Məhkəmə qərarları › İş №e-2(028)-314/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-314/2023

08.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-314/2023 08.06.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Cavabdeh Cavabdeh nümayəndəsi və işin məğzini cavabdehə izah edə bilən X6 iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması və aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-400/2019 nömrəli, 9 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2018-ci il tarixdə doğulmuş X1 üçün tutulmalı olan 160 manat məbləğində alimentin məbləğinin artırılaraq 220 manat məbləğində alimentin tutulması, həmçinin tərəflərin birgə nikahından olan ikinci uşaqları xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin (ümumilikdə 440 manat) Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə edilməsini xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçının vəkili və nümayəndəsi işə onların iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, Cavabdeh ilə İddiaçı 01 mart 2018-ci il tarixdə nikaha daxil olmuş, həmin nikahdan 27 dekabr 2018-ci il təvəllüdlü Faiq adlı uşaqları doğulmuşdur. Qubadlı Rayon Məhkəməsinin 2(028)-400/2019 nömrəli, 9 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı nikahları pozulmuş, xx.xx.2018-ci il təvəllüdlü X8 anası X2 yanında saxlanması, uşağın saxlanması üçün Cavabdeh 160 manat məbləğdə aliment tutulması qət edilmişdir. Bundan sonra tərəflər barışıb müəyyən müddətdə bir yerdə yaşamışlar. Birgə yaşadıqları müddətdə İddiaçı ərizə ilə müraciət edərək, alimentin tutulmasından imtina etmiş, aliment tələbi üzrə icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır.Tərəflər barışıb birgə yaşadıqları müddətdə onların ikinci övladı xx.xx.2020-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Bundan sonra tərəflər yenidən ayrılmışlar.Cavabdeh birgə nikahlarından olan 27 dekabr 2018-ci il təvəllüdlü Faiq adlı uşağı anadan alaraq öz yanında saxlamışdır.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə doğulmuş X3 cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə apellyasiya və kassasiya qaydasında mübahisələndirilsə də, yekunda dəyişdirilmədən saxlanılmış və 2023-cü ilin mart ayında icra olunmuş, xx.xx.2018-ci il tarixdə doğulmuş X8 Cavabdeh alınaraq anası İddiaçı verilmişdir. Hazırki iddia tələbində həm Qubadlı Rayon Məhkəməsinin 2(028)-400/2019 nömrəli, 9 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2018-ci il tarixdə doğulmuş X1 üçün tutulmalı olan 160 manat məbləğində alimentin məbləğinin artırılması, həm də tərəflərin bigə nikahlarından olan ikinci övladlarının xx.xx.2020-ci il təvllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində aliment tələb olunur. 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq hər bir uşaq üçün 220 manat, ümumilikdə 440 manata aliment tutulması xahiş olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.2-ci maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasında 2023-cü il üçün “yaşayış minimumu haqqında” Qanuna əsasən yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Dövlət Rüsumu haqqında qanununun 9.1.2-cimaddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etirazda göstərilmişdir ki, iddiani qəbul etmir.O, anadan olandan danışıq və eşitmə qüsurludur və 2-ci qrup əlildir.Fiziki qüsurlu olduğuna görə normal əmək fəaliyyəti ilə məşğul olmağına ciddi maneələr yaradır, bu da öz növbəsində aliment ödənilməsində böyük çətinliklər yaradır. Məhkəmə qətnaməsi ilə ondan tutulan aliment məbləğinin hər zaman valideynlərinin dəstəyi ilə ödəyə bilir.2-ci qrup əlilliyə görə 150 manat müavinət alır. Lakin əmək fəaliyyətinin olmaması, qüsurlu olduğuna görə aliment ödənilməsində çox ciddi çətinliklər yaratmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2.-ci maddəsinə əsasən, yaşayış minimumu-minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Qanunvericiliyə görə uşağa valideynlərinin hər ikisi baxmalı, qayğı göstərməli, maddi tələbatlarını təmin etməlidir.Uşağın saxlanması üçün xərclərin hamısının yalnız bir tərəfin üzərinə qoyulması ədalətli deyil.Eyni zamanda iddiaçı məhkəməyə müraciət edərək onun maddi durumunun yaxşıya doğru dəyişdiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdi. Cavabdeh nümayəndəsi X10 göstərdi ki, cavabdeh lal-kar olduğuna görə özünə daimi iş yeri tapa bilmir və hal-hazırda işsizdir. Buna görə o, cavabdehin atası olaraq nəvələrini saxlamaq üçün imkan daxilində hər cür köməklik göstərir.Lakin o, özü də geniş imkanlara malik deyil və hər ay hər uşaq üçün 220 manat miqdarda aliment ödəmək iqtidarında deyil. Məhkəmə X7 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X3 anasının yanında qalması və uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon qeydiyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan DSMF-nin Sabunçu rayon şöbəsi tərəfindən verilmiş vəsiqənin kserosurətindən görünür ki, Cavabdeh müddətsiz 3-cü qrup əlildir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2.-ci maddəsinə əsasən, yaşayış minimumu-minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər . “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşıqa çatmayan uşaqlarla validenlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-ci il tarixli qərarın 8.7-ci bəndində göstərilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin qərarın 8.13 bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddiaçı bir uşağının saxlanılması üçün cavabdehdən tutulacaq alimenti 220 manat məbləğində manat məbləğində tələb edir. Məhkəmə aliment ödəməli olan Cavabdeh danışıq və eşitmə qüsurlu səbəbindən 3-cü qrup əlil olduğuna görə normal əmək fəaliyyəti ilə məşğul olmağına ciddi maneələr yaradılmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı və cavabdehdən bir uşağın saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-400/2019 nömrəli, 9 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək, xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq və hər ay 180 manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən başlayaraq tutulub xx.xx.2020-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh alınaraq İddiaçı ödənilsin. xx.xx.2020-ci il tarixdə doğulmuş X4 alimentinə dair hissədə qətnamə dərhal icra edilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar