Məhkəmə qərarları › İş №e-2(028)-161/2023

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(028)-161/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-161/2023 20.02.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı “X4 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcun tutulmasına dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı “X4 Azərbaycan” QSC məhkəməyə müraciət edərək, Cavabdeh 478,22 manat məbləğində əsas borc, 59,65 manat faiz borcu, 63,35 manat cərimə borcu, 2 manat komissiya xərcləri, 4,8 manat poçt xərcləri və 30 manat dövlət rüsumunun xeyrlərinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdeh qismində qoyulmuş Cavabdeh qeydiyyat ünvanı şəxsiyyət vəsiqəsində Şəki şəhəri, Kiş kəndi kimi (şəxsiyyət vəsiqəsi: AZE********) qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasinin Qanunu 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3-cü maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı “X4 Azərbaycan” QSC-nin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar