Məhkəmə qərarları › İş №e-2(027)-787/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-787/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-787/2022 16.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsilə məhkəməyə müraciət edərək, 20.11.2019-cu il tarixli, XCNPU- 0721_KMP saylı kredit müqaviləsi üzrə 552 (beş yüz əlli iki) manat 55 qəpik əsas borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Xəyalə Məmmədova ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandımışdır ki, Rabitəbank” ASC-nin Xaçmaz filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 20.11. 2019-cu il tarixli, XCNPU-0721_KMP saylı kredit müqaviləsinə əsasən illik 1% dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə 713 (yeddi yüz on üç) manat 83 qəpik məbləğində cavabdehə kredit verilmişdir. 20.11. 2019-cu il tarixli, XCNPU- 0721_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 20.11. 2019-cu il tarixli, XCNPU-0721_KMP saylı kredit müqaviləsinə görə, cavabdeh ödəniş cədvəli əsasında, hər ayın 22-dən gec olmayaraq hər ay 12.21 (on iki) manat 21 qəpik ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 20.11. 2019-cu il tarixli, XCNPU-0721_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə üzrə 552 (beş yüz əlli iki) manat 55 qəpik təşkil edir. Göstərilənləri nəzərə alaraq, iddiaçı, 552 (beş yüz əlli iki) manat 55 qəpik əsas borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı Rabitəbank” ASC-nin Xaçmaz filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 20.11. 2019-cu il tarixli, XCNPU-0721_KMP saylı kredit müqaviləsinə əsasən illik 1% dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə 713 (yeddi yüz on üç) manat 83 qəpik məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 01.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20.11. 2019-cu il tarixli, XCNPU-0721_KMP saylı kredit müqaviləsi üzrə 552 (beş yüz əlli iki) manat 55 qəpik məbləğində borcu yaranmışdır. İş materiallarında olan 08.02.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı ASC iddia ərizəsinə görə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İşdə olan 23.06.2021-ci il tarixli bildirişdən görünür ki, X1 tərəfindən borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri cavabdehlərdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 94 (doxsan dörd) manat 31 qəpik dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20.11. 2019-cu il tarixli, XCNPU-0721_KMP saylı kredit müqaviləsinə əsasən ona illik 1% dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə 713 (yeddi yüz on üç) manat 83 qəpik məbləğində kredit verilmiş, lakin Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməyərək, hazırki tarixə iddiaçı təşkilata 552 (beş yüz əlli iki) manat 55 qəpik məbləğində borcu hesablanmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, Cavabdeh 29 noyabr 2019-cu il tarixli, XCNPU-0721_KMP saylı kredit müqaviləsi üzrə 552 (beş yüz əlli iki) manat 55 qəpik əsas borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “Rabitəbank" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 29 noyabr 2019-cu il tarixli, XCNPU-0721_KMP saylı kredit müqaviləsi üzrə 552 (beş yüz əlli iki) manat 55 qəpik əsas borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “Rabitəbank" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar