Məhkəmə qərarları › İş №e-2(028)-186/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-186/2025

26.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-186/2025 26.05.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X11 Mübariz oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8260 manat məbləğində pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 103 manat və hüquqi yardım üçün ödədiyi 325 manat pulun cavabdehə aid edənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh onun bacısı qızı Günel Hüseynlinin vasitəsilə tanımışdır. İddiaçı cavabdehə 2500 manat dəyərində qızıl-zinət əşyası və borc kimi ayrı-ayrı vaxtlarda 9500 manat borc pul vermiş, cavabdeh 9500 manat borcdan 1740 manatını, qızılın pulundan isə 2000 manatını iddiaçıya ödəmişdir. Hazırda cavabdehin ona 8260 manat borcu var. Cavabdeh Sumqayıt ŞPİ-nin 4-cü PB-də ona olan borcunu qismən etiraf etmişdir. Belə ki, ondan 9000 manat pul aldığını etiraf etmişdir. Halbuki ondan 9000 manat yox, 9500 manat borc alıb və 2500 manat dəyərində qızıl-zinət əşyası götürmüşdür. Sumqayıt ŞPİ-nin 4-cü PB-dən ona izah olunmuşdu ki, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməlidir. Bu səbəbdən göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəm iclasında iddiaçının nümayəndəsi və vəkili dəqiqləşmə ərizəsi təqdim edərək, cavabdehin PB-də iddiaçıdan 9000 manat pul aldığını etiraf etdiyini bildirmişdir. Qeyd edir ki, həmin puldan 1740 manatını cavabdeh qaytarmış, qızılları isə cavabdeh qəbul etmir. Bu səbəbdən iddianın həcmini azaldırlar. Onu da bildirir ki, 2500 manat dəyərində qızılın pulundan 2000 manatını cavabdeh ödəsə də və hazırda onun 500 manat qızıla görə borcu qalsa da, iddiaçı həmin pulu tələb etmir. Hazırda cavabdehdən 7260 manat məbləğində pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 103 manat və hüquqi yardım üçün ödədiyi 325 manat pulun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı nümayəndəsi və vəkilinin ifadəsinə uyğun izahat verdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı Əhmədağa Hüseynovun xx.xx.2025-ci il tarixli qərarına əsasən ünvan 1 ünvanında yaşayan Cavabdeh PB-nə müraciət edərək, Rübabə adlı şəxsin ona faiz borcu olduğunu iddia edərək yaşadığı evə gəldiyini, özü və ailəsi üçün gərginlik yaratdığını, borcunu qaytarmasına baxmayaraq ondan hədə-qorxu ilə pul tələb etdiyini bildirməklə həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Araşdırma zamanı X5 izahatında İddiaçı təxminən 2016-cı ildən tanıdığını, onunla yaxın ailəvi dostluq münasibətlərinin olmasını, mütəmadi olaraq Rubabadan qızıl-zinət əşyaları alaraq ödəniş etdiyini, 2024-cü ilin iyun ayından sonra Rubaba vasitəsi ilə aldığı qızıl-zinət əşyalarının pulunu ödəməkdə çətinlik çəkdiyi üçün Rubabanın onun xalalarının və nənəsinin ünvanına getdiyini, bundan sonra Rubabanın ona qızıl borcunu ödəmək üçün başqa tanımadığı şəxsdən faizlə qızıl və pul götürdüyünü və onun qızıl borcunun bir hissəsini ödədiyini bildirdiyini, hal-hazırda onun Rubabaya 8694 manat qızıl-zinət əşyalarına görə borcunun qalmasını, həmçinin Rubabanın ayrı-ayrı vaxtda onun borclarını ödəyəcəyini bildirərək müxtəlif şəxslərdən faizə pul alaraq borcunu ödədiyini, bu səbəbdən Rubabaya qızıl borclarından əlavə olaraq 4750 manat borcunun yaranmasını bildirmişdir. Araşdırma zamanı İddiaçı izahatında Günel Hüseynli ilə 2016-cı ildən dostluq münasibətinin olmasını, təxminən 2 ildir ki, dəfələrlə Günelin istəyi ilə müxtəlif qızıl mağazalarından öz adına qızıl-zinət əşyaları alaraq Günelə verdiyini, Günelin həmin qızılların pulunu hissə-hissə olmaqla ödədiyini, 2024-cü ilin aprel ayında Günel Hüseynlinin onun üçün 6 nəfərdən aldığı qızılların 39500 manat pulunu ödəməkdə çətinlik çəkdiyi üçün o, onun əvəzinə 3000 manat ödəniş etdiyini, iyun ayından sonra Günelin ödənişləri etməkdən yayındığını, 2024-cü ilin avqust ayının 3-də Günelin xalası Pərvanənin onunla görüşərək noyabr ayına qədər Günelin borclarını ödüyəcəyini bildirdiyini, bundan sonra Günelin borclarının bir qismini ödəsə də, qalan 18960 manatını ödəyə bilmədiyini, sonrakı vaxtlarda Günelin xalası Pərvanənin ondan 2500 manat dəyərində qızıl və borc kimi ayrı-ayrı vaxtlarda 9500 manat pul almasını, Pərvanənin 9500 manat borcdan 1740 manatını, qızılın pulundan isə 2000 manatını ödədiyini, dəfələrlə Pərvanənin yaşadığı ünvana gedərək ondan pulunu istəsə də, ona hədə-qorxu gəlmədiyini və ondan borcundan əlavə pul tələb etmədiyini bildirmişdir. Ərizəyə əsasən İddiaçı tərəfindən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 103 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli e-Manat qəbzinə Sumqayıt Regional Vəkil Bürosuna 325 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmadığına görə öhdəlik hüquq münasibətləri yaranmamışdır. Bu baxımdan tərəflər arasında münasibətlərə qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edilmişdir ki, Cavabdeh Sumqayıt ŞPİ 4-cü polis Bölməsində verdiyi izahatına görə onun iddiaçı Rubaba Müsaviyə ümumilikdə 9000 manat borcu vardır. Bundan başqa məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, bölmədə cavabdehin etiraf etdiyi 9000 manatdan 1740 manatı ödəməsini nəzərə alaraq 7260 manatın (9000 manat – 1740 manat = 7260 manat) ondan iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə belə hesab edir ki, iddaçı tərəfindən hüquqi xidmətə görə ödənilmiş 325 manat cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 7260 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 103 manat dövlət rüsumunun 92,6 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 10,4 manat iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 7260 manat pul, hüquqi xidmətə görə 325 manat və 92,6 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7260 manat pul, hüquqi xidmətə görə 325 manat və 92,6 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 10,4 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar