Məhkəmə qərarları › İş №e-2(028)-428/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-428/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-428/2023 16.08.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0084075AZN43731 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 814,58 manat əsas borc, 131,50 manat faiz borcu, 2,253,05 manat cərimə borcu olmaqla, cəmi 3199,13 manat borcun, AVNS1004 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 300 manat əsas borc, 94,17 manat faiz borcu, 103,20 manat cərimə borcu olmaqla, cəmi 497,37 manat borcun, 4110AZNFK********** saylı hesaba əsasən sms məlumatlandırma xidməti üzrə cəmi 16,71 manat borcun tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 58 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-15233İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir.Daha sonra həmin Ümumi Şərtlər toplusu çərçivəsində 0084075AZN43731 saylı xx.xx.2019-cu il tarixli Maliyyələşdirmə üçün ərizəyə əsasən Borcalana xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 26%, illik cərimə faizi 180% olmaqla 1500 manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. AVNS1004 saylı xx.xx.2020-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 20%, illik cərimə faizi 24% olmaqla, 300 (üç yüz) manat məbləğində şəxsi istehlak məqsədilə kredit xətti ayrılmışdır.Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin 0084075AZN43731 saylı maliyyələşdirmə üçün ərizə üzrə sayı 1066 gün, AVNS1004 saylı ərizə üzrə isə 518 gün təşkil edir.Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir.Borcalanın 06 iyul 2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: -0084075AZN43731 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 814,58 manat əsas borc, 131,50 manat faiz borcu, 2,253,05 manat cərimə borcu olmaqla, cəmi 3199,13 manat və AVNS1004 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 300 manat əsas borc, 94,17 manat faiz borcu, 103,20 manat cərimə borcu olmaqla, cəmi 497,37 manat təşkil edir.4110AZNFK********** saylı hesaba əsasən sms məlumatlandırma xidməti üzrə 16,71 manat təşkil edir. X2 əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Kreditdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə və ya Kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda Bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər.Eyni zamanda ÜŞT-nin Bank xidmətlərinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəziflərinə dair hissəsinə əsasən Bankın qüvvədə olan tariflərində nəzərdə tutulmuş müvafiq xidmət haqqını Banka ödəmək müştərinin vəzifəsidir.Bundan başqa ÜŞT-nin Ödəniş Kartı bölməsi üzrə Karta dair ümumi məlumatlar bölməsində qeyd edilir ki, Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. X2 əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 65 (altmış beş) manat dövlət rüsumu ödəmişdir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanı tam olmadığına görə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutalara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusundan görünür ki, İddiaçı ASC bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunu müştərilərə təqdim edir. GTC-15233İB/2019 saylı xx.xx.2019-cu il tarizli Razılıq ərizəsinə əsasən İddiaçı ASC ilə Cavabdeh arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtləri qəbul olunmuşdur. 0084075AZN43731 saylı xx.xx.2019-cu il tarixli Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizədən görünür ki, Cavabdeh şəxsi istehlak məqsədi üçün təminatsız olaraq illik 26% olmaq şərti ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1500 manatlıq işçi kreditin verilməsi ilə əlaqədar olaraq İddiaçı ASC-yə müraciət etmişdir və İddiaçı ASC tərəfindən maliyyələşdirmə reallaşdırılmışdır. AVNS1004 saylı xx.xx.2020-ci il tarixli Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizədən görünür ki, Cavabdeh şəxsi istehlak məqsədi üçün təminatsız olaraq illik 20% olmaq şərti ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 300 manatlıq kredit xəttinin açılması ilə əlaqədar olaraq İddiaçı ASC-yə müraciət etmişdir və İddiaçı ASC tərəfindən maliyyələşdirmə reallaşdırılmışdır. PB/BP-OUT-00668-2023/1 saylı, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 0084075AZN43731 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 814,58 manat əsas borc, 131,50 manat faiz borcu, 2,253,05 manat cərimə borcu olmaqla, cəmi 3199,13 manat borcu (1066 gün gecikmə), AVNS1004 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 300 manat əsas borc, 94,17 manat faiz borcu, 103,20 manat cərimə borcu olmaqla, cəmi 497,37 manat borcu (518 gün gecikmə), AVNS1004 saylı maliyyələşdirmə üçün ərizə üzrə (4110AZNFK********** saylı hesab üzrə) sms məlumatlandırma xidmətinə görə cəmi 16,71 manat borcu (518 gün gecikmə) vardır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən borcu barəsində məlumatlandırılmışdır. Bildirilmişdir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, dəbbə pulunun məbləği – 2253,05 manat və 103,2 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 20 manat və 10 manat məbləğində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda göstərilən maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 0084075AZN43731 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 814,58 manat əsas borc, 131,50 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla, cəmi 966,08 manat borc, AVNS1004 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 300 manat əsas borc, 94,17 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 404,17 manat borc, 4110AZNFK********** saylı hesaba əsasən sms məlumatlandırma xidməti üzrə cəmi 16,71 manat borc, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 58 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar