Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-760/2022 07.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Cavabdeh Mehdiyev Elçin Süleymanpaşa oğlunun iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, kredit borcu” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 008CASA193300021 saylı, 26.11.2019-cu il tarixli Güzəştli Kredit Müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1dan və Cavabdeh2 müştərək qaydada 5432,06 manat məbləğində əsas kredit borcu, 33,42 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 5465,48 manatın, həmçinin iddia qaldırılması üçün ödənilmiş 74,66 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 008CASA193300021 saylı 26.11.2019-cu il tarixli güzəşətli kredit müqaviləsinə əsasən Mehdiyev Elçin Süleymanpaşa oğluna 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5654,64 AZN məbləğində kredit verilmişdir. Duigər Cavabdeh2 ilə İddiaçı ASC arasında 26.11.2019-cu il tarixli 008FİZAM44175402 saylı zaminlik müqaviləsi imzalanmış və o, həmin müqavilə üzrə öhdəlikləri öz üzərinə götürmüşdür. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərinin bank qarşısında icra etməyən cavabdehlərin Bank Respublika” ASC-yə 19.01.2022-ci il tarixinə 5432,06 AZN məbləğində əsas kredit borcu, 33,42 AZN məbləğində kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 5465,48 AZN borcu qalmaqdadır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndrərək, məhkəmə prosesinin İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-185.4-cü maddələrinə əsasən hazırki mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək, göstərmişdir ki, o, İddiaçı ASC-dən 26 noyabr 2019-cu il tarixli, güzəştli kredit müqaviləsinə əsasən 12 ay güzəşt müddəti olomaqla , 60 ay müddətinə illik 1 faiz dərcəsi ilə 5654,64 manat məbləğində kredit almışdır. Həmin borcdan hazırda ödəniş etməyə başlamışdır. Aldığı kreditə görə banka ödəməli olduğu kredit borcunu maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Hazırda banka olan borcunu ödəməyə imkanı yoxdur, iş yeri yoxdur, ancaq onun bankdan aldığı kredit pulunu qaytarmağa heç bir etirazı yoxdur, həmin pulu ödəməli olduğunu bilir. Kredit borcunu yaxın müddətdə hissə-hissə ödəyəcəyinə çalışacaqdır. Göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan 26.11.2019-cu il tarixli, Rest №008CASA193300021 saylı Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Quba filialı ilə Mehdiyev Elçin Süleymanpaşa oğlu arasında 60 ay müddətinə illik 1% ödəmək şərti ilə 5654,64 (beş min altı yüz əlli dörd manat altmış dörd qəpik) manat məbləğində ödənilməsi barədə müqavilə bağlanmışdır. - 26.11.2019-cu il tarixli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC-dən kredit götürmüş «Borc alan» Mehdiyev Elçin Süleymanpaşa oğlunun bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. -10 yanvar 2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə 3 gün müddətində banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. - 19.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Mehdiyev Elçin Süleymanpaşa oğlunun kredit müqviləsi üzrə 19.01.2022-ci il tarixə 5432,06 manat əsas, 33,42 manat faiz olmaqla, cəmi borcu 5465,48 manat təşkil edir. -04.02.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC hazırki iddianın qaldırılması ilə əlaqədar 74,66 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişlər. Bu baxımdan, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 008CASA193300021 saylı 26.11.2019-cu il tarixli Güzəştli Kredit Müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5432,06 manat məbləğində əsas kredit borcu, 33,42 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 5465,48 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 74,66 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 008CASA193300021 saylı 26.11.2019-cu il tarixli Güzəştli Kredit Müqaviləsi ləğv edilsin; cavabdehlər Cavabdeh1dan və Cavabdeh2 müştərək qaydada 5432,06 manat məbləğində əsas kredit borcu, 33,42 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 5465,48 manat məbləğində pul və 74,66 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Quba rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-760/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-760/2022
07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver