Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-817/2023 19.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X2, İddiaçı Xaləddin oğlunun, Onun nümayəndəsi və vəkili Vəkil ştirakı ilə, İddiaçı Xaləddin oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Xaləddin oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 19500 (on doqquz min beş yüz) manat pulun və ödədiyi 148 (yüz qırx səkkiz) manat 50 (əlli) qəpik pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, oğlu X18 ev almaq niyyətində olmuşdur. Cavabdeh2 keçmiş gəlini Cavabdeh1 qardaşıdır. Səbuhinin anası onları Orxanla tanış etmişdir. O da Quba şəhərində iki otaqlı Quba şəhəri, H.Hüseynov küçəsi,10/4 saylı mənzili almaq üçün Orxana müraciət etmişdir. Evi sənədləşdirmək üçün pulu olmadığına görə Orxanla müqavilə bağlamış, Orxana 19500 (on doqquz min beş yüz) manat vermiş, o da evin açarını ona vermişdir. Daha sonra oğlu X22 o evə köçüb orada keçmiş yoldaşı Cavabdeh1 və uşaqları ilə birlikdə bir il yaşamışdır. Sonradan vəkilin DƏDRX 5 saylı Xaçmaz Ərazi idarəsinə verdiyi sorğu əsasında onlara məlum olmuşdur ki, xx.xx.2055-ci il tarixli, 1948 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən X7 mülkiyyətində olmuş Quba şəhəri H.Hüseynov küçəsi,10/4 saylı mənzil Quba rayonu notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-1062 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirilmişdir. Daha sonra isə Səbuhi ilə Nüşabə öz aralarında evləri dəyişdirmişlər. Belə ki, Cavabdeh2 adına xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli, **********63-05301-093007 reyestr nömrəli çıxarışa əsasən Quba şəhəri, H.Əliyev prospekti,198/21 ünvanında mənzil qeydə alınmış və həmin mənzil hal-hazırda Cavabdeh2 mülkiyyətindədir. Onu da qeyd edir ki, Cavabdeh1 Orxanın şəxsi mülkiyyətində olan evdə qeydiyyatdadır. Cavabdehlər onu aldatmışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı Xaləddin oğlu iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. İlkin məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, anasının mülkiyyətində olan mənzili iddiaçıya faktiki satmış və rəsmiləşdirmək mümkün olmadığından, onunla iddiaçı arasında 19500 manat kreditin götürülməsi barədə müqavilə bağlanmışdır. Sonradan Cavabdeh2 təklifi ilə anası alqı-satqı əsasında mənzili kənar bir şəxsə dəyəri ödənilmədən satmışdır. Mənzilin sonradan kimin mülkiyyətində olmasından xəbəri olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 10 dekabr 2014-cü il tarixli kredit müqaviləsindən göründüyü kimi, Abşeron rayonu, Saray qəsəbəsi, Təzə məhəllə ünvanında yaşayan İddiaçı Xaləddin oğlu (kredit verən) 19500 manat pulu Quba şəhəri, H.Əliyev pr, ev 1, mənzil 9-da yaşayan Cavabdeh3 (kredit alan) vermişdir. Kredit alan Cavabdeh3 19500 (on doqquz min beş yüz) manatını müqavilə bağlanan tarixdən, yəni xx.xx.2015-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 04 oktyabr 2013-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, AR ƏMDK yanında DƏDRX-nin5 saylı ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** olan, seriya nömrəsi RX ******* saylı çıxarışa əsasən satıcı X9 özünə məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini alıcı Cavabdeh2 mülkiyyətinə vermişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** olan, seriya nömrəsi RX ******* saylı çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 19 avqust 2015-ci il tarixli, AN ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X13 özünə məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini X1. İş materiallarında olan İİİ-ЖГ 441245 seriyalı “Nikah haqqında şəhadətnamə”dən görünür ki, X14 ilə X20 arasında **-İV-***5-ci il tarixdə Quba rayon Qeydiyyat şöbəsində nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 53 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra qadına “İbrahimova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 298406 seriya və nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X14 xx.xx.2008-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 125 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, reyestr nömrəsi **********75, qeydiyyat nömrəsi ********** olan, seriya nömrəsi RX ******* saylı çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X8 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Qanun üzrə Vərəsəlik şəhadətnaməsinə görə 2019-cu ildə vəfat etmiş X8 əri X12 onun vərəsəsi müəyyən edilib; İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********75, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 09 mart 2021-ci il bağışlanma müqaviləsinə əsasən X3 şəhəri H.Hüseynov küçəsi, bina 10, mənzil 3 ünvanında yerləşən fərdi yaşayış evini qızı X6 bağışlamışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********75, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Elektron ərizədən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması ilə bağlı “AsanPay” vasitəsilə 149 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına əsasən, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarına əsasən subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Həmin Qərara əsasən yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Qeyd edilən Qərardan göründüyü kimi, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Xaləddin oğlu ilə Cavabdeh3 arasında bağlanmış 10 dekabr 2014-cü il tarixli kredit müqaviləsi görüntüdə bağlanan, yəni etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradan pərdələyən əqd olmuş və tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmamışdır. Bununla da tərəflərin həmin müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmadığından, qeyd edilən əqdi etibarsızlığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın Cavabdeh3 19500 (on doqquz min beş yüz) manat pulun alınması hissəsində iddia əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Qeyd edilən Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Həmçinin iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsassız varlama nəticəsində əldə edilmiş 19500 manat pulun tutularaq ona qaytarılması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbi əsaslandıran sübutları məhkəməyə təqdim edə bilməmişdir və məhkəmə araşdırması zamanı əldə olunmuş sübutlarla həmin cavabdehlərin əsassız varlanması sübuta yetirilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 148 (yüz qırx səkkiz) manat 50 (əlli) qəpik məbləğində dövlət rüsumu Cavabdeh3 aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh3 19500 (on doqquz min beş yüz) manat və 148 (yüz qırx səkkiz) manat 50 (əlli) qəpik ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Xaləddin oğluna ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-817/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-817/2023
19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver