Məhkəmə qərarları › İş №e-2(028)-398/2024

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(028)-398/2024

04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-398/2024 04.09.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9444,42 manat əsas borc, 1416,1 manat faiz borcu, 643,16 manat cərimə borcu, cəmi 11503,68 manat borc və 126 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İddiaçı ASC ilə aralarında bağlanmış CE/27954/86/36 saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə olan borucunu güzəştli şərtlərlə banka ödədiyini bildirmişdir. Bu səbəbdən mülki işin baxılmamış saxlanması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş edilmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r v e r d i: İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC-nin iddia ərizəsinə əlavə edilmiş sənədləri geri qaytarılsın. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi X2 Portalı vasitəsi ilə qəbz nömrəsi **********, büdcə təsnifat kodu 142211 olan 126 (bir yüz iyirmi altı) manat ödədiyi dövlət rüsumu İddiaçı ASC-yə geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar