Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-830/2022 01.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı (bundan sonra BOKT "xxxx" MMC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 02.09.2019-cu il tarixli L-BK-0048338-F saylı kredit müqaviləsi üzrə 1348,70 (bir min üç yüz qırx səkkiz manat yetmiş qəpik) manat əsas məbləğ üzrə, 16,90 (on altı manat doxsan qəpik) manat faiz üzrə olmaqla cəmi 1365,60 (bir min üç yüz altmış beş manat altmış qəpik) manat kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 34 (otuz dörd) manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında’’ 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh2 ilə BOKT "xxxx" MMC arasında 02.09.2019-cu il tarixli L-BK-0048338-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən cavabdehə 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1% olmaqla 1350,67 (bir min üç yüz əlli manat altmış yeddi qəpik) manat məbləğində güzəştli kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh1 ilə BK-00001137 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 1,97 (bir manat doxsan yeddi qəpik) manat, faiz borcu üzrə 15,03 (on beş manat üç qəpik) manat olmaqla cəmi 17 (on yeddi) manat məbləğində pul ödənilmişdir. Hal hazırda cavabdehin təşkilata 1348,70 (bir min üç yüz qırx səkkiz manat yetmiş qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 16,90 (on altı manat doxsan qəpik) manat faiz borcu olmaqla cəmi 1365,60 (bir min üç yüz altmış beş manat altmış qəpik) manat məbləğində kredit borcu var. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 02.09.2019-cu il tarixli L-BK- 0048338-F saylı kredit müqaviləsindən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh2 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1% olmaqla 1350,67 (bir min üç yüz əlli manat altmış yeddi qəpik) manat məbləğində güzəştli kredit verilmiş, Cavabdeh2 kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür; BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 02.09.2019-cu il tarixli BK- 00001137 saylı kredit müqaviləsindən zaminlik müqaviləsindən görünür ki, müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 Cavabdeh2 zamin durmuşdur; 24.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 02.09.2019-cu il tarixli L-BK-0048338-F saylı kredit müqaviləsi üzrə 1348,70 (bir min üç yüz qırx səkkiz manat yetmiş qəpik) manat əsas, 16,90 (on altı manat doxsan qəpik) manat faiz üzrə olmaqla cəmi 1365,60 (bir min üç yüz altmış beş manat altmış qəpik) manat borcu yaranmışdır; 06.09.2021-ci il tarixli bildirişlərdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 banka olan borc ödənilmədiyi təqdirdə barələrində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər; iddianın məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə 34 (otuz dörd) manat rüsum köçürülmüşdür. Beləliklə, müəyyən olundu ki, BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 02.09.2019-cu il tarixli L-BK-0048338-F saylı kredit müqaviləyə əsasən, sonuncu kredit təşkilatından 1350,67 (bir min üç yüz əlli manat altmış yeddi qəpik) manat məbləğində kredit götürmüş və krediti təyinatı üzrə istifadə etmək, kredit və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit ödənişinin təminatı məqsədilə digər Cavabdeh1 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan sənədlərdən aydın olduğu kimi, kredit məbləğindən istifadə nəticəsində borc vaxtında ödənilmədiyi üçün, cavabdehlərin icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdehlər müqavilə əsasında iddiaçıdan kredit almasına dair hüququndan istifadə etsə də, həmin müqavilədən irəli gələn vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 34 (otuz dörd) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 02.09.2019-cu il tarixli L-BK-0048338-F saylı kredit müqaviləsi üzrə əsas borca görə 1348,70 (bir min üç yüz qırx səkkiz manat yetmiş qəpik) manat, faiz borcuna görə 16,90 (on altı manat doxsan qəpik) manat olmaqla, cəmi 1365,60 (bir min üç yüz altmış beş manat altmış qəpik) manat məbləğində pul və dövlət büdcəsinə köçürülmüş rüsumun əvəzi olan 34 (otuz dörd) manat məbləğində vəsait cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-830/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-830/2022
01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver