Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-33/2025 12.02.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana görə 1300 manat və əldən çıxmış faydaya görə 3500 manat, məhkəməyə ödənilmiş 70 manat dövlət rüsumun, hüquqi xidmətə görə ödədiyi 150 manat pulun, ümumilikdə isə 5020 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1985-ci ildə Yevlax rayonunda anadan olmaqla hal-hazırda ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Fərdi yaşayış mənzilinə mebel dəstinin ölçülərinin götürülərək düzəldilməsi üçün mebel ustası Cavabdeh ümumilikdə 1300 manat pul məbləği ödəmişdir. Lakin cavabdeh onun etibarından sui istifadə edərək dələduzluq yolu ilə həmin pulu ələ keçirtmiş və öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınmışdır. Bununla bağlı cavabdehə dəfələrlə şifahi xəbərdarlıq bildirsə də, lakin heç bir müsbət irəliləyiş əldə etmək mümkün olmamışdır. xx.xx.2024-cü il tarixində Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək öz izahatında evinə mebel quraşdırılması məqsədi ilə xx.xx.2023-cü il tarixində Cavabdeh 1300 manat pul verdiyini, lakin cavabdehin vədinə əməl etməyərək ona maddi ziyan vurduğunu bildirmişdir. Mebel ustası olan cavabdehi 5 ilə yaxındır ki, tanıyır. Belə ki, əvvəllər Cavabdeh bir dəfə mebel sifariş etmişdi və həmin sifarişi cavabdeh yerinə yetirmişdir. Lakin sonradan sözügedən sifarişini verdikdən sonra cavabdeh 1300 manat pulu almış və heç bir iş görməmişdir. Həmin pul məbləğini cavabdehə verdiyi vaxtdan 1 ildən çox vaxt keçdiyinə və ölkədə olan inflyasiya dərəcəsinə uyğun olaraq həmin mebelin də qiyməti indiki vaxtda 2,5 dəfə bahalaşmışdır. İndiki halda o, həmin mebeli almağı üçün sifarişinə 4700 manat pul tələb olunur. Bu isə ona dəyən ziyandan əlavə 3500 manat əldən çıxmış fayda anlamına gəlir və həmin məbləğ də cavabdehdən alınaraq ona ödənilməlidir. Hazırkı iddia ərizəsinə əlavə olunmuş Abşeron rayon Polis İdarəsinin xx.xx.2024cü il tarixli HK-1/2114 saylı cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı ilə bir daha həmin ziyanın ona vurulduğu cavahdeh tərəfindən etiraf edilmişdir. Həmin istintaq araşdırması zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, 15 ildən çoxdur ki, mebel ustası kimi fəaliyyət göstərir. Belə ki, müştərilərdən götürdüyü sifarişlərin ölçüsünü götürüb materiallarını aldıqdan sonra Sumqayıt şəhərində tanış sexlərə müraciət edib həmin mebelləri sexlərər düzəltdirir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə o, uşaq dolabı və iki mərtəbəli uşaq çarpayısı sifariş vermişdir. Həmin sifarişi yerinə yetirmək üçün ondan xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü ildə isə 500 manat olmaqla ümumilikdə 1300 manat pul almışdır. Lakin sonradan barmağında 2 mm cızıq aldığı üçün bunun xəsarət olduğunu bildirmiş və bu səbəbdən vədinə əməl etməmişdir. Cavabdehin öz üzərinə götürdüyü öhdəliyi etiraf etsə də, heç bir əlaqəsi olmayan və istintaq orqanında çaşqınlıq yaratmaq üçün verdiyi 2 mm barmağının cızıq olması isə absurd bir bəhanə olduğu görünür. Ona dəymiş ziyan 1300 manat, əldən çıxmış fayda isə 3500 manatdır. Qanun pozuntularından və özbaşınalıqdan irəli gələrək öz konstitutsiyon hüquqlarıının təmin edilməsi, cavabdehin özbaşına hərəkətlərinə son qoyularaq ona dəymiş zərərin tam həcmdə ödənilməsi, eləcə də ədalətli qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehə borcunun qaytarılması ilə bağlı dəfələrlə zəng etmiş, rəsmi pretenziya ilə xəbərdarlıq etmiş, lakin heç bir müsbət irəliləyiş əldə etmək mümkün olmamışdır. Cavabdehin ona vurduğu maddi ziyan və əldən çıxmış faydaya görə ümumilikdə 5000 manat pulun alınması mümkün olmadığına görə hüquqlarını məhkəmədə müdafiə etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, məhkəmədən təmin edilməsini xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Abşeron RPİ-nin xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə idarəyə ərizə ilə müraciət edərək, evinə mebel quraşdırılması məqsədi ilə xx.xx.2023-cü il tarixdə Rafiq adlı ustaya 1300 manat pul verməsini, lakin sonuncunun vədinə əməl etməyərək ona həmin məbləğdə maddi ziyan vurmasını bildirmişdir. İzahatı alnımış Cavabdeh bildirmişdir ki, 15 ildən çoxdur ki, mebel ustası kimi fəaliyyət göstərir. Belə ki, müştərilərdən götürdüyü sifarişlərin ölçüsünü götürüb materiallarını aldıqdan sonra Sumqayıt şəhərində tanış sexlərə müraciət edib, həmin mebelləri sexlərdə düzəltdirir. İddiaçı da müştəri kimi tanımışdır. Belə ki, Şirazinin Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evinə əvvəllər mətbəx mebeli və dəhliz mebelləri yığmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə İddiaçı ona uşaq dolabı və iki mərtəbəli uşaq çarpayısı sifariş vermişdir. Həmin sifarişi yerinə yetirmək üçün Şirazidən xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə isə 500 manat olmaqla ümumilikdə 1300 manat pul almışdır. Sifarişi isə bir ay müddətində işləyib təhvil verəcəyini demişdir. Lakin xx.xx.2023-cü il tarixdə sağ əlinin baş barmağından kəsik xəsarəti aldığı üçün işi tamamlaya bilməmiş, həmin ərəfədə material üçün lazım olan vəsaiti xərcləmiş və bu səbəbdən sifarişi tamamlaya bilməmişdir. Buna görə verdiyi vədə əməl etməmişdir. Əlinin kəsilməsi barədə İddiaçı məlumat versə də, onu nəzərə almamışdır. İş materiallarında olan "xxxx" ASC-nin TT**********60125 saylı xx.xx.2024-cü il tarixli Orderindən görünür ki, İddiaçı hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosuna 25 manat ödəniş etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli qəbzlərindən görünür ki, İddiaçı Qubadlı Rayon Məhkəməsinə qiymətləndirilən iddianın verilməsinə görə 35,6 manat və 34,6 manat, cəmi 70 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Göründüyü kimi iddiaçı mebel sifarişinə görə 1300 manat ödəniş etmişdir. Bu halı cavabdeh özü də istintaq orqanında etiraf etmiş və sifarişi yerinə yetirmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Müllki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edililməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Müllki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmədə iddiaçı mebel sifarişinin icra olunmaması ilə əlaqədar olaraq adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri (əldən çıxmış faydanı) təstiq edən mötəbər, inandırıcı və təqzibolunmaz sübutlar təqdim etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə belə hesab edir ki, iddaçı tərəfindən hüquqi xidmətə görə ödənilmiş 25 manat cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i həcmində manat olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 1325 manat (1300 manat maddi ziyan + 25 manat hüquqi xidmət) olduğundan iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumunun 33,25 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 36,75 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1300 manat maddi ziyan, hüquqi xidmətə görə ödənilmiş 25 manat və 33,25 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 36,75 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №e-2(028)-33/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-33/2025
12.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver