Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-366/2024 23.09.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12300 (on iki min üç yüz) ABŞ dolları pulun(əsas borc), 4920 (dörd min doqquz yüz iyirmi) ABŞ dolları faiz məbləği, cəmi 17220 (on yeddi min iki yüz iyirmi) ABŞ dolları və 178 manat ödənilmiş dövlət rüsumu alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh ilə xeyli müddətdir ki, tanışdır. Təxminən 2016-cı ilin əvvələrində cavabdeh ona bildirmişdi ki, borcu var, onu incidirlər və bu məqsədlə ondan pul istədi. O, maşınını satmaqla cavabdehə borc verməyə razılaşmışdı. Təxminən 2016-cı ilin əvvəllərində ona 12 300 (on iki min üç yüz) ABŞ dolları pul vermişdi. Onlar 11 fevral 2016-cı il tarixdə 27 saylı DNK-da borcun etirafı müqaviləsi bağlamışlar və həmin müqaviləyə əsasən ondan aldığı 12 300 ABŞ dollarını 6 ay müddətində qaytarmalı idi. Sonradan müqavilənin müddətindən 1 il vaxt keçsə də, Cavabdeh həmin pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etmişdi. Bundan sonra onu sıxışdırmağa başlamış və ondan ona olan borcunun qaytarılmasını tələb etmişdir. O, hər dəfə müxtəlif sözlər verərək onu gözləməyə məcbur edirdi. Axırıncı dəfə 2023-cü ilin dekabrında ona sonuncu dəfə xəbərdarlıq etmişdi ki, 2024-cü ilin yanvarına qədər, yəni ilin sonuna qədər pulunu verməsə, məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdeh neçə illər ərzində bugünkü günə qədər təxmini olaraq 5000 manatacan borc məbləğindən pul qaytarıb. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, hissəvi olaraq iddiaçıya olan borcunu qaytarıb, lakin qaytarmanı heç bir sənədlərlə rəsmiləşdirməyib. Fikrincə İddiaçı təxminən 2000-3000 manat borcu qalmış olar. Məhkəmə iclasında şahid X2 bildirdi ki, həm iddiaçı, həm də cavabdehi tanıyır. Hər iksi ilə birlikdə işləyibdir. Tərəflər arasında maşın satışı ilə bağlı borc məsələsi var. Cavabdehin iddiaçıya nə qədər borclu olduğunu bilmir, lakin onun bir neçə dəfə iddiaçıya borc məbləğindən ödənişlər etməsində iştirak edib. Məhkəmə tərəfləri və şahidi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında xx.xx.2016-cı il tarixli Borcun etirafı haqqında Müqavilədən görünür ki, İddiaçı 19300 manat və ya günün məzənnəsinə uyğun (12300 ABŞ dolları) borc pulu 2015-ci il tarixdə Cavabdeh borc vermişdir. Cavabdeh İddiaçı 19300 manat və ya günün məzənnəsinə uyğun (12300 ABŞ dolları) borclu olduğunu etiraf etdi. Cavabdeh 19300 manat və ya günün məzənnəsinə uyğun (12300 ABŞ dolları) pulu 6 ay müddətinə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan Paysis MMC-nin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, Əhmədov X3 Rayon Məhkəməsinə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 178 manat rüsum ödənişi etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin içrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırması zamanı cavabdeh borcunun qaytarılmasını təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etmədiyindən Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 14300 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 178 manat dövlət rüsumunun 132,9 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 45,1 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14300 manat borc və 132,9 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 45,1 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №e-2(028)-366/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-366/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver