Məhkəmə qərarları › İş №e-2(028)-195/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-195/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-195/2025 30.04.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 003A********** saylı kredit müqaviləsi üzrə 3630,89 manat krеdit bоrcu, 371,04 manat faiz bоrcu və 66,15 manat cərimə borcu olmaqla, cəmi 4068,08 manat, 003KK**********01 saylı kart krediti müqaviləsi üzrə 298, 70 manat kredit bоrcu, 69 manat faiz bоrcu olmaqla, cəmi 367,70 manat, iki kredit müqaviləsi üzrə ümumilikdə cəmi 4435 (dörd min dörd yüz otuz beş) manat 78 qəpik bоrcun və ödənilmiş 64,40 manat dövlət rüsumunu xeyrlərinə tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı QSC elektron ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2024-cü il tarixdə bağladığı müqaviləyə əsasən bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında X2”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən cavabdeh aylıq faiz dərəcəsi 2,1667% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit götürmüşdür. O, müqavilənin 7.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavadeh götürdüyü krеdit bоrcundan 369,11 manat ödəmiş, onun 3630,89 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 161 gün üçün hesablanmış faiz borcu 371,04 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02%məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 161 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 66,15 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağımüştəridən tələbetmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında X2nin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesab köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Bundan başqa Cavabdeh "xxxx" QSC ilə bağladığı xx.xx.2024-cü il tarixli, 003KK**********01 saylı kart kredit müqaviləsinə əsasən 36(otuz altı) ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit limiti açılmışdır. Bank krediti kredit alana plastik kartı vasitəsi ilə təqdim etmişdir. Cavabdeh kart kredit müqaviləsi üzrə 298,70 manat məbləğində kredit borcu qalmışdır. Kart kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2025-ci il tarixə hesablanmış faiz borcu 69 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü maddəsinə əsasən, kredit alan kredit limitindənistifadə etdiyi təqdirdə, kredit borcunu və faizləri, olduğu halda cərimələri bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Banka qaytarmağı öz üzərinə götürür. Cavabdeh yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, həmin məbləğin ödənilməsindən yayınmışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli Bank Xidmətlərinin Göstərilməsi haqqında X1 görünür ki, müqavilə bağlandığı andan Ümumi şərtlər və tariflər, o cümlədən onlara əlavə və dəyişikliklər müqavilənin tərkib hissəsinə çevrilir. Müqavilənin bağlanması tərəflər üçün hər hansı bir məhdudiyyət tətbiq edilmədən Ümumi şərtlərin, tariflərin və valyuta məzənnəsinin tam və qeyd-şərtsiz qəbul edildiyi anlamına gəlir. Ayrı-ayrı bank xidmətlərini almaq üçün müştəri müvafiq ərizəni banka təqdim etməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, müştəri Cavabdeh İddiaçı QSC-nin internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X2”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və onları qəbul etmişdir. (Ərizədə istifadə edilmiş anlayışlar “Bank Xidmətlərinin Göstərilməsi haqqında X2” ilə eyni məna daşıyır. ) İlk kredit sifarişi olaraq kreditin məbləği 4000 manat, kreditin müddəti 24 ay, kreditin faiz dərəcəsi 26%, FİFD 29,74% təşkil edir. Müştəri xx.xx.2024cü il tarixdə aksepti aldığını və pərakəndə (nağd) kredit barədə müqaviləni (Kredit müqavilə № 003A**********) bağladığını təstiq etmişdir. İş materiallarında olan Ödəniş cədvəlindən (Kredit müqavilə № 003A**********) görünür ki, İddiaçı QSC xx.xx.2024-cü il tarixdə Cavabdeh 4000 manat kredit məbləğini 24 ay müddətinə aylıq 2,1667% dərəcəsi ilə kreditə vermişdir. İş materiallarında olan OUT-2025//01/28-128 saylı xx.xx.2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh İddiaçı QSC-yə 003A********** saylı xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə 3630,89 manat kredit bоrcu, 371,04 manat faiz bоrcu və 66,15 manat cərimə olmaqla, ümumilikdə cəmi 4068,08 manat borcu var. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, müştəri Cavabdeh İddiaçı QSC-nin internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X2”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və onları qəbul etmişdir. (Ərizədə istifadə edilmiş anlayışlar “Bank Xidmətlərinin Göstərilməsi haqqında X2” ilə eyni məna daşıyır. ) Kreditin növü X4 Cards, kreditin limiti 300 manat, kreditin müddəti 36 ay təşkil edir. Müştəri xx.xx.2024-cü il tarixdə aksepti aldığını və kart krediti müqaviləsini (Kredit müqavilə № 003KK**********01) bağladığını təstiq etmişdir. İş materiallarında olan OUT-2025//01/28-132 saylı xx.xx.2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh İddiaçı QSC-yə 003KK**********01 saylı xx.xx.2024-cü il tarixli X4 Cards üzrə 298,7 manat kredit bоrcu, 69 manat faiz bоrcu olmaqla, ümumilikdə cəmi 367,7 manat borcu var. İş materiallarından görünür ki, İddiaçı QSC kredit alana xəbərdarlıq göndərmişdir. Xəbərdarlıqda göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq borc müqaviləsinə görə iştirakcılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 003A********** saylı kredit müqaviləsi üzrə 3630,89 manat krеdit bоrcu, 371,04 manat faiz bоrcu, 66,15 manat cərimə borcu, 003KK**********01 saylı kart krediti müqaviləsi üzrə 298,70 manat kredit bоrcu, 69 manat faiz bоrcu, ümumilikdə cəmi 4435,78 manat borc və ödənilmiş 64,40 manat dövlət rüsumunun əvəzi İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar