Məhkəmə qərarları › İş №e-2(027)-666/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-666/2022

11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-666/2022 11.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 24.12.2021-ci il tarixə yaranmış 1999,90 (bir min doqquz yüz doxsan doqquz manat doxsan qəpik) manat məbləğində əsas və 299,90 (iki yüz doxsan doqquz manat doxsan qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2299,80 (iki min iki yüz doxsan doqquz manat səksən qəpik) manat məbləğində borcun və dövlət büdcəsinə köçürülmüş rüsumunun əvəzi olan 43 (qırx üç) manat pulun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı "Samsung" markalı soyuducuya görə 12 ay ödəniş cədvəli üzrə hər ay 167 (bir yüz altmış yeddi) manat olmaqla cəmi 1999,90 (bir min doqquz yüz doxsan doqquz manat doxsan qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 24.05.2021-ci il tarixli müqavilə üzrə heç bir ödəniş etməmiş və qalıq qalmış 1999,90 (bir min doqquz yüz doxsan doqquz manat doxsan qəpik) manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 01 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 2999 (iki min doqquz yüz doxsan doqquz) manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 2999 (iki min doqquz yüz doxsan doqquz) manat təşkil etdiyi halda, humanizin prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 299,90 (iki yüz doxsan doqquz manat doxsan qəpik) manat İddiaçı MMC-yə ödənilməlidir. Cavabdeh 24.12.2021-ci il tarixədək İddiaçı MMC-nə olan borcu 1999,90 (bir min doqquz yüz doxsan doqquz manat doxsan qəpik) manat əsas, 299,90 (iki yüz doxsan doqquz manat doxsan qəpik) manat cərimə cəmi 2299,80 (iki min iki yüz doxsan doqquz manat səksən qəpik) manat təşkil etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24.05.2021-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, sonuncu 1999,90 (bir min doqquz yüz doxsan doqquz manat doxsan qəpik) manat "Samsung" markalı soyuducu almış və aldığı əşyanın dəyərini 12 ay müddətinə hər ay 167 (bir yüz altmış yeddi) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür; maliyyə arayışından görünür ki, Cavabdeh 24.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 24.12.2021-ci il tarixə 1999,90 (bir min doqquz yüz doxsan doqquz manat doxsan qəpik) manat məbləğində əsas və 2999 (iki min doqquz yüz doxsan doqquz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4998,90 (dörd min doqquz yüz doxsan səkkiz manat doxsan qəpik) manat borcu yaranmışdır; iddia ərizəsinin əsaslandırma hissəsindən göründüyü kimi, müqavilə üzrə cərimə borcu 2999 (iki min doqquz yüz doxsan doqquz) manat təşkil etsə də, MMC tərəfindən Cavabdeh güzəşt olunaraq, cərimə məbləğinin 10%-i, yəni 299,90 (iki yüz doxsan doqquz manat doxsan qəpik) manat ödənilmılidir; xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borclu olduğu məbləği ödəməyəcəyi təqdirdə barəsində məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdar edilmişdir; 25.01.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 43 (qırx üç) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı "Samsung" markalı soyuducunun dəyəri hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 43 (qırx üç) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 24.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 24.12.2021-ci il tarixə yaranmış 1999,90 (bir min doqquz yüz doxsan doqquz manat doxsan qəpik) manat məbləğində əsas və 299,90 (iki yüz doxsan doqquz manat doxsan qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2299,80 (iki min iki yüz doxsan doqquz manat səksən qəpik) manat məbləğində borc və dövlət büdcəsinə köçürülmüş rüsumunun əvəzi olan 43 (qırx üç) manat pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar