Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-885/2022 08.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ X6 Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (bundan sonra "xxxx" MMC) cavabdeh X3 qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 0803-127084-01 №li kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi; iddiaçı ilə cavabdeh arasında bağlanmış 16.11.2020-ci il tarixli, 0803- 127084-01 №li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 786,30 manat əsas borc, 14.02.2022-ci il tarixədək hesablanmış 118,90 manat faiz borcu, gecikdirməyə görə 0 manat cərimə və 30,40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16.11.2020-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında 0803-127084-01 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən kreditor tərəfindən borc alana illik 49,9 % faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 1000 AZN məbləğində kredit verilmişdir. Borc alanın öz üzərinə götürdüyü kredit öhdəliklərini yerinə yetirməməsi nəticəsində 14.02.2022-ci il tarixinə əsas borcu 786,30 manat, faiz borcu 118,90 manat və cərimə borcu 0 manat olmaqla, ümumi məbləği 905,20 manat olmaqla borcu yaranmışdır. Kredit müqaviləsi üzrə borc alan tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə baxmayaraq, həmin şəxs tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir addım atılmamışdır. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, İddiaçı "xxxx" MMC ilə cavabdeh X4 arasında bağlanmış 16.11.2020-ci il tarixli, 0803-127084-01 saylı kredit müqaviləsinə əsasən Bank borcalana 18 ay müddətinə illik 49,9 % ödəmək şərtilə 1000 manat məbləğdə kredit vermişdir. İş materiallarında olan 14.02.2022-ci il tarixli arayışdan görünür ki, X2 "xxxx" MMC-yə 786,30 manat əsas 118,900 manat faiz borcu yaranmışdır. İş materiallarında olan 16.02.2022-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən, 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının ödənilməsini tələb etdiyi borcun məbləği onun tərəfindən məhkəməyə təqdim olunmuş “Arayışı” ilə təsdiq olunur. Həmin arayışdan görünür ki, X2 hazırda ödənilməmiş 905,20 manat borcu qalmışdır. Cavabdeh irəli sürülən tələbə hər hansı əsasla etirazını bildirməmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425 və 427-ci maddələrinin göstərişinə uyğun olduğundan əsaslıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Kiçik iddiaya dair ərizə təmin olunsun. İddiaçı ilə cavabdeh arasında bağlanmış 0803-127084-01 №li kredit müqaviləsinə xitam verilsin. X1 786,30 manat əsas, 118,90 manat faiz borcu olmaqla, cəmi 905,20 manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 30,40 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-885/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-885/2022
08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver