Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-333/2022 18.07.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli sm5313 KMP saylı kredit müqaviləsi üzrə 1517,46 manat əsas borc, 3 manat faiz borcu və 0 manat dəbbə borcu olmaqla cəmi 1520,46 manat borcun və 35,21 manat ödənilmiş dövlət rüsümuna dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanılmış m5313 KMPsaylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən illik 1%-lə 60 ay müddətinə 2671,82 manat cavabdehə kredit verilmişdir. Həmin müqavilə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2019-cu il tarixdə bankla Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borclu ilə m5313 KMPsaylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə görə birlikdə məsuliyyət daşıyır.Müqavilənin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış əsas, faiz və cərimə məbləğlərini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Bu barədə dəfələrlə yazılı və şifahi xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyin icrasından qərəzli olaraq yayınmışdır.Cavadeh ödəniş cədvəlinə əsasən hər ayın 28-dən gec olmayaraq hər ay 45,68 manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir.Maliyyə arayışına görə cavabdehin xx.xx.2019-cu il tarixli sm5313 KMP saylı kredit müqaviləsi üzrə 1517,46 manat əsas borc, 3 manat faiz borcu və 0 manat dəbbə borcu olmaqla cəmi 1520,46 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh1 ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanı tam olmadığına görə məhkəməyə geri qaytarılmışdır. Cavabdeh2 ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanına çatdırılmış, lakin ondan məhkəməyə heç bir sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutalara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan sm5313 KMP saylı xx.xx.2019-cu il tarixli güzəştli şərtlərlə kredit müqaviləsindən görünür ki, kredit müqaviləsinə əsasən bank (İddiaçı ASC) müştəriyə (Cavabdeh2) xx.xx.2014-cü il tarixli, sm5313 saylı Kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyinin restrukturizasiya edilməsi məqsədilə kredit verməyi, müştəri isə kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürür.Ödəniş cədvəlinə əsasən bank müştəriyə 2671,82 manat kredit məbləğini illik 1% dərəcəsi olmaqla 60 ay müddətinə verir. sm5313 KMP saylı xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış sm5313 KMP saylı xx.xx.2019-cu il tarixli istehlak kredit müqaviləsinə əsasən kredit almış borc alanın kreditor bank qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. RB-02/Pk-4303 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 İddiaçı ASC-yə kredit öhdəliyi üzrə 1517,46 manat əsas borc, 3 manat faiz borcu və 0 manat dəbbə borcu olmaqla cəmi 1520,46 manat borcu vardır. İş materiallarında olan bildirişlərdən görünür ki, İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 Cəmiyyətə borclarına dair məktub göndərmişdir. Bildirilir ki, borc ödənilmədiyi halda tərəflərindən qanunamüvafiq tədbirlər görülüəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli sm5313KMP saylı kredit müqaviləsi üzrə 1517,46 manat əsas borc, 3 manat faiz borcu və 0 manat dəbbə borcu olmaqla cəmi 1520,46 manat borc və 35,21 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №e-2(028)-333/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-333/2022
18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver