Məhkəmə qərarları › İş №e-2(027)-735/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-735/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-735/2023 25.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2.000.000 (iki milyon) ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş gününə Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla) və ödənilmiş 2.739 (iki min yeddi yüz otuz doqquz) manat məbləğində dövlət rüsumunun, hüquqlarını müdafıə edən vəkilə ödədiyi 500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx"ASC (hazırda ləğv prosesində olan AGBank ASC) ilə "xxxx" MMC arasında xx.xx.2007-ci il tarixli K-3588 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi iddiaçının qardaşı X2 məxsus ünvan 1 ünvanında yerləşən 564.7 kv.m ümumi sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Lakin kredit götürüldükdən sonra cavabdeh "xxxx" MMC-nin yeganə təsisçisi və direktoru olan Cavabdeh müxtəlif bəhanələr yaradaraq "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 07 noyabr 2007-ci il tarixli, K-3588 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq götürdüyü kredit borcunun aylıq ödənişlərini (əsas borc və faizləri) ödəməkdən yayınırdı və nəticədə borcun ipotekaya qoyulmuş əmlaka yönəldilməsi təhlükəsi yaranırdı. Bununla bağlı olaraq 2008-ci ilin fevral ayında İddiaçı Cavabdeh ilə görüşərək ondan cavabdeh "xxxx" MMC-nin adına götürdüyü kredit borcunun aylıq ödənişlərini etməsini tələb etmişdir. Lakin Cavabdeh həmin kredit üzrə bank faizlərini ödəmək imkanı olmadığını bəhanə gətirərək iddiaçıdan üç aylıq ödəmələri onun əvəzinə borc olaraq ödəməyi xahiş etmiş və söz vermişdir ki, 6 (altı) ay müddətindən sonra iddiaçının ödədiyi pulu geri qaytaracaq. Cavabdeh həmçinin söz verdi ki, kreditə götürüldüyü pulu tam şəkildə banka qaytaracaq və iddiaçının qardaşı X2 məxsus qeyri yaşayış sahəsini ipotekadan azad edəcək. Bundan sonra "xxxx" MMC-nin "xxxx" ASC-yə olan borcuna görə iddiaçı tərəfindən "xxxx" ASC-yə 08 fevral 2008-ci il tarixdə 25.380 (iyirmi beş min üç yüz səksən) manatı, 29 mart 2008-ci il tarixdə 25.410 (iyirmi beş min dörd yüz on) manat, 26 may 2008-ci il tarixdə 25.960 (iyirmi beş min doqquz yüz altmış) manat və 02 mart 2009-cu il tarixdə 1.616 (min altı yüz on altı) manat pul ödənmişdir. İddiaçı ümumilikdə Cavabdeh "xxxx" ASC-yə olan kredit borcuna görə borc olaraq 78.366 (yetmiş səkkiz min üç yüz altmış altı) manat "xxxx" ASC-yə pul ödəmiş və aralarında olan razılığa əsasən Cavabdeh 6 (altı) ay müddətində həmin pulu iddiaçıya geri qaytaracaqdır. Lakin Cavabdeh öhdəliyini icra etmədiyindən İddiaçı 2011-ci ildə Cavabdeh və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, 78366 manat məbləğində borcun və həmin borca görə hesablanmış 8228,40 manat məbləğində faizin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)-5314/2011 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh borca görə 78.366 manat və həmin borca hesablanmış 8224.40 manat, cəmi 86594.40 manat və 20 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1711/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli 2(006)-5314/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixli icra vərəqəsi verilmiş, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Zaur Əzizov tərəfindən xx.xx.2013-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra icraatı çərçivəsində məcburi icra tədbirlər həyata keçirilmiş, lakin borclu qanuni qüvvəsini almış məhkəmə qərarı üzrə öz öhdəliklərini yerinə yetirməməmiş və məhkəmə qərarı üzrə pul vəsaitini iddiaçıya ödəməmişdir. Yuxarıda qeyd etdiyi kimi, kredit müqaviləsinin təminatı kimi iddiaçının qardaşı X2 məxsus ünvan 1 ünvanında yerləşən 564.7 kv.m ümumi sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edildiyindən, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən, iddiaçı qardaşına məxsus olan kredit müqaviləsinin təminatı kimi yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 564.7 kv.m ümumi sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış sahəsinə tələb yönəldilmişdi. Qeyd edir ki, ünvan 1 ünvanında yerləşən 564.7 kv.m ümumi sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında iddiaçının qardaşının adına rəsmiləşdirilsə də, faktiki sahibi iddiaçı özü olmuşdur. Bu səbəbdən iddiaçı təkrar olaraq Cavabdeh ilə görüşmüş və aralarında razılıq əldə etmişlər ki, xx.xx.2007-ci il tarixli K-3588 saylı kredit müqaviləsi banka 2.000.000 ABŞ dollarını ödəyəcək, bank ipoteka predmeti olan qeyri-yaşayış sahəsini ipoteka yüklülüyündən azad edəcək və Cavabdeh 2.000.000 ABŞ dollarını iddiaçıya geri ödəyəcəkdir. Əldə edilən şifahi razılığa uyğun olaraq iddiaçı xx.xx.2014-cü il tarixdə 500.000 (beş yüz min) ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 500.000 (beş yüz min) ABŞ dolları və xx.xx.2014-cü il tarixdə 1.000.000 (bir milyon) ABŞ dolları İddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Lakin cavabdeh Bank qarşısında və iddiaçı qarşısında öz öhdəliklərini icra etməmişdir. Xüsusilə qeyd edim ki, "xxxx" ASC barəsində iflas proseduru başladığından və ləğvetmə prosesi davam etdiyindən, iddiaçı bugünədək reqres tələbi ilə məhkəməyə müraciət etməmişdir. Müraciət etməməsinin səbəbi ondan ibarət olmuşdur ki, Cavabdeh son illər ərzində dəfələrlə iddiaçını əmin etmişdir ki, o özünə məxsus olan Quba rayonu, Aşağı Xuc kəndində yerləşən torpaq sahəsinin ölçüsü 4.0 ha, ümumi sahəsi 3784.2 kv.m təşkil edən əmlak kompleksi kimi müəssisəni qısa müddətdə satacaqdır və ona olan borcunu tam ödəyəcəkdir. Lakin cavabdeh öhdəliyini icra etməmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirəm ki, 2.000.000 (iki milyon) ABŞ dolları məbləğində (ödəniş gününə Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla) pul vəsaitinin və ödənilmiş 2.490 (iki min dörd yüz doxsan) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən məhkəməyə 2.490 (iki min dörd yüz doxsan) manat, müvəqqəti təminat tədbiri barədə ərizə verilməsi üçün 249 (iki yüz qırx doqquz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hesab edir ki, həmin ödənilmiş rüsumda cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa hüquqularının müdafiə edilməsi üçün vəkillə bağladığı hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən 500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Göstərilən bu məsrəfləri iddiaçı məhz cavabdehin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır. İş üzrə Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində iddia müddətini axını 2015-ci ilin may ayının 08-dən başladığını və üç il yəni 08 may 2018-ci ilə kimi davam etdiyini göstərmiş, iddiaçının tələbi üzrə iddia müddəti keçdiyinə görə, İddiaçı ona qarşı pul tələbinə dair iddiasının iddia müddətini tətbiq etməklə rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddiaya etiraz təqdim edərək, etirazı onunla əsaslandırılmışdır ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. İddia tələbini qəbul etmir. Əvvəldən qeyd etmək istəyir ki, İddiaçı bu işlərə heç bir aidiyyatı yoxdur. İddiaçı iddia tələbində guya onunla İddiaçı arasında razılıq olmuşdur ki, onun borcunu ödəyəcək, iddiaçı əmlakı ipoteka yüklülüyündən azad edəcək, sonra o, ona həmin pulu ödəyəcək. Qeyd etmək istəyir ki, onların aralarında belə bir razılaşma olmamışdır. Guya sonra iddiaçı "xxxx" ASCnə X4 arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə 500000 (beş yüz min) ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 500000 (beş yüz min) ABŞ dolları, xx.xx.2014-cü il tarixdə ******* (bir milyon) ABŞ dolları pulu ödədiyini qeyd edir. Halbuki həmin vaxtdan da əvvəl "xxxx" ASC, “Amil' MMC, o, X4 arasında məhkəmə işləri gedirdi. Tərəflər arasında ümumi mübahisənin barışıq yolu ilə həll edilməsi üçün razılaşdırılmalar aparılırdı. Bu səbəbdən də "xxxx" ASC, "xxxx" MMC, X4 arasında 15 may 2014-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Məhkəmədə olan işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1680/2014 saylı, 29 may 2014-cü il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilmiş, icra vərəqəsinə əsasən "xxxx" ASC X1 əmlakını ipotekadan azad etmiş, onun əvəzində "xxxx" MMC və onun direktoru Cavabdeh "Azəriqazbank” ASC-nin iddiaları üzrə ümumilikdə 3.333.017 (üç milyon üç yüz otuz üç min on yeddi) ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmiş və borcu 1 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra həmin borc mənim əmlakıma yönəldilmişdir. Həmin borca görə əmlakım satışa qoyulmuşdur. Belə olan halda X1 borcuna görə əmlakımıza yönəldiliyi halda borcu etiraf etdiyim halda niyə İddiaçı ilə razılıq əldə etməliydi ki? Bundan başqa borca görə artıq əmlakı üzərinə həbs qoyulmuşdur. Belə olan halda eyni bir borc məbləğində görə o, neçə dəfə borc ödəməlidir? İddiaçı kim deyib ki kredit müqaviləsi üzrə borcu ödəsin? İddiaçı heç bir əsas olmadan ondan qanunsuz olaraq pul tələb edir. Bundan əlavə guya borcu ödəmisən fərz edək axı niyə bu vaxta 2.000.000 ABŞ dolları məbləğində pulu ondan tələb etmirdi? Niyə 9 ili gözləyirdi? Əgər onun borcundan ödəniş olunubsa? Bütün bunlar iddiaçının ona qarşı olan oyunudur. Məqsəd onun hesabına əsassız varlanmaqdır. Onun "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə borcu yalnız "xxxx" ASC-nədir. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1680/2014 saylı, 29 may 2014-cü il tarixli qərardadı qəbul edilmiş və icra vərəqəsi verilmişdir. Hazırda da kredit müqaviləsinə görə onun əmlakı satışdadır. İddiaçı ona qarşı olan pul tələbinin əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılnalara uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, cavabdehlə onun münasibəti X5 vasitəsilə 2007-ci ildə baş verib. Cavabdeh ona təklif etmişdir ki, onun banka olan borcunu ödəsin, sonra öz aralarında həmin borcu iddiaçıya qaytarar, oda Cavabdeh əvəzinə banka olan borcundan 78000 AZN ödəmişdir. Daha sonra aralarında olan şıfahi razılaşmaya əsasən 2.000.000 ABŞ dolları pulu da özünün ipotekada olan əmlakını ipoteka yüklülüyündən azad edilməsi üçün "xxxx" ASC-yə Cavabdeh borcuna qarşı ödəmişdir. Həmin borcun ödənilməsində məqsəd, yəni tərəflər arasında razılaşma ondan ibarət olmuşdur ki, Cavabdeh öz əmlakı hesabına borclarını ödəyəcəkdir, onun əmlakı üzərinə həbs qoyulduğundan Cavabdeh özünə məxsus əmlakı sata bilmədiyindən borcu qaytarmaqda ona köməklik etmək üçün əmlakın üzərinə qoyulmuş həbsin götürülməsində icra orqanına ərizə verməyi bildirmiş. Oda öz növbəsində həbsin götürülməsi barədə ərizə o halda verə bilər ki, 2.000.000 ABŞ dolları məbləğində borcunu tam şəkildə qaytarsın. Ona görə də iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh səlahiyyətli nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddia tələbini əsassız hesab edir. Hazırda cavabdehin yəni Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə 3 miliyon ABŞ dollarından artıq banka borcu var bu hal icra işində öz əksini tapır. Qeyd edilənlərə əsasən İddiaçı tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 izahatında göstərmişdir ki, həqiqətəndə, İddiaçı "xxxx" MMC-nin "xxxx" ASC-yə olan borcuna görə xx.xx.2014-cü il tarixdə 500.000 (beş yüz min) ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 500.000 (beş yüz min) ABŞ dolları və xx.xx.2014-cü il tarixdə 1.000.000 (bir milyon) ABŞ dolları İddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Hazırda onda olan məlumata görə həmin məbləğlər ümumi borcdan çıxılaraq Cavabdeh 1.333.017 ABŞ Dolları məbləğində borcu qalmışdır. Hazırki tələbin onlara heç bir aidiyyəti olmadığını bildirərək, işə baxılıb qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1711 saylı, 26 aprel 2012-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Nəsini rayon Məhkəməsinin 27 dekabr 2011-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh borca görə 78366 manat və həmin borca hesablanmış faizə görə 8228,40 manat, cəmi 86594,48 manat və 20 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi, iddia tələblərinin "xxxx" MMC-yə münasibətdə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5314/2011 saylı mülki iş üzrə qəbul etdiyi 27 dekabr 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh tərəfindən verilmiş apellaysiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, K-3588 №-li kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin predmetinə əsasən kreditor borcalana 1.500 000 (bir milyon beş yüz min) ABŞ dolları məbləğində kredit ayırmışdır. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 17 iyun 2008-ci il tarixli, kredit müqaviləsinə 1 №li əlavə razılıqdan görünür ki, əlavə razılığın şərtlərinə əsasən 07 noyabr 2007-ci il tarixli K-3588 saylı kredit müqaviləsinə edilmiş 2 saylı əlavə qüvvəyə minir. Birinci ödəniş 07 iyul 2008-ci il, sonuncu ödəniş isə 07 noyabr 2008-ci il tarixindən gec olmayaraq həyata keçirilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 15 may 2014cü il tarixdə bağlanılmış barışıq sazişinin mətnindən görünür ki:

1. ”AGBank” ASC Amil MMC-yə və X2 qarşı olan Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2009-cu ii tarixli qətnaməsi üzrə ipoteka predmetini təşkil edən ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsinin və Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli qətnaməsinə əsasən ipoteka predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və 0.0931 ha torpaq sahəsinin açıq hərracda satılması və həmin satışdan əldə olunmuş pulun “Amil MMC-nin nin "xxxx" a borcunun ödənilməsinə yönəldilməsi barədə tələbindən imtina etməklə qeyd olunan əmlakı ipotekadan azad edir və gələcəkdə X2 qarşı iıəınin əmlakla bağlı hər hansı bir tələbinin olmayacağı bildirir.

2. "xxxx" MMC və onun təsisçisi və direktoru olun X12 "xxxx" ASC-nin xx.xx.2008-ci il tarixə və xx.xx.2012-ci il tarixə olan iddiaları üzrə ümumilikdə 3,333.017 (üç milyon üç yüz otuz üç min on yeddi) ABŞ dolları məbləğində borcu olduğunu etiraf edir və qeyd olunan barışıq sazişi təsdiq olunduqdan sonra 1 (bir) ay müddətində məbləğin "xxxx" ASC-yə ödənilməsini təmin edir.

3. "xxxx" MMC-və onun təsisçisi və direktoru olan Cavabdeh bu saziş üzrə öhdəliklərini icra etmədikdə müvafiq məhkəmə tərəfindən icra vərəqəsi verilir və icra vərəqəsi verilir və icra üçün müvafiq icra şöbəsinə göndərir. "xxxx" ASC “Amil" MMC-dən Azərbaycan Respübİikasınn qanunvericiliyinə uyğun olaraq 3.333,017 ABŞ dolları məbləğinin ödənilməsini tələb edir.

4. X4 Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə verdiyi kassasiya şikayətindən imtina edir və bunıunla bağh imtina ərizəsini AR Ali Məhkəməsinə təqdim edilir.

5. X7 bağlayarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 261.0.5, 262,4. maddələrini rəhbər tuturlar və həmin maddələrinin tələblərindən xəbərdardırlar. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2014-cü il tarixli, 2(102)-1680/14 saylı qərarından görünür ki, "xxxx" ASC, "xxxx" MMC, Cavabdeh nümayəndəsi X9 və X4 arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə 30 sentyarb 2013-cü il tarixli qətnaməsi ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, "xxxx"ASC (hazırda ləğv prosesində olan AGBank ASC) ilə "xxxx" MMC arasında xx.xx.2007-ci il tarixli K-3588 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi iddiaçının qardaşı X2 məxsus ünvan 1 ünvanında yerləşən 564.7 kv.m ümumi sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMC-nin yeganə təsisçisi və direktoru olan Cavabdeh həmin kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini yerinə yetirməsi barədə öhdəlik götürmüş, lakin Cavabdeh öhdəliyini icra etməmiş, banka olan öhdəliyin icra etməməsi hazırki iş üzrə iddiaçının əmlakı hərracda saılaraq özgəninkiləşdirməsi təhlükəsi yarandığından, iddiaçı öz şəxsi vəsaiti hesabına "xxxx" MMC-nin banka olan borcunu ödəmişdir. Bununla da cavabdeh Əliyev X8 Ağa Yaqub oğluna 2.000.000 (iki milyon) ABŞ dolları məbləğində maddi ziyan vurmuş və həmin məbləğdə onun hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə mənsubiyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbyacan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqqı qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.5-ci maddəsinə əsasən iddianın qiyməti 1.000.000 manatdan çox olduqda 1290 manat+1000 000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi miqdarında dövlət rüsumu ödənilir. Ona görə də iddiaçı da 2000 000 manat tələb üzrə 2739 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh də həmin məbləğdə dövlət rüsumunu ödəmək vəzifəsi daşıyır. Beləliklə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq ediməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2000 000 (iki milyon) ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 2739 (iki min yeddi yüz otuz doqquz manat) manat ödənilmiş dövlət rüsumu alınaraq, iddaçı İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi yardıma görə 500 manat tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı hüquqi yardıma görə 500 manat pulun ödənilməsini göstərsə də, bu 500 manatın hüquqi yardım kimi kiməsə (vəkilə və ya nümayəndəyə) ödənilməsini və cavabdeh tərəfdən ona həmin məbləğdə zərər vurulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbini əsaslandırdığı həmin halı sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbini əsaslandırdığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Göstərilənlər 500 manat məbləğində tələbin rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2.000.000 (iki milyon) ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 2739 (iki min yeddi yüz otuz doqquz manat) manat ödənilmiş dövlət rüsumu alınaraq, iddaçı İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar