Məhkəmə qərarları › İş №e-2(028)-224/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-224/2025

14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-224/2025 14.04.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xeyrlərinə xx.xx.2023cü il tarixli 056A********** saylı kredit razılaşması üzrə 486,36 manat məbləğində kredit bоrcu, 11,25 manat məbləğində faiz bоrcu və 1,36 manat məbləğində cərimə, cəmi 498,97 manat, xx.xx.2023-cü il tarixli 0596KK**********01 saylı kredit razılaşması üzrə 299,19 manat məbləğində kredit bоrcu, 189,66 manat məbləğində faiz bоrcu olmaqla, cəmi 488,85 manat, ümumilikdə cəmi 987,82 manat bоrcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə xx.xx.2023-cü il tarixdə bağladığı 056A********** ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında X4”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1,5833% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylıəlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2025-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1513,64 manat ödəniş etmiş və оnun iddiaçıya 486,36 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 20 gün üçün hesablanmış faiz borcu 11,25 manat təşkiledir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 20 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1,36 manat təşkiledir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağımüştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Cavabdeh AccеssBank» QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 056KK**********01 saylıkart kredit müqaviləsi əsasında cavabdehə “X6 Cards” növlü kart hesabı və 36 (otuz altı) ay müddətinə, 300 (üç yüz) manat məbləğində kredit limitiaçılmışdır. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Cavabdeh əsas borcu üzrə 299,19 manat məbləğində kredit borcu qalmışdır. Kart Kredit Müqaviləsinə müvafiq olaraq, xx.xx.2025-ci il tarixə 337 gün üçün hesablanmış faiz borcu 189,66 manat təşkiledir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdeh ünvanda yaşamadığına görə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutalara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli Bank Xidmətlərinin Göstərilməsi haqqında X2 görünür ki, müqavilə bağlandığı andan Ümumi şərtlər və tariflər, o cümlədən onlara əlavə və dəyişikliklər müqavilənin tərkib hissəsinə çevrilir. Müqavilənin bağlanması tərəflər üçün hər hansı bir məhdudiyyət tətbiq edilmədən Ümumi şərtlərin, tariflərin və valyuta məzənnəsinin tam və qeyd-şərtsiz qəbul edildiyi anlamına gəlir. Ayrı-ayrı bank xidmətlərini almaq üçün müştəri müvafiq ərizəni banka təqdim etməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, müştəri Cavabdeh İddiaçı QSC-nin internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X4”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və onları qəbul etmişdir. (Ərizədə istifadə edilmiş anlayışlar “Bank Xidmətlərinin Göstərilməsi haqqında X4” ilə eyni məna daşıyır. ) İlk kredit sifarişi olaraq kreditin məbləği 2000 manat, kreditin müddəti 24 ay, kreditin faiz dərəcəsi 19%, FİFD 19% təşkil edir. Müştəri xx.xx.2023-cü il tarixdə aksepti aldığını və pərakəndə (nağd) kredit barədə müqaviləni (Kredit müqavilə № 056A**********) bağladığını təstiq etmişdir. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, İddiaçı QSC xx.xx.2023-cü il tarixdə Cavabdeh 056A********** saylı kredit razılaşmasına əsasən 2000 manat kredit məbləğini 24 ay müddətinə aylıq 1,5833% dərəcəsi ilə kreditə vermişdir. İş materiallarında olan OUT-2025//02/05-38 saylı xx.xx.2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh İddiaçı QSC-yə 056A********** saylı xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə 486,36 manat kredit bоrcu, 11,25 manat faiz bоrcu və 1,36 manat cərimə olmaqla, ümumilikdə cəmi 498,97 manat borcu var. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, müştəri Cavabdeh İddiaçı QSC-nin internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X4”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və onları qəbul etmişdir. (Ərizədə istifadə edilmiş anlayışlar “Bank Xidmətlərinin Göstərilməsi haqqında X4” ilə eyni məna daşıyır. ) Kreditin növü X6 Cards, kreditin limiti 300 manat, kreditin müddəti 36 ay təşkil edir. Müştəri xx.xx.2023-cü il tarixdə aksepti aldığını və kart krediti müqaviləsini (Kredit müqavilə № 056KK**********01) bağladığını təstiq etmişdir. OUT-2025/02/05-40 saylı xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 056KK**********01 saylı xx.xx.2023-cü il tarixli X6 Cards üzrə 299,19 manat kredit bоrcu, 189,66 manat faiz bоrcu olmaqla, ümumilikdə cəmi 488,85 manat borcu var. İş materiallarından görünür ki, İddiaçı QSC kredit alana xəbərdarlıq göndərmişdir. Xəbərdarlıqda göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1- 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 056A********** saylı Kredit razılaşması üzrə 486,36 manat kredit bоrcu, 11,25 manat faiz bоrcu və 1,36 manat cərimə, xx.xx.2023-cü il tarixli 0596KK**********01 saylı Kredit razılaşması üzrə 299,19 manat kredit bоrcu, 189,66 manat faiz bоrcu, cəmi 987,82 manat və 30 manat dövlət rüsumunun əvəzi İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar