Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-983/2022 13.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi, Həsənov Rahim Təşəkkül oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.02.2021-ci il tarixli ********* saylı Müddətli(Nisyə) alğı-satqı müqaviləsi üzrə 28.01.2022-ci il tarixinə yaranmış borcu 125.8 manat əsas, 18.8 manat cərimə, cəmi 144.6 manat, 18.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 32.5 manat əsas 4.8 manat cərimə, cəmi 37.3 manat, 28.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 253.2 manat əsas, 37.9 manat cərimə, cəmi 291.1 manat , 15.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 258.5 manat əsas, 38.7 manat cərimə, cəmi 297.2 manat, 13.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 418.9 manat əsas, 62.8 manat cərimə, cəmi 481.7 manat, ümumilikdə 1251.9 manat borcun və 32.52 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “XİAOMİ” markalı qol saatına görə 12 ay ödəniş cədvəli üzrə hər 17 manat olmaqla cəmi 193.8 manat, 18.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Hİ-Fİ” markalı qulaqcığa görə 6 ay ödəniş cədvəli üzrə hər 12 manat olmaqla cəmi 68.5 manat, 28.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “SAMSUNG A217” markalı mobil telefona və qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər 51 manat olmaqla cəmi 610.2 manat, 15.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı hər iki “XİAOMİ REDMİ NOTE 10” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər 45 manat olmaqla cəmi 528.5 manat, 13.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “SAMSUNG A217” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər 43 manat olmaqla cəmi 504.9 manat ümumilikdə beş müqavilə üzrə 1905.9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 24.02.2021-ci il tarixli müqavilə üzrə 30.11.2021-ci il tarixində 17 manat, 18.03.2021ci il tarixli müqavilə üzrə 30.11.2021-ci il tarixində 12 manat, 28.03.2021-ci il tarixli müqavilə üzrə 17.11.2021-ci il tarixində 148.3 manat, 15.04.2021-ci il tarixli müqavilə üzrə 16.10.2021-ci il tarixində 45 manat, 13.04.2021-ci il tarixli müqavilələr üzrə 30.11.2021-ci il tarixində 43 manat, ödəniş etmiş və beş müqavilə üzrə qalıq qalmış 1088.9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alğı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu beş müqavilə üzrə 1630 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər beş müqavilə üzrə 1630 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%i, yəni 163 manat İddiaçı MMC-yə ödəməlidir. Beləliklə, cavabdeh 28.01.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borcu 24.02.2021-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 125.8 manat əsas, 18.8 manat cərimə, cəmi 144.6 manat, 18.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 32.5 manat əsas, 4.8 manat cərimə, cəmi 37.3 manat, 28.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 253.2 manat əsas, 37.9 manat cərimə, cəmi 291.1 manat , 15.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 258.5 manat əsas, 38.7 manat cərimə, cəmi 297.2 manat, 13.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 418.9 manat əsas, 62.8 manat cərimə, cəmi 481.7 manat, beş müqavilə üzrə borcu 1251.9 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 100 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “XİAOMİ” markalı qol saatına görə 12 ay ödəniş cədvəli üzrə hər 17 manat olmaqla cəmi 193.8 manat, 18.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Hİ-Fİ” markalı qulaqcığa görə 6 ay ödəniş cədvəli üzrə hər 12 manat olmaqla cəmi 68.5 manat, 28.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “SAMSUNG A217” markalı mobil telefona və qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər 51 manat olmaqla cəmi 610.2 manat, 15.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı hər iki “XİAOMİ REDMİ NOTE 10” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər 45 manat olmaqla cəmi 528.5 manat, 13.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “SAMSUNG A217” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər 43 manat olmaqla cəmi 504.9 manat ümumilikdə beş müqavilə üzrə 1905.9 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin "xxxx" MMC-nə 24.02.2021-cu il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 125.8 manat əsas, 18.8 manat cərimə, cəmi 144.6 manat, 18.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 32.5 manat əsas, 4.8 manat cərimə, cəmi 37.3 manat, 28.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 253.2 manat əsas, 37.9 manat cərimə, cəmi 291.1 manat , 15.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 258.5 manat əsas, 38.7 manat cərimə, cəmi 297.2 manat, 13.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 418.9 manat əsas, 62.8 manat cərimə, cəmi 481.7 manat, beş müqavilə üzrə borcu 1251.9 manat borcu yaranmışdır. Ərizəyə əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən borc məbləğinə əlavə cərimə hesablandığı və bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan 22.02.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 21,52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək, 1121,5 manat məbləğində əsas borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni 10 manat məbləğində müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 32,52 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: Kiçik iddiaya dair ərizə qismən təmin olunsun. Cavabdeh 24.02.2021-ci il tarixli ********* saylı Müddətli(Nisyə) alğı-satqı müqaviləsi üzrə 28.01.2022-ci il tarixinə yaranmış borcu 125.8 manat əsas, 18.8 manat cərimə, 18.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 32.5 manat əsas 4.8 manat cərimə, 28.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsinə əsasən, 253.2 manat əsas, 3 manat cərimə, 15.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 258.5 manat əsas, 3 manat cərimə, 13.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 418.9 manat əsas, 3 manat cərimə olmaqla, ümumilikdə 1121,5 manat borcun və 32.52 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-983/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-983/2022
13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver