Məhkəmə qərarları › İş №e-2(028)-297/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-297/2025

07.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-297/2025 07.07.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X14 Mübariz oğlunun sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi, Cavabdeh, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 manat pul vəsaiti və 120 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçının nümayəndəsi işə onların iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X2 arasında xx.xx.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Hyundai Azera” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə “Hyundai Azera” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sumqayıt şəhəri, Koroğlu küçəsində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X3 və X4 ölümünə səbəb olmuşdur. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən cəmi 10000 (on min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sumqayıt ŞPİ İstintaq Şöbəsinin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh Bəhram oğlu yol nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-84/2019 saylı, xx.xx.2019-cu il tarixli Hökmündə Cavabdeh Bəhram oğlunun yolnəqliyyat hadisəsinin baş verdiyi vaxt “Hyundai Azera” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi qeyd olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində maşını ilə toqquşmuş qarşı tərəf maşındakı iki nəfər ölmüşdür. Hadisədə təqsirli bilinmişdir. Barəsində hökm qəbul edilmişdir. 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasinin 4 ilini çəkdikdən sonra X7 əsasən azad olunmuşdur. Ölən şəxslərə görə sığorta şirkəti ödəniş etmişdir. Özünü borclu hesab edir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-84/2019 saylı xx.xx.2019-cu il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib dörd il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdə qeyd edilir ki, təqsirləndirilən şəxs Cavabdeh xx.xx.2015-ci il tatixdə saat 02:30 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində BCD kateqoriyalı, Ac218703 seriyalı sürücülük vəsiqəsi ilə, baş etibarnamə ilə idarə etdiyi texniki cəəhətdən saz vəziyyətdə olan, “Hyundai-Azera” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə hərəkətdə olarkən “yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi zaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdənəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasit\sini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriya nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməli və yaşayış məntəqələri daxilində saat da 60 km-dan çox olmayan sürətdə, yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 km-daən şoc oolmayan sürətlə sürməli olduğu halda bunlara riayət etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq heç bir tədbir görməyərək 90 km/saat sürətlə idarə edib irəlidə hərəkətdə olan X3 idarə etdiyi “OKA” markal **-BE-*** dövlət qeydiyyat nişanlı idarə etdiyi avtomobilin ön hissəsi ilə arxadan vurmuş və nəticədə ehtiyatsızlıqdan sürücü Eldar Həsənova beyin maddəsinə və mədəciklərinə qansızma, kəllə smüklər və əsas sümüklərinin sığınğı, sol beyin yarımkürəsinin sol gicgah təpə nahiyyəsinə uyğun subdural hematoması, başın sağ təpə-gicgah nahiyəsinin dərialtı hemotoması, bədən səthində qançırları kimi insan həyatı üçün təhlükəli olan ağır xəsarətlər yetirərək, kəllə qapağı və əsas sümüklərin sınığı, beyin maddəsinə və mədəciklərinə qansızma səbəbdindən ölməsinə, zərərçəkmiş şəxs X1 mülkiyyətində olan “Hyundai-Azera” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin deformasiyaya uğraması ilə əlaqədar olaraq ona 2520 manat, zərərçəkmiş X6 mülkiyyətində olan “OKA” markal **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin deformasiyaya uğraması ilə əlaqədar olaraq ona 810 manat dəyərində maddi ziyan vurması ilə nəticələnən yol hərəkət qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli Ödəniş tapşırığına əsasən "xxxx" ASC X5 19- 0498905AA-409819 saylı sığorta aktına əsasən PAA********** sığorta şəhadətnaməsi üzrə 5000 manat sığorta ödəniş etmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli Ödəniş tapşırığına əsasən "xxxx" ASC X8 19- 06200/07/AA-4098/19 saylı sığorta aktına əsasən PAA********** sığorta şəhadətnaməsi üzrə 5000 manat sığorta ödəniş etmişdir İddia ərizəsinə əsasən "xxxx" ASC Qubadlı Rayon Məhkəməsinə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 120 manat ödəniş etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: -25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; - 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-ci maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə müvafiq olaraq, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-84/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə Cavabdeh CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilindiyindən və o, məhkəmə iclasında verilmiş iddia tələbini qəbul etdiyindən iddiaçının cavabdehdən sığorta ödənişi tələb etməsi əsaslıdır, bu səbəbdən həmin iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 10000 manat pul vəsaiti və 120 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar