Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-792/2024 14.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5500 (beş min beş yüz) manat əsas borcun, bu əsas borcun 5 ay gecikdirilməsi səbəbi ilə üzərinə illik 5 % ilə işləyən 275 (iki yüz yetmiş beş) manat gecikmə faizi, 120 (yüz iyirmi) manat hüquqi xidmət xərcinin, 45 (qırx beş) manat dövlət rüsumu, cəmi 5940 (beş min doqquz yüz qırx) manat pulCavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında xx.xx.2022-ci il tarixində Bakı şəhəri 26 saylı notariat ofisində 3M-596 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında İddiaçı, Cavabdeh 5500 (beş min beş yüz) manat borc pul vermişdir. Müqaviləyə əsasən bu borc pul xx.xx.2023-cü il tarixinə qədər hər ay 46 manat, sonuncu 12-ci ay 440 manat olmaqla iddiaçıya qaytarılmalı idi. Dəfələrlə həmin pul geriyə tələb olunsa da bu günə qədər hələ də pul geri qaytarılmayıb. Hətta İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixində yazılı pritenziya məktubu da göndərmiş, lakin cavabdeh yenə həmin pulu qaytarmamışdır. İddia tələbi həmin 5500 manat əsas borcun, bu əsas borcun 5 ay gecikdirilməsi səbəbi ilə üzərinə illik 5 % ilə işləyən 275 (iki yüz yetmiş beş) manat gecikmə faizinin, 120 (yüz iyirmi) manat hüquqi xidmət xərcinin, 45 (qırx beş) manat dövlət rüsumunun, cəmi 5940 (beş min doqquz yüz qırx) manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi bağlıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə məhkməyə ərizə ilə müraciət edərək üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəciyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 1 il müddətinə qaytarmaq şərti ilə cavabdehə 5500 (beş min beş yüz) manat məbləğində kredit vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında borc müqaviləsi bağlanılmış, müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 5500 manat məbləğində borc verilmiş, cavabdeh isə həmin pulu 1 il müddətində qayatrmağı öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, cavabdeh həmin müqavilə üzrə öz öhdəliklərinin icrası üçün müəyyən olunmuş son tarixdən indiyədək tam və vaxtında icra etməmiş və nəticədə iddiaçı qarşısında aldığı borc məbləği həddində məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia ərizəsi ilə həmçinin əsas borcun 5 ay gecikdirilməsi səbəbi ilə üzərinə illik 5 % ilə işləyən 275 (iki yüz yetmiş beş) manat gecikmə faizi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə hesab edir ki, qeyd edilən hissədə də iddia əsaslıdır və iddiaçının borcun 5 ay gecikdirilməsi səbəbi ilə tələb etdiyi 275 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh oğlundan məhz 5500 (beş min beş yüz) manat əsas borc və əsas borcun 5 ay gecikdirilməsi səbəbi ilə illik 5 % ilə hesablanmaq 275 (iki yüz yetmiş beş) manat gecikmə faizi əsaslı olmaqla təmin edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddia tələbi ilə 120 manat hüquqi xidmət xərcinin və 45 manat ödənilmiş dövlət rüsumunun tutulması xahiş olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, İddiaçı 120 manat hüquqi xidmət xərcinin və 45 manat ödənilmiş dövlət rüsumu un iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5500 (beş min beş yüz) manat əsas borc, borcun 275 (iki yüz yetmiş beş) manat gecikmə faizi, 120 (yüz iyirmi) manat hüquqi xidmət xərcinn və 45 (qırx beş) manat dövlət rüsumu, cəmi 5940 (beş min doqquz yüz qırx) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-792/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-792/2024
14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver