Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-87/2023 08.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı ASC "xxxx" Bankın nümayəndəsi X1 iştirakı ilə iddiaçı ASC "xxxx" Bankın Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC "xxxx" Bank Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli **********98415 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2020-ci il tarixədək 6.235,33 ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği və əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2020-ci il tarixədək gecikdirilmiş məbləğə illik 15 % faiz dərəcəsi ilə hesablanmış 2.937,15 ABŞ dolları məbləğində peniya, cəmi 9.172,48 ABŞ dolları məbləğində pul vəsaiti, iddia ərizəsinin verilməsinə görə 136,78 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********98415 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 72 ay müddətinə, illik 12 % ödəmək şərtilə 18000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçı ilə cavabdeh arasında sonuncuya məxsus Quba şəhəri, Heydər Əliyev prospektində 198 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, 71.3 kv.m ümumi, 36.8 kv.m yaşayış, 34.5 kv.m yardımçı sahəsi olan 22 nömrəli mənzilin ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********98415/ip nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2718/2017 saylı qətnaməsi ilə Cavabdeh Məmmmədpaşa oğlundan 16586,27 ABŞ dolları məbləğində əsas borc, 1384,69 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 128,02 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 18098,98 ABŞ dolları məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu ASC "xxxx" Bankının xeyrinə tutulması, tələbin Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olmuş Quba şəhəri, Heydər Əliyev prospektində 198 nömrəli binanın 5ci mərtəbəsində yerləşən 2 otaqlı, 71.3 kv.m ümumi. 36.8 kv.m yaşayış, 34.5 kv.m yardımçı sahəsi olan 22 nömrəli mənzilə yönəldilməsi qət edilmişdir. Daha sonra Cavabdeh tərəfindən Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2718/2017 qətnaməsindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)-1445/2018 nömrəli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-2718/2017 saylı qətnaməsi dəyişdirilərək mənzilin ilkin satış qiyməti 50000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “X2” MMC tərəfindən keçirilmiş hərraclarda həmin mənzil satılmadığından o, əldə edilməsi üçün iddiaçı ASC "Xalq” bankına təklif və bank həmin təklifi qəbul etmişdir. Mənzilin alqı-satqısı hərrac təşkilatçısı, Quba rayon İcra Şöbəsi və iddiaçı ASC "xxxx" Bankı tərəfindən imzalanmış Hərrac təşkilatçısının açıq hərracın nəticələri haqqında 34/6 nömrəli protokolu və iddiaçı ASC "xxxx" Bankı ilə Hərrac təşkilatçısı arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə müvafiq olaraq ipoteka predmeti olan mənzilin son satış qiyməti 31.875 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində bankın balansına keçməsinə baxmayaraq, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2020-ci il tarixədək hesablanmış 6235,33 ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, əsas borcun tam şəkildə qaytarıldığı xx.xx.2020-ci il tarixdə həmin məbləğ 2937,15 ABŞ dolları təşkil edir. İş üzrə Cavabdeh iddia ərizəsinə etiraz verərək, bildirdi ki, iddianı qəbul etmir. Onun iddiaçı təşkilat qarşısında icra edilməmiş heç bir öhdəliyi yoxdur. Aldığı kredit müqaviləsinin icrası ilə bağlı tələb ipoteka predmeti olan Quba şəhəri, Heydər Əliyev prospekti 198 ünvanında yerləşən 22 nömrəli mənzilə yönəldilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-1445/2018 saylı və Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2718/2017 saylı qətnamələrinin icra edilməsində hər hansı bir problem olmamışdır. O, qeyd edilən öhdəliyin icrasında vicdanlı davranmış və ipoteka predmetinin hərraclarda satılmaması, daha sonra isə bankın özü tərəfindən alınması və qeyd edilən icra prosedurlarında onun təqsirli hərəkətləri olmamışdır. Hal-hazırda iddiaçı təşkilat onunla aralarında zamanında kredit və ipoteka müaviləsinin bağlanmasından sui-istifadə edərək onun bütün əmlaklarını ələ keçirmək və onu ömür boyu onlardan asılı vəziyyətdə saxlamaq istəyir. İddiaçı təşkilat olan bank ipoteka predmetinin satış qiymətini 31875 manat məbləğində müəyyən etməklə almışdır və onun iddiaçı təşkilata olan bütün öhdəlikləri icra edilmişdir. Məhkəmə iclasında iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X3 iddianı müdafiə edərək, bildirdi ki, etiraz ərizəsini qəbul etmir. Etiraz müdafiə xarakteri daşıyır. Ona görə əsassızdır. İddianın müddəti keçməmişdir. xx.xx.2016-cı il tarixdə cavabdehlə restrukturizasiya müqaviləsi bağlanılmışdır. Borcla bərabər peniya da tələb edilir. İş üzrə keçirilmiş mühasibatlıq ekspertizası ilə tanış olmuş, həmin ekspertiza ilə razılaşmasa da, yenidən ekspertizanın təyin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən zaman cavabdeh Anar Məmmədpaşa oğlu bildirmişdir ki, iddianı qəbul etmir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi əsasında ASC "xxxx" Bankından illik 12% olmaqla, 72 ay müddətinə 18.000 ABŞ dolları məbləğində kredit almış, yaratdığı bizneslə əlaqədar ziyan etdiyindən banka olan borcu vaxtında ödəmək iqtidarında olmamışdır. Mənzil borc əvəzinə bank tərəfindən mülkiyyətə götürülmüşdür. Dollar qalxan zaman borcun manat ilə hesablaması barədə banka müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Sonradan onun məlumatı və iştirakı olmadan bank mənzili öz balansına keçirmişdir. Onun mənzilinin 60000 manat qiyməti olmasına baxmayaraq bank həmin evi ucuz qiymətə öz balansına keçirmişdir. Hazırda da ondan əlavə pul tələb edir, onun banka olan ödənişləri hesablanmamışdır. Onun fikri ilə bankın hesablaması ancaq özlərinə sərf edən qaydada aparılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********98415 nömrəli kredit müqaviləsindən görünür ki, ASC "xxxx" Bankı tərəfindən Cavabdeh 72 ay müddətinə, illik 12 % ödəmək şərtilə 18000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli **********98415/ip nömrəli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus Quba şəhəri, Heydər Əliyev prospektində 198 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, 71.3 kv.m ümumi, 36.8 kv.m yaşayış, 34.5 kv.m yardımçı sahəsi olan 22 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)- 2718/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh Məmmmədpaşa oğlundan 16586,27 ABŞ dolları məbləğində əsas borc, 1384,69 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 128,02 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 18098,98 ABŞ dolları məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu ASC "xxxx" Bankının xeyrinə tutulması, tələbin Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olmuş Quba şəhəri, Heydər Əliyev prospektində 198 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, 71.3 kv.m ümumi. 36.8 kv.m yaşayış, 34.5 kv.m yardımçı sahəsi olan 22 nömrəli mənzilə yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)-1445/2018 nömrəli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-2718/2017 saylı qətnaməsi dəyişdirilərək mənzilin ilkin satış qiyməti 50.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “X2” MMC tərəfindən keçirilmiş hərracların nəticəsindən görünür ki, Quba şəhəri, Heydər Əliyev prospektində 198 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, 71.3 kv.m ümumi. 36.8 kv.m yaşayış, 34.5 kv.m yardımçı sahəsi olan 22 nömrəli mənzil satılmadığından o, əldə edilməsi üçün iddiaçı ASC "Xalq” bankına təklif və bank həmin təklifi qəbul etmişdir. Mənzilin alqı-satqısı hərrac təşkilatçısı, Quba rayon İcra Şöbəsi və iddiaçı ASC "xxxx" Bankı tərəfindən imzalanmış Hərrac təşkilatçısının açıq hərracın nəticələri haqqında 34/6 nömrəli protokolu və iddiaçı ASC "xxxx" Bankı ilə Hərrac təşkilatçısı arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə müvafiq olaraq ipoteka predmeti olan mənzilin son satış qiyməti 31.875 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7119 saylı ekspert rəyindən görünür ki, Cavabdeh ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********98415 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh banka olan kredit borcu xx.xx.2019-cu il tarixə əsas borc üzrə 15.664,48 ABŞ dolları, faiz borcu üzrə 5.674,30 ABŞ dolları, xx.xx.2020-ci il tarixə əsas borc üzrə 0 ABŞ dolları, faiz borcu 5.667,79 ABŞ dolları müəyyən olunur. xx.xx.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 136,78 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə müəyyən etmişdir ki, "xxxx" ASC-nin “Quba” filialı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh bankdan 18000 ABŞ dolları məbləğində kredit götürmüş və krediti təyinatı üzrə istifadə etmək, kredit və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsi üzrə üzərinə qoyulmuş öhdəlikləri icra etmədiyi üçün Quba Rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh Məmmmədpaşa oğlundan 16586,27 ABŞ dolları məbləğində əsas borc, 1384,69 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 128,02 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 18098,98 ABŞ dolları məbləğində pulun ASC "xxxx" Bankının xeyrinə tutulması, tələbin Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olmuş Quba şəhəri, Heydər Əliyev prospektində 198 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, 71.3 kv.m ümumi. 36.8 kv.m yaşayış, 34.5 kv.m yardımçı sahəsi olan 22 nömrəli mənzilə yönəldilməsi qət edilmişdir. Mənzilin ilkin satış qiyməti 50.000 manat məbləğində müəyyən edilmişdir. Hərrac keçirildikdən sonra mənzil 31.875 manata ASC "xxxx" Bankının mülkiyyətinə keçmişdir. Cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında əsas borc məbləği tam şəkildə qaytarılsa da, xx.xx.2020-ci il tarixədək hesablanmış 5.667,79 ABŞ dolları faiz borcu qalmışdır. Belə ki, Azərbaycan Respublikası MM-nin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, faiz borc 5.667,79 ABŞ dolları təşkil etdiyi halda, 2.937,15 ABŞ dolları məbləğində peniya hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə azaldılmalı və 570 ABŞ müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, xx.xx.2015-ci il tarixli **********98415 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixədək hesablanmış 5.667,79 ABŞ dolları məbləğində faiz borcu və xx.xx.2020-ci il tarixədək gecikdirilmiş məbləğə hesablanmış 570 ABŞ dolları məbləğində peniya, cəmi 6.237,79 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin məbləği 9.172,48 ABŞ dolları olduğu, bu tələb 6.237,79 manat məbləğində təmin edildiyi üçün, iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 136,78 manat dövlət rüsumu tərəflər arasında bölünməlidir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 136,78 manat məbləğində dövlət rüsumundan 54 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli **********98415 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixədək hesablanmış 5.667,79 ABŞ dolları məbləğində faiz borcu və xx.xx.2020-ci il tarixədək gecikdirilmiş məbləğə hesablanmış 570 ABŞ dolları məbləğində peniya, cəmi 6.237,79 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən Dövlət büdcəsinə köçürülmüş 136,78 manat dövlət rüsumundan 54 manat isə cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-87/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-87/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver