Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-759/2022 19.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 09 Dekabr 2019-cu il tarixli 103/2 saylı kredit (Restrukturizasiya) müqaviləsinin ləğv edilməsi, 04.02.2022-ci il tarixə hesablanmış kreditin əsas məbləğindən 3962.85 (üç min doqquz yüz altımış iki manat səksən beş qəpik) manat, əsas məbləğə hesablanmış faiz borcu 43.10 (qırx üç manat on qəpik) manat, dəbbə pulu 329.61 (üç yüz iyirmi doqquz manat altımış bir qəpik) manat olmaqla, cəmi 4335.56 (dörd min üç yüz otuz beş manat əlli altı qəpik) manat məbləğdə borcun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 63.35 (altımış üç manat otuz beş qəpik) məbləğində vəsaitin İddiaçı BOKT MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKTMMC-nin Quba filialı ilə borcalan Cavabdeh arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən 09 Dekabr 2019-cu il tarixli 103/2 saylı kredit (Restrukturizasiya) müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh İddiaçı BOKT MMC-nin Quba filialı tərəfindən fərdi ev təmiri üçün 3965 (üç min doqquz yüz altımış beş) manat məbləğində pul ayrılmışdır. Borclu Cavabdeh illik 1% faiz olmaqla, 60 ay müddətinə kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit (Restrukturizasiya) müqaviləsinə əlavə olunan ödəniş cədvəlindəki qrafik üzrə aylıq ödəniş 84.30 (səksən dörd manat otuz qəpik) manat ödəməli olduğu halda, ödənişi qrafikə uyğun yerinə yetirməmişdir. İddiaçı BOKT MMC-nin Quba filialı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam surətdə icra etmiş və kredit məbləğini Cavabdeh vermişdir. Lakin borclu Kredit Müqaviləsinin şərtlərini pozaraq aldığı məbləğdən və ona hesablanmış faizlərdən ödənişi qrafik üzrə aparmamış, onunla dəfələrlə görüşlərin keçirilməsinə şifahi və yazılı xəbərdarlıqların edilməsinə baxmayaraq, öhdəliyini tam icra etməmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1, iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh oğlu arasında bağlanmış Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən 09 Dekabr 2019-cu il tarixli 103/2 saylı kredit (Restrukturizasiya) müqaviləsi bağlanmış və Müqavilənin şərtlərinə görə Cavabdeh İddiaçı BOKT MMC-nin Quba filialı tərəfindən fərdi ev təmiri üçün 3965 (üç min doqquz yüz altımış beş) manat məbləğində pul ayrılmışdır. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun bank qarşısında borcu yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, PSG FİNANS” BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 09 Dekabr 2019-cu il tarixli 103/2 saylı kredit (Restrukturizasiya) müqaviləsinin ləğv edilməli, Cavabdeh oğlu 09 Dekabr 2019-cu il tarixli 103/2 saylı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən ondan 3962.85 (üç min doqquz yüz altımış iki manat səksən beş qəpik) manat və əsas məbləğə hesablanmış faiz borcu 43.10 (qırx üç manat on qəpik) manat borcun iddiaçının xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni 3 manat məbləğində müəyyən edir. Ödənilmiş dövlət rüsumu olan 63,35 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. PSG FİNANS” BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 09 Dekabr 2019-cu il tarixli 103/2 saylı kredit (Restrukturizasiya) müqaviləsinin ləğv edilsin. Cavabdeh oğlundan İddiaçı BOKT MMC-nin xeyrinə 09 Dekabr 2019-cu il tarixli 103/2 saylı müqavilə üzrə ödənilməmiş 3962.85 (üç min doqquz yüz altımış iki manat səksən beş qəpik) manat, əsas məbləğə hesablanmış faiz borcu 43.10 (qırx üç manat on qəpik) manat, dəbbə pulu 3 (üç manat) manat olmaqla, cəmi 4008,95 (dörd min səkkiz manat doxsan beş qəpik) manat məbləğdə borcun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 63.35 (altımış üç manat otuz beş qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-759/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-759/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver