Məhkəmə qərarları › İş №e-2(028)-316/2022

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(028)-316/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-316/2022 07.06.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı Bank "xxxx" ASC-nin cavabdeh X2 qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC-nin Həzi Aslanov filialı ilə cavabdeh X4 arasında bağlanmış 12.11.2019-cu il tarixli RPF-01067-16/19A saylı kredit müqaviləsindən irəli gələn 19.05.2022-ci il tarixinə ödənilməmiş 625,11 manat əsas borc, 17,69 manat faiz borcu, cəmi 642,8 manat məbləğində borc və 30 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqının cavabdehdən xeyrlərinə tutulması barədə qətnamə çıxarılmasına dair iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəf elektron qaydada verdiyi ərizəsində ərizənin formasına əməl etməyərək iddiaçı və cavabdeh tərəfi elektron qaydada düzgün qeyd etməmişdir.Elektron ərizədə Bank "xxxx" ASC zamin olaraq göstərilmiş, cavabdeh isə ümumən göstərilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci və 284-3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Bank "xxxx" ASC-nin cavabdeh X2 qarşı sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar