Məhkəmə qərarları › İş №e-2(027)-784/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-784/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-784/2022 27.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı BOKT MMC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC iddia ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMCnin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2015-ci il tarixli 449 saylı kredit müqaviləsinin ləğv edilməsi, 08.02.2022-ci il tarixə hesablanmış kreditin əsas məbləğindən 1261,50 (bir min iki yüz altımış bir dollar əlli sent) ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcu 432,43 (dörd yüz otuz iki dollar qırx üç sent) ABŞ dolları, cərimə faizi 432,42 (dörd yüz otuz iki dollar qırx iki sent) ABŞ dolları, dəbbə pulu 1201,20 (bir min iki yüz bir dollar iyirmi sent) ABŞ dolları, cəmi 3327,55 (üç min üç yüz iyirmi yeddi dollar əlli beş sent) ABŞ dolları məbləğdə borcun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 76,56 (yetmiş altı manat əlli altı qəpik ) manat dövlət rüsumunun borclu Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “İddiaçı BOKTMMC Quba filialı ilə borclu Cavabdeh İsaəhməd oğlu arasında 10 dekabr 2015-ci il tarixli 449 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh İsaəhməd oğluna İddiaçı BOKT MMC-nin Quba filialı tərəfindən məişət avadanlıqlarının alınması üçün 2800 (iki min səkkiz yüz dollar) ABŞ dolları məbləğində pul ayrılmışdır. Borclu Cavabdeh İsaəhməd oğlu illik 20% faiz olmaqla, 36 ay müddətinə kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindəki qrafik üzrə aylıq ödəniş 104,06 (bir yüz dörd dollar altı sent) ABŞ dolları ödəməli olduğu halda, ödənişi qrafikə uyğun yerinə yetirməmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2, iddia tələbini müdafiə edərək, cavabdehlə iddiaçı arasında bağlanmış müqavilə üzrə cavabdehin öhdəliyi icra etməməsinə görə hesablanmış cərimə borcunun və dəbbə pulunun azaldılmasına etiraz etmədiyini və iddianın qalan hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh oğlu iddia tələbini qəbul etməyərək, 5 dəfə banka razılaşma əldə etmək üçün getdiyini, bu günə qədər 3400 manat məbləğində banka kredit borcu ödədiyini, aylıq ödənişlərini vaxtında ödədiyini qeyd edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh oğlu arasında 10 dekabr 2015-ci il tarixli 449 saylı müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə görə Cavabdeh İddiaçı BOKT MMC-nin Quba filialı tərəfindən məişət avadanlıqlarının alınması üçün illik 20% faiz olmaqla, 36 ay müddətinə 2800 ABŞ dolları məbləğində pul ayrılmışdır. İş materiallarında olan 10 dekabr 2015-ci il tarxli, 449 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdehə 36 ay müddətinə, illik 20 %, vaxtı keçmiş kredit faizi illik 40%, gecikdirilən borc məbləğinə cərimə faizi kimi illik 40% olmaqla, 2800 ABŞ məbləğində kredit verilmişdir. İş materiallarında olan 08.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 08.02.2022-ci il tarixə PSG FİNANS” BOKT MMC-yə 1261,50 (bir min iki yüz altımış bir dollar əlli sent) ABŞ dolları əsas borc, əsas məbləğə hesablanmış faiz borcu 432,43 (dörd yüz otuz iki dollar qırx üç sent) ABŞ dolları, cərimə faizi 432,42 (dörd yüz otuz iki dollar qırx iki sent) ABŞ dolları, dəbbə pulu 1201,20 (bir min iki yüz bir dollar iyirmi sent) ABŞ dolları, cəmi 3327,55 (üç min üç yüz iyirmi yeddi dollar əlli beş sent) ABŞ dolları məbləğdə borcu vardır. İş materiallarında olan 08.02.2022-ci il tarixli qəbzdən görünür ki, PSG FİNANS” BOKT MMC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 76,96 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 19.02.2019-cu il tarixli, 01.07.2020-ci il tarixli və 13.10.2021-ci il tarixli bildirişlərdən görünür ki, Xıdırov Elman İsahməd oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən borc məbləğinə əlavə cərimə hesablandığı və bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun bank qarşısında borcu yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, PSG FİNANS” BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2015-ci il tarixli 449 saylı müqavilə ləğv edilməli, Cavabdeh oğlu 10 dekabr 2015-ci il tarixli 449 saylı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən ondan 1261,50 (bir min iki yüz altımış bir dollar əlli sent) ABŞ dolları əsas, əsas məbləğə hesablanmış faiz borcu 432,43 (dörd yüz otuz iki dollar qırx üç sent) ABŞ dolları borcun iddiaçının xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq hesab edir ki, cərimə faizi yüksək həddə hesablanmışdır. Məhkəmə borcluya hesablanmış cərimə faizini 5 ABŞ dolları məbləğində müəyyən edir. Məhkəmə tərəflərin əmlak mənafelərini və iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq hesab edir ki, dəbbə pulunun məbləği yüksək həddə hesablandığındanonun azaldılması tərəflərin mənafeyinə uyğundur. Məhkəmə borcluya hesablanmış dəbbə pulunu 10 ABŞ dolları məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Ödənilmiş dövlət rüsumu olan 76,56 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. PSG FİNANS” BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2015-ci il tarixli 449 saylı müqavilə ləğv edilsin. Cavabdeh oğlundan İddiaçı BOKT MMC-nin xeyrinə 10 dekabr 2015-ci il tarixli 449 saylı müqavilə üzrə ödənilməmiş 1261,50 (bir min iki yüz altımış bir dollar əlli sent) ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcu 432,43 (dörd yüz otuz iki dollar qırx üç sent) ABŞ dolları, cərimə faizi 5 (beş) ABŞ dolları və dəbbə pulu 10 (on) ABŞ dolları olmaqla, cəmi 1708,93 (bir min yeddi yüz səkkiz dollar, doxsan üç sent) ABŞ dolları məbləğdə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) borc, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 76,56 (yetmiş altı manat əlli altı qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar