Məhkəmə qərarları › İş №e-2(028)-157/2025

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(028)-157/2025

18.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-157/2025 18.02.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin tutulmasına dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi üzrə iddiaçı tərəfindən xx.xx.2025ci il tarixdə verilmiş elektron ərizəyə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xeyirlərinə 1455 manat sığorta ödəniş məbləöinin və 34,55 manat dövlət rüsumunun, cəmi 1489,55 manat pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, mülki iş üzrə tərəflər arasında razılıq əldə olunmasını bildirmiş və ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və xx.xx.2025-ci il tarixdə verilmiş ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı və Qubadlı Rayon Məhkəməsinin e-2(028)-157/2025 saylı mülki işi üzrə iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzi əsasında ödənilmiş 34,55 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən "xxxx" ASC -yə geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulmasına dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsi baxılmamış saxlansın. İddiaçı "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixdə Hökümət ödəniş portalı vasitəsilə (qəbz nömrəsi **********) ödəmiş olduğu 34,55 manat dövlət rüsumu iddiaçı "xxxx" ASCyə geri qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qubadlı Rayonu üzrə Maliyyə Şöbəsinə həvalə edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar