Məhkəmə qərarları › İş №e-2(027)-937/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-937/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-937/2023 03.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli, XF-3563 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4762,39 manat, faiz borcuna görə 280,05 manat, dəbbə borcuna görə 632,48 manat, cəmi 5674,92 manat məbləğində pulun və 76,75 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı Rabitəbank” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Rabitəbank" ASC-nin Xaçmaz filialı ilə cavabdeh - Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, XF-3563 saylı kredit müqaviləsinə əsasən illik 22 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 8000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.12.3.; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2021-ci il tarixdə İddiaçı ASC-nin Xaçmaz filialı ilə digər cavabdeh(lər) Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin xx.xx.2021-ci il tarixli, XF-3563 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. xx.xx.2021-ci il tarixli, XF-3563 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, XF-3563 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 6-dan gec olmayaraq hər ay 415,03 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2021-ci il tarixli, XF-3563 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 4762,39 manat, faiz borcuna görə 280,05 manat, dəbbə borcuna görə 632,48 manat, borcun cəmi məbləği 5674,92 manat təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əbilfəz Zeynallı məhkəməyə ərizə təqdim edərək, iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, 8000 manat kredit almışdır. Borcu ödəyəcəkdir. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, krediti Cavabdeh1 almış, o isə zamin duraraq zaminlik müqaviləsini imzalamışdır. Krediti Cavabdeh1 ödəməlidir. Məhkəmə gəlmiş tərəflərin izahatlarını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, XF-3563 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Quba” filialı tərəfindən Cavabdeh1 illik 22 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə üzrə olduğu vəsaiti (krediti) və kreditə görə nəzərdə tutulmuş digər ödənişləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə "Bank"a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, XF-3563 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 zamin durmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, XF-3563 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə xx.xx.2021-ci il tarixli, XF-3563 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4762,39 manat, faiz borcuna görə 280,05 manat, dəbbə borcuna görə 632,48 manat, cəmi 5674,92 manat məbləğində borcu vardır. İş materiallarında olan bildirişlərin surətindən görünür ki, cavabdehlər banka olan borcu ödənilmədiyi təqdirdə barələrində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 76,75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə müəyyən etmişdir ki, İddiaçı ASC-nin “Quba” filialı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, Cavabdeh1 bankdan 8000 manat məbləğində kredit kredit götürmüş və krediti təyinatı üzrə istifadə etmək, kredit və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit ödənişinin təminatı məqsədilə digər Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər müqavilə üzrə üzərinə qoyulmuş öhdəlikləri icra etməmişlər. İşdə olan sənədlərdən aydın olduğu kimi, kredit məbləğindən istifadə nəticəsində borc vaxtında ödənilmədiyi üçün, cavabdehlərin icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdehlər müqavilə əsasında iddiaçıdan kredit almasına dair hüququndan istifadə etsə də, həmin müqavilədən irəli gələn vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişlər. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı bank kredit xətti üzrə hesablanmış əsas borc və hesablanmış digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, əsas borc 4762,39 manat təşkil etdiyi halda, 632,48 manat məbləğində cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə azaldılmalı və 100 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli, XF-3563 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 4762,39 manat, faiz borcuna görə 280,05 manat, dəbbə borcuna görə 100 manat olmaqla, cəmi 5142,44 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 76,75 manat məbləğində cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, XF-3563 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 4762,39 manat, faiz borcuna görə 280,05 manat, dəbbə borcuna görə 100 manat olmaqla, cəmi 5142,44 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş rüsumun əvəzi 76,75 manat cavabdehlərdən alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar