Məhkəmə qərarları › İş №e-2(028)-234/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-234/2022

08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-234/2022 08.07.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və mənzilin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx.xx.2017-ci il tarixli, 99/354/AİFK nömrəli kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2017-ci il tarixli, 99/354/AİFK nömrəli kredit müqaviləsi üzrə 55433,17 manat məbləğində əsas borc, 246,11 manat məbləğində faiz borcu, ümumilikdə 55679,28 manat borcun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqı 45 manat və 257,04 manat dövlət rüsumu Cavabdehdan "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus olan və banka ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.Blok 3 ünvanında yerləşən 3 otaqlı olan 69 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, əldə edilən vəsait hesabına borcun və dövlət rüsumun "xxxx" ASC-yə ödənilməsi, Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.Blok 3 ünvanında yerləşən 3 otaqlı olan 69 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsinin boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda qalan məbləğin Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, "xxxx" ASC ilə Cavabdeh ilə bağlanmış xx.xx.2017-ci il tarixli 99/354/AİFK saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 360 ay müdddətinə illik 4 faiz ödənilməsi şərti ilə 57200 (əlli yeddi min iki yüz ) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh xx.xx.2017-ci il tarixdə 99/354/AİFK saylı alqı-satqı və ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.Blok 3 ünvanında yerləşən 3 otaqlı olan 69 saylı mənzili banka ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu və "xxxx" ASC ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 12 saylı xidmət müqaviləsinin xx.xx.2020-ci il tarixli xx/xx-2020 saylı əlavəsinə əsasən ləğvetmə prosesində olan "xxxx" ASC-nin ipoteka krediti olan aktivləri üzrə xidmətlərin göstərilməsi hüququ "xxxx" ASC-yə verilmişdir.Kredit üzrə tələb hüquqları Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən xx.xx.2022-ci il tarixində kreditə xidmət göstərən "xxxx" ASC-yə geri ötürmüşdür, həmin tarixdə Fond tərəfindən kredit vəsaiti "xxxx" ASC-yə məxsus hesabdan akseptsiz qaydada silinmişdir. Cavabdeh Banka kreditə görə xx.xx.2022-ci il tarixinə 55433,17 manat məbləğində əsas borc, 246,11 manat məbləğində faiz borcu, ümumilikdə 55679,28 manat borcu yaranmışdır. Premiumbank” ASC tərəfindən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə ünvanlanmış 14 mart 2022-ci il tarixli ərizədə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydə alınması xahiş olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir Azərbaycan Respublikası «İpoteka» haqqında Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası «İpoteka» haqqında Qanunun 39.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipotekanın ilkin satış qiymətini göstərilməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh ilə bağlanmış xx.xx.2017-ci il tarixli 99/354/AİFK saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 360 ay müdddətinə illik 4 faiz ödənilməsi şərti ilə 57200 (əlli yeddi min iki yüz ) manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixdə "xxxx" ASC ilə 99/354/AİFK saylı alqı-satqı və ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.Blok 3 ünvanında yerləşən 3 otaqlı olan 69 saylı mənzili Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin satış qiyməti 71543 (yetmiş bir min beş yüz qırx üç) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışının kserosurətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.Blok 3, mənzil 69 360 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan və "xxxx" ASC tərəfindən tərtib edilmiş maliyə arayışından görünür ki, Cavabdeh 99/354/AİFK kredit müqaviləsi üzrə 11 aprel 2022-ci il tarixinə 55433,17 manat məbləğində əsas borc, 246,11 manat məbləğində faiz borcu, cəmi 55679,28 manat borcu var. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı ərazi idarəsi tərəfindən Premiumbank” ASC-yə 17 mart 2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması barədə bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC cavabdehə dəfələrlə xəbərdarlıq və bildiriş göndərmişdir. Bildirişdə göstərilir ki, xx.xx.2017-ci il tarixli 99/354/AİFK saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 360 ay müdddətinə illik 4 faiz ödənilməsi şərti ilə 57200 (əlli yeddi min iki yüz ) manat məbləğində kredit verilmişdir. Dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borc qaytarmamışdır.Ödəniş aparılmazsa, "xxxx" ASC borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələnё pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası «İpoteka» haqqında Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası «İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipotekanın ilkin satış qiymətini göstərilməlidir. Azərbaycan Respublikası «İpoteka haqqında” Qanunun 47.5-ci maddəsinə görə, İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kolleqiyaların 01 saylı, 20 iyul 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, «İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ılkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəlləsinin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə bağlanmış xx.xx.2017-ci il tarixli, 99/354/AİFK nömrəli kredit müqaviləsi ləğv edilsin. xx.xx.2017-ci il tarixli, 99/354/AİFK nömrəli kredit müqaviləsi üzrə 55433,17 manat məbləğində əsas borc, 246,11 manat məbləğində faiz borcu, ümumilikdə 55679,28 (əlli beş min altı yüz yetmiş doqquz,28) manat borc, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqı 45 manat və 257,04 manat dövlət rüsumu Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh məxsus olan və banka ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.Blok 3 ünvanında yerləşən 3 otaqlı olan 69 saylı mənzilə yönəldilsin, mənzil açıq hərracda satılsın, əldə edilən vəsait hesabına borcu və dövlət rüsumu "xxxx" ASC-yə ödənilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.Blok 3 ünvanında yerləşən 3 otaqlı olan 69 saylı mənzilə tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsi boşaldılsın, ipoteka predmetinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda qalan məbləğ Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar