Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-987/2025 06.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə hesablanmış 20000 manat puldan, 8417 AZN manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-2863/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı 20.000 (iyirmi min) manat məbləğində pul və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 1 (bir) manat bank xidməti xərci olmaqla, cəmi 20.031 (iyirmi min otuz bir) manat iddiaçı Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. Göründüyü kimi hazırki iş üzrə iddiaçının mübahisələndirdiyi iddia tələbi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Belə olan halda, iddiaçı Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-2863/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən yuxarı instansiya məhkəməsinə apelyasiya şikayəti vermək hüququna malikdir. Həmçinin, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-2863/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyindən və icra edildiyindən iddiaçıya izah olunmalıdır ki, o, bununla bağlı qətnamənin icrasını həyata keçirən orqana müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələblərinə əsasən hazır ki, iddia tələbinə məhkəmə qaydasında baxılması mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizənin baxılmaq üçün qəbuldan imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin qəbul edilməsindən imtina edilsin. Qərardad iş üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun (GPP qəbz nömrəsi **********) geri qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-987/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-987/2025
06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver