Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-862/2022 28.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu iddiaçı «Finca Azerbaijan» MM QBKT-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı «Finca Azerbaijan» MM QBKT kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 886,22 ABŞ dolları əsas, 195 ABŞ dolları faiz, 11,83 ABŞ dolları cərimə olmaqla, cəmi 1093,05 ABŞ dolları borcun və 38,60 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq «Finca Azerbaijan» MM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış 20.06.2016-cı il tarixli, **********2216 saylı kredit müqaviləsinə əsasən şəxsi biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 25% dərəcəsi olmaqla 24 ay müddətinə 1060 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 58 ABŞ dolları olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 07.02.2022-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 886,22 ABŞ dolları, faiz borcuna görə 195 ABŞ dolları, cərimə borcuna görə 11,83 ABŞ dolları olmaqla, cəmi 1093,05 ABŞ dolları borcu vardır. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış 20.06.2016-cı il tarixli, **********2216 saylı kredit müqaviləsinə əsasən şəxsi biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 25% dərəcəsi olmaqla 24 ay müddətinə 1060 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 07.02.2022-ci il tarixinə Cavabdeh əsas borc üzrə 886,22 ABŞ dolları, faiz borcuna görə 195 ABŞ dolları, cərimə borcuna görə 11,83 ABŞ dolları olmaqla, cəmi 1093,05 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi 07.02.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 20.06.2016-cı il tarixində bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş 886,22 ABŞ dolları əsas, 195 ABŞ dolları faiz, 11,83 ABŞ dolları cərimə olmaqla, cəmi 1093,05 ABŞ dolları borcu qalmışdır. Ərizəyə əlavə olunmuş “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış 20.06.2016-cı il tarixli, **********2216 saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə şəxsi biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 25% dərəcəsi olmaqla 24 ay müddətinə 1060 ABŞ dolları məbləğində kredit verilmişdir. Ərizəyə əlavə olunmuş 14.02.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 38,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən 1093,05 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 38,60 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 886,22 (səkkiz yüz səksən altı dollar iyirmi iki sent) ABŞ dolları əsas, 195 ABŞ (bir yüz doxsan beş) ABŞ dolları faiz, 11,83 (on bir dollar səksən üç sent) ABŞ dolları cərimə olmaqla, cəmi 1093,05 (bir min doxsan üç dollar beş sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyəb edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) borc və 38,60 (otuz səkkiz manat altmış qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq «Finca Azerbaijan» MM QBKT-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-862/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-862/2022
28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver