Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-786/2022 10.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin (bundan sonra İddiaçı BOKT MMC) nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh və Zamin qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 25 may 2018-ci il tarixli 078/1 saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixə hesablanmış kreditin əsas məbləğindən 1667,54 manat, əsas məbləğə hesablanmış faiz borcu 522,49 manat, cərimə faizi 512,49 manat, dəbbə pulu 1703,16 manat, cəmi 4405,68 manat, məbləğdə borcun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 64,05 AZN dövlət rüsumu borclu Cavabdeh və zamini Zamin alınaraq, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı BOKT MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, onunla əsaslandırmışdır ki, "PSG FİNANS” BOKT MMC Quba filialı ilə borcalan Cavabdeh arasında 25 may 2018-ci İl tarixli 078/1 saylı kredit müqaviləsi ilə Zamin arasında 25 may 2018-ci il tarixli 078/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh İddiaçı BOKT MMC-nin Quba filialı tərəfindən fərdi ev təmiri üçün 5300 (beş min üç yüz manat) manat məbləğində pul ayrılmışdır. Borclu Cavabdeh illik 24% faiz olmaqla, 28 ay müddətinə kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindəki qrafik üzrə aylıq ödəniş 249,05 (iki yüz qırx doqquz manat beş qəpik) manat ödəməli olduğu halda, ödənişi qrafikə uyğun yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka predmetlərinə və ya Borcalanın digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. Müqavilənin 2.4-cü bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə Ml) uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə jNel) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% dəbbə pulu və vaxtı keçmiş kredit üzrə ikiqat olmaqla faiz ödəyir. İddiaçı BOKT MMC-nin Quba filialı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam surətdə icra etmiş və kredit məbləğini Cavabdeh vermişdir. Lakin borclu Kredit Müqaviləsinin şərtlərini pozaraq aldığı məbləğdən və ona hesablanmış faizlərdən ödənişi qrafik üzrə aparmamış, onunla dəfələrlə görüşlərin keçirilməsinə şifahi və yazılı xəbərdarlıqların edilməsinə baxmayaraq, öhdəliyini tam icra etməmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, cərimə məbləğinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh Zamin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmələrinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə, iddiaçının nümayəndəsinin və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 may 2018-ci il tarixli, 078/1 saylı kredit müqaviləsindən, kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanan müqaviləyə əsasən, ona illik faiz dərəcəsi 24 faiz olmaqla, 28 ay müddətinə 5300 (beş min üç yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 25 may 2018-ci il tarixli, 0878/1 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC-dən kredit götürmüş Cavabdeh qızının bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti Zamin öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, İddiaçı BOKT MMC tərəfindən cavabdehlərə 3 gün müddətində banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan İddiaçı BOKT MMC-nin 07 fevral 2022-ci il tarixli, 18 saylı arayışından görünür ki, Cavabdeh 07 fevral 2022-ci il tarixə İddiaçı BOKT MMC-yə əsas kredit borcu 1667,54 manat, faiz borcu 522,49 manat, cərimə faizi 512,49 manat, dəbbə pulu 1703,16 manat, cəmi borcu 4405,68 manat təşkil edir. Məhkəmənin təşəbbüsü ilə təyin olunmuş və iş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 18 may 2022-cı il tarixli, 9/2166 saylı rəyindən görünür ki, Cavabdeh 25 may 2018-ci il tarixli, 078/1 saylı kredit müqaviləsi üzrə 07 fevral 2022-ci il tarixə İddiaçı BOKT MMC-yə olan əsas borcu 1163,64 manat, faiz borcu 359,95 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* №li mədaxil qəbzindən görünür ki, kreditor İddiaçı BOKT MMC tərəfindən hazırki ərizənin verilməsi üçün 64,05 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən qanun normalarına istinad edən məhkəmə xx.xx.2018-ci il tarixli, 078/1 saylı Kredit müqaviləsini, həmin tarixli qəbzi, faizlər və ödəmələr üzrə cədvəli, xx.xx.2018-ci il tarixli Zaminlik müqaviləsini işin hallarını bir-biri ilə əlaqəli şəkildə təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, həmçinin Cavabdeh borcu ilə bağlı İddiaçı BOKT MMC-nin xx.xx.2022-ci il tarixli, 18 saylı arayışı ilə məhkəmə-mühasibatlıq ekspertizasının 18 may 2022-ci il tarixli, 9/2166 saylı rəyi arasında ziddiyyətə qiymət verərək, hesab edir ki, işdəki sənədlərə istinadən xüsusi bilik əsasında müəyyən edildiyi və işin halları ilə ziddiyət təşkil etmədiyi üçün, bu xüsusda məhkəmə-mühasibatlıq ekspertizasının 18 may 2018-ci il tarixli, 9/2166 saylı rəyini mötəbər sübut kimi qəbul edir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı yönəlmiş 1163,64 manat məbləğində əsas borc və 359,95 manat məbləğində faiz tələbi əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi vaxtında və lazımi qaydada icra edilmədiyindən, müqavilənin tələblərinə əsasən, tərəflər arasında bağlanmış 25 may 2018-ci il tarixli 078/1 saylı krediti müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə əsas borcun 1163,64 manat və faiz borcun 359,95 manat məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 512,49 manat cərimə faizi və 1703.16 manat dəbbə pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin tələb edilən dəbbə pulunu azaldaraq 50 manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə məhkəmə hesab edir ki, ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq cavabdehdən ödənilmiş 22,88 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2012-ci il tarixli, 9/2166 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, hazırki iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100,00 (yüz) manatdır. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Azərbaycan Respublikası MPM-nin 117.1 və 118.1-ci maddələrinə əsasən məhkəmənin təşəbbüsü ilə ekspertiza keçirildikdə ekspertlərə məbləğ məhkəmə tərəfindən tərəflərin hər ikisi tərəfindən məhkəmənin depozitinə keçirilən məbləğdən ödənilir. Yuxara göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin olunmuş məbləğinə münasib olaraq 100,00 manat ekspertiza xərcindən 35,70 manat Cavabdeh alınaraq, 64,30 manat isə İddiaçı BOKT MMC-dən alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu:142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı, adı X1, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************. SVİFT BİK CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia Zamin münasibətdə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli, 078/1 saylı Kredit müqaviləsi əsasında İddiaçı BOKT MMC tərəfindən 28 ay müddətinə illik 24% ödəmək şərti ilə Cavabdeh 5300 manat məbləğində kredit verilmiş, həmin müqaviləyə əlavə edilmiş ödəniş qrafikində kreditin öədəm müddətləri xx.xx.2018xx.xx.2020-ci il tarixləri göstərilməklə əsas öhdəliyin icrası müddəti göstərilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC-dən kredit götürmüş «Borc alan» Cavabdeh bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti Zamin öz üzərinə götürmüşdür. Həmin zaminlik müqavləsinin 4.2-ci bəndində müqavilənin borcalanın BOKT qarşısındakı öhdəlikləri tam yerinə yetirildikdən sonra qüvvədən düşməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 367.3-cü maddəsinə əsasən müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi, qanun o cümlədən əqdlə təyin edilən müddətin təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar və hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilməsini nəzərdə tutur. Hazırki mülki işdə olan 25 may 2018-ci il tarixli zaminlik müqaviləsində isə zaminliyin verilmə müddəti təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar, həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən edilməmişdir. Zaminlik müqaviləsinin 4.2-ci bəndində zaminlik müqaviləsinin qüvvədə qalma əsası kimi göstərilən müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilməsi zaminliyin verilmə müddətinin təyin olunması kimi qəbul oluna bilməz. Belə ki, zaminlik müqaviləsində zaminlik müddəti konkret təqvim tarixi, illər, aylar, həftələr, günlər və saatlar, həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən olunmamışdır. Əksinə həmin müddət qeyri-müəyyən halla bağlanmışdır ki, həmin halın, yəni müqavilənin icrasının nə vaxt həyata keçiriləcəyi aydın deyildir. Belə olan halda məhkəmə hesab edir ki, 25 may 2018-ci il tarixli zaminlik müqaviləsində zaminliyin verilmə müddəti göstərilməmiş, başqa sözlə zaminliyin verilmə müddəti təyin edilməmişdir. Bu da zaminliyə xitam verilməsi üçün qanunda göstərilən əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyin verilmə müddəti təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, zaminliklə təmin edilmiş 25 may 2018-ci il tarixli kredit müqaviləsi üzrə 28 aylıq kreditlə bağlı öhdəliyin icrası vaxtının çatdığı gün xx.xx.2020-ci il tarixdir ki, qanuna görə də kreditor, yəni İddiaçı BOKT MMC həmin gündən başlayaraq bir il ərzində zaminə qarşı iddia irəli sürə bilərdi. Lakin işdəki sübutlardan aydın olur ki, 25 may 2018-ci il tarixli zaminlik müqaviləsi əsasında zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor olan İddiaçı BOKT MMC tərəfindən Zamin qarşı iddia irəli sürülməmişdir. Kreditor tərəfindən zaminə qarşı iddia yalnız zaminliklə təmin edilmiş öhdəlyinin icrası vaxtının çatdığı gündən bir il dörd aydan çox müddətdən sonra irəli sürülmüşdür ki, bu da qanunun tələblərinə ziddir. Belə olan halda yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən Zaminliyinə xitam verilir. Zaminliyə xitam verildiyi halda, Zamin digər Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinə görə məsuliyyət daşıya bilməz. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia Zamin münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 25 may 2018-ci il tarixli 078/1 saylı kredit müqaviləsi ləğv edilsin; Cavabdeh 1163,64 manat əsas kredit borcu, 359,95 manat faiz, 50 manat cərimə olmaqla, cəmi 1573,59 manat məbləğində pul və 22,88 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin; iş üzrə 100,0 manat ekspertiza xərcindən 35,70 manat Cavabdeh alınaraq, 64,30 manat isə İddiaçı BOKT MMC-dən alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu:142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı, adı X1, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************. SVİFT BİK CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İddia qalan hissədə və digər cavabdeh Zamin münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-786/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-786/2022
10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver