üzərinə götürüdyü öhdəlikləri lazımi qaydada və vaxtında icra etməmiş, bununla da onun iddiaçı qarşısında həmin kredit müqaviləsindən irəli gələn və onun mülki hüquqi məsuliyyətinin yaranmasının əsası qismində çıxış edən borc öhdəliyi yaranmışdır. Həmçinin, məhkəmə araşdırması zamnı müəyyən edilmişdir ki, cavabdehin ididaçı bank qarşısısnda hazırda əsas borcu üzrə 5677 (beş min altı yüz yetmiş yeddi) manat 68 (altımış səkkiz) qəpik və faiz borcu 863 (səkkiz yüz altımış üç) manat 12 (on iki) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın əsas borca 144,49 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 4 (dörd) manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir Beləliklə, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, kredit müqaviləsi girov müqaviləsi ilə təmin olunmuşdur. Məhkəmə iddia tələbinin tutmanın girov predmetinə yönəldilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməldiir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Həmçinin, müvafiq girov predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, girov predmetini real bazar qiymətləndirilməsi Aktına əsasən tərəflərin razılığı ilə 6458.91 manat məbləğində müəyyən edilməsi nəzərə alınaraq, ilkin satış qiyməti həmin məbləğdə müəyyən edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 86 (səksən altı) manat 85 (səksən beş) qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə mülki prosessual qanunvericiliyin qeyd olunan normalarının tələblərini əsas götürərək, hesab edir ki, iddia tələbi ödənilmiş rüsumun tutulması hissəsində də əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Ələm oğlundan 17 aprel 2024-cü il tarixli, QB0019013-2024 saylı çərçivə kredit və girov müqaviləsi üzrə 5677 (beş min altı yüz yetmiş yeddi) manat 68 (altımış səkkiz) qəpik əsas, 863 (səkkiz yüz altımış üç) manat 12 (on iki) qəpik faiz, 4 (dörd) manat məbləğində cərimə olmaqla, cəmi 6544 (altı min beş yüz qırx dörd) manat 80 (səksən) qəpik borc, iş üzrə ödənilmiş 86 (səksən altı) manat 85 (səksən beş) qəpik dövlət rüsumu tutularaq "xxxx" BOKT ASC-nin xeyrinə ödənilsin. Cavabdeh Ələm oğluna məxsus girov predmeti olan ümumi çəkisi 14.9 qram olan, 583 əyarlı 1 ədəd boyunbağı, ümumi çəkisi 15.18 qram olan 585A əyarlı 1 dəst qarnitur, ümumi çəkisi 2.54 qram olan, 585 əyarlı 1 ədəd üzük, ümumi çəkisi 3.12 qram olan, 583 əyarlı 1 ədəd üzük, ümumi çəkisi 5.02 qram olan, 583 əyarlı 1 ədəd üzük, ümumi çəkisi 4.63 qram olan, 583 əyarlı 1 ədəd sırğa və ümumi çəkisi 37.54 qram olan, 500 əyarlı 1 dəst qarniturdan ibarət ibarət qızıl-zinət əşyalarının ilkin satış qiyməti 6458 (altı min dörd yüz əlli səkkiz) manat 91 (doxsan bir) qəpik müəyyən olunmaqla ixtisaslaşdırılmış açıq hərracdan satılsın. Satışdan əldə olunan vəsaitdən 6544 (altı min beş yüz qırx dörd) manat 80 (səksən) qəpik "xxxx" BOKT ASC-nin xeyrinə tutulsun. Satışdan əldə olunan vəsait "xxxx" BOKT ASC-nin tələbindən artıq olarsa, qalıq məbləğ Cavabdeh Ələm oğluna qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar