Məhkəmə qərarları › İş №e-2(028)-291/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-291/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-291/2024 19.08.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehdan kreditin əsas borc üzrə 10000 (on min manat) manat, faiz borcu üzrə 1826,85 (bir min səkkiz yüz iyirmialtı manat 85 qəp) manat, cərimə borcu üzrə isə 1369,5 (bir min üç yüz altmış doqquz manat 50 qəp) manat olmaqla ümumilikdə 13196,35 (on üç min yüz doxsan altı manat 35 qəp) manat məbləğində və tərəflərindən dövlət rüsumu kimi ödənilmiş 130 (bir yüz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixinə 10000 (bir on min manat) manat, faiz borcu üzrə 1399,08 (bir min üç yüz doxsan doqquz manat 08 qəp) manat, cərimə borcu üzrə isə 1369 ( bir min üç yüz altmış doqquz manat ) manat olmaqla ümumilikdə 12768,08 (on iki min yeddi yüz altımış səkkiz manat 08 qəp) manat məbləğində və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 130 (bir yüz) manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə "xxxx" BOKT MMC ilə Cavabdeh arasında 11/883-2023 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdehə iddiaçı tərəfindən şəxsi məqsədlər üçün 10000 (on min) manat məbləğində kredit ayrılmışdır. O, 24 ay müddətində kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməli idi. İddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit məbləğini Cavabdeh ödəmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini ilk aydan pozmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixə iddiaçıya əsas borc üzrə 10000 manat, faiz borcu üzrə 1399,08 manat, cərimə borcu üzrə isə 1369 manat olmaqla ümumilikdə 12768,08 manat məbləğində borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11/883-2023 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC tərəfindən Cavabdeh illik 22% olmaq şərti ilə 24 ay müddətinə 10000 (on min) manat kredit verilmişdir. İş materiallarında olan 2565İK/24 saylı xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh BOKT "xxxx" MMC-yə 11/883-2023 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 10000 manat əsas borcu, 1826,85 manat faiz borcu, 1369,5 manat cərimə borcu, cəmi 13196,35 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 4050İK/24 saylı xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh BOKT "xxxx" MMC-yə 11/883-2023 saylı xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə 10000 manat əsas borcu, 1399,08 manat faiz borcu, 1369 manat cərimə borcu, cəmi 12768,08 manat borcu vardır BOKT "xxxx" MMC cavabdehə xəbərdarlıq göndərmişdir. Xəbərdarlıqda borcun BOKT "xxxx" MMC-yə ödənilməsinin təmin edilməsi göstərilmişdir. Əks təqdirdə borcunun məcburi ödənilməsi üçün tərəflərindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməsi bildirilmişdir. Azərbaycan Respublikası MM-in 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan kredit müqaviləsinə əsasən aldığı borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən öhdəliklərini icra etməyərək həmin kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 1369 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 100 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3%-i həcmində manat olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 11499,08 manat olduğundan (10000 manat əsas borc + 1399,08 manat faiz borcu + 100 manat dəbbə borcu) iddiaçı tərəfindən ödənilmiş 130 manat dövlət rüsumunun 124,5 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 5,5 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11/883-2023 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 10000 manat əsas borc, 1399,08 manat faiz borcu, 100 manat cərimə borcu, cəmi 11499,08 manat borc və 124,5 manat ödənilmiş dövlət rüsumunun əvəzi BOKT "xxxx" MMC -nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 5,5 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar